Məhkəmə qərarları › İş №2(001)-3854/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3854/2020

16.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3854/2020 16.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiaərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, iki uşağın saxlanması üçün qət edilmiş 260 manat aliment məbləğinin azaldılıb, hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsigeri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1-ci maddəsinə görə İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:.. 112.1.6. ödəmənin azaldılması və ya artırılması haqqındakı iddialarda iddianın qiyməti-ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaqla müəyyən edilir. Belə olan halda aydın olur ki, iddia ərizəsinə əsasən ödəmənin bir ildən artıq olmayan müddətdə azaldıldığı məbləğ 500 manatdan çox olduğundan İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəməli idi, lakin o iddia ərizəsinə həmin məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən onun dövlət rüsumu ödəməkdən azad edilmiş şəxslər kateqoriyasına aid olduğu da görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilir. 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədəiddia ərizəsivə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar