Məhkəmə qərarları › İş №2(001)-3888/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3888/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3888/2022 29.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsinə və aliment borcunun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı aliment ödəməkdən azad edilməsinə və aliment borcunun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı hər ay 76 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay tutulan alimentin məbləği artırılaraq 103 manat müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçı uşağın bialoji atası deyil, belə ki, atalıq testinə əsasən onun X2 atası olması istisna edilmişdir. İddiaçı bu barədə 2016-cı ilə xəbər tutmuş və bu səbəbdən də iddiaçı atalığın mübahisə olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin dövrdən aliment ödənilməsini dayandırmışdır. Hal-hazırda iddiaçının təxminən 5000-6000 manat aliment borcu yığılmışdır. İddia ərizəsinin verilməsi üçün bu məbləğə uyğun və hətta daha artıq dövlət rüsumu ödənilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il X2 atası olmaması müəyyən edilmiş və xx.xx.2009-cu il təvəllüdlü X2 doğum akt qeydində atası qrafasında İddiaçı qeydi ləğv edilmişdir. Ona görə də İddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilməsinə və bu günədək hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul ediməsi xahiş olunur. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək özünün ailə vəziyyəti ilə əlaqədar olaraq, iddiaçının isə Rusiya Federasiyasında olması ilə bağlı mülki işin məhkəmə baxış iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə məlum ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 107.1.-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2.-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İ 363880 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 123 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-3755\2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq İddiaçı uşağı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 103 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatanadək tutulub Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il X2 atası olmaması müəyyən edilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 doğum akt qeydində atası qrafasında X4 qeydinin ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə icra olunmuş, X2 xx.xx.2011-ci il tarixli 876 akt qeydində ata qrafasında İddiaçı barəsində akt qeydi ləğv edilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 1085 saylı məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(001)-3755 saylı icra sənədinə əsasən İddiaçı aliment borcu tam ödənilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(001)-5540 saylı icra sənədi üzrə borclu İddiaçı bu günə 7863 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin nikahı pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3755\2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq İddiaçı uşağı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutlması qət edilmiş, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X2 bioloji valideyni olmamasını 2016-cı ildə bilmiş, 2021-ci ildə atalığın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, yetkinlik yaşına çatmayana münasibətdə iddiaçının atalığının ləğv ediməsinə dair məhkəmə aktı xx.xx.2021-ci il tarixdə icra edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu İddiaçı 7863 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, xx.xx.2009-cu il təvəllüdlü X2 2016-cı ildə bioloji valideyni olmadığını bilən iddiaçı, yalnız 2021-ci ildə məhəməyə müraciət edərək yetkinlik yaşına çatmayana münasibətdə atalığının ləğv edilməsini xahiş etdiyindən, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-739/2021 saylı xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi qəbul edilənədək iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X3 münasibətdə valideynlik hüquq və vəzifələrini daşıdığından iddia ərizəsi qismən təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixdən etibaran xx.xx.2009-cu il təvəllüdlü X3 təyin olunan alimenti ödəməkdən azad edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən etibarən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5540/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün təyin olunan alimenti ödəməkdən azad edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar