Məhkəmə qərarları › İş №2(001)-3870/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3870/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3870/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə ipoteka ilə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilə görə 17.07.2017-ci il tarixli kredit müqaviləsi üzrə 06.09.2019-cu il tarixdən 01.04.2021-ci il tarixədək aylıq 903,26 manat olmaqla “xxxx” ASC-yə etdiyi, cəmi 16.258,68 manat kredit ödənişinin yarısı – 8.129,34 manatın Cavabdeh alınaraq ona ödənilməsi, 01.05.2021-ci il tarixdən 01.08.2027-ci il tarixədək hər ay tərəfindən ödəniləcək aylıq kredit məbləğinin yarısı – 451.63 (903,26/ 2=451,63) manatın kredit ödənişi başa çatanadək hər ay cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzə əsasən iddia ərizəsi verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericilikdə hazırki mülki iş üzrə iddia qiyməti 500 manatdan çox olduğundan dövlət mədaxilinə 20 manat məbləğində deyil, 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi müəyyən edilmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılması üçün əsas yaradır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununu 8.1.2-cu maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar