Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3915/2022 25.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Kreditor MMC-nin Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəni məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, 21.02.1993-cü ildə doğulmuş Borclu 1640 manat məbləğində əsas borc, müqavilələr üzrə hesablanmış 400 manat faiz borcu və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2140 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsində məhkəmə əmri verilə bilən tələblər göstərilmişdir. 279.2.3-cü maddəsinə əsasən əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Məhkəmə hesab edir ki, tələbetmə hüquq barədə mübahisə olduğundan məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında nisyə alqısatqıdan irəli gələn öhdəlik münasibətləri olmuşdur, lakin ərizəyə əlavə edilən müqavilə borc müqaviləsidir. Eyni zamanda kreditorun cərimə borcu əvəzinə faiz borcu tələb etməsi də anlaşılan deyildir. Bundan başqa təqdim edilən maliyyə arayışında ətraflı əsaslandırma aparılmamış, borclunun hansı məbləğdə ödənişlər etməsi, tələb olunan faiz(cərimə) borcunun yaranması əsası göstərilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 279.3-cü maddəsində qeyd edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279 və 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “pul məbləğinin tutulması” barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-3915/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3915/2022
25.05.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver