Məhkəmə qərarları › İş №2(001)-394/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-394/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-394/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi zərərə görə 8000 manat məbləğində pul və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşlar. İddiaçı ilə cavabdehin nikahları xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 4069 saylı nikah haqqında akt qeydi ilə qeydə alınmışdır. İddiaçı bildirir ki, “Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşam, toy olmaqla, el adət-ənənəsi ilə Cavabdeh yaşadığı Bakı şəh, Binəqədi ray, M.Ə.Rəsulzadə qəs, 22-ci dağlıq küç, ev.3 ünvandakı fərdi yaşayış evinə gəlin köçərək yaşamışdır. Toydan əvvəl və toy vaxtı ona cavabdeh və onun ailəsi tərəfindən müxtəlif qızıl əşyalar hədiyyə olunmuşdur. İddiaçı bildirir ki, “yeni il qabağı ailədaxili yaranmış narazılıqlarla bağlı münasibətlrimiz pozulduğu vaxt həyat yoldaşım Rəsul mənə hədiyyə olunmuş qızılları məndən geri tələb etməyə başladı. Mən qaytarmaqdan imtina etdim. Yanvar ayının üçü başladı yenə hədə-qorxu gəlməyə və divana təpik vurub, əşyaları evdə yerə atmağa. Evdə tək olduğumuzdan mən qorxdum və geri çəkildim. O özü axtarıb qızılları dolabdan götürdü. Sonra anası ilə bacısı gəldi, mən onlara da dedim ki, qızılları qaytarsınlar. Onlar da Rəsulun tərəfini tutub qızılları mənə qaytarmadılar. Səhər evə Rəsulun atası da gəldi. Yenə də qızılları ondan ala bilmədim. Anası və bacısı da bizimlə qaldı və məni sözə tutmağa çalışdılar ki, qızıllardan özüm imtina edim. Mən qızıllardan imtina etmədim və onları tələb etməkdə davam etdim və həmin gün bir müddət sonar Rəsul və bacısı Leyla qızılları və nikah şəhadətnaməsini də götürüb çıxıb getdilər.” Münaqişə vaxtı qızılları tələb edib deyəndə ki, polisə şikayət edə bilərəm Rəsul dedi ki, atam polisdə işləyib, məni polisə verə bilməzsən, bundan öncə də Cavabdeh məni ölümlə təhdid edib, mənim evdən çıxmağımı dəfələrlə tələb edib. Çox ağır bir vəziyyətə düşmüşdüm. Rəsul mənim qızıllarımı götürdükdən sonra da ölümlə hədələdiyinə görə "səni kəsərəm", "öldürərəm"və s.ifadələr işlədib)bu dəfə hədələrin gerçək olacağından qorxub həmin gün həyati təhlükə hiss etdiyimə görə anamgilə qaçdım. Bir neçə gün gözlədim ki, Rəsul barışmağa gəlsin, mənim dalımca gəsin və özü qızılları qaytarsın. Axı bunlar mənə məxsusdur. Lakin o, onun bacısı və anası da qızılları mənə qaytarmaqdan qəti imtina etdilər. xx.xx.2023-cü il tarixdə mən cavabdehin evindən çıxaraq ata evimə qayıtdım. Lakin yenə də düşünürdüm ki, aramızdakı münaqişə öz həllini tapacaqdır. Bu səbəbdən heç cehizlərimi belə cavabdehin evindən çıxarmamışdım. Anamgilə gələndən bir müddət sonra hamilə olduğumu öyrəndim. 7 saylı qadın məsləhətxanasında qeydiyyata alındım. Bunu həyat yoldaşıma bildirdim. O isə uşağı istəmədiyini bildirdi və uşağımızı tələf etməyi tələb etdi, əks təqdirdə başıma oyun açacağını mənə qarşı fiziki zor tətbiq edəcəyini bildirdi. Eyni zamanda onda olan mənə məxsus qızılları isə ancaq uşağı tələf etsəm geri qaytaracağını dedi. Münaqişəmizin əsas səbəbləri odur ki, oğlanın cinsi zəifliyi olduğundan nikahdan sonra biz normal cinsi əlaqədə ola bilmədik, bu səbəbdən mənim bakirəliyim pozulmamış qalmışdır. Bu məsələ ilə əlaqədar olaraq Rəsul psixoloji problemlər yaşamış, mənə çıx get atanın evinə demişdir, getməsən səni boğaraq öldürəcəyəm demişdir. Mən onu başa düşməyə, səbrli olmağa və müalicə olmağı təklif etdim, lıakin o mənim bu təkliflərimi rədd etmişdir. Lakin bakirəliyimin pozulmamasına baxmayaraq mən hamilə qaldım, bunu artıq evdən çıxandan sonra xx.xx.2023-cü il tarixdə bildim. Rəsul mənim qızıllarımı qaytarmamışdır ki, sənin bakirəliyin pozulmamış və sənə qızıl düşmür Ailəsi isə hamiləliyimi öyrənəndən sonra anası Axundova İradə (mob 050-530-82- 72) təhqiredici, təhdidedici, şərləyici mesajlar göndərməyə başladı. Məni, atam Əzizov Famili, anam Əzizova Nailəni, bacım Əzizova Ayseli, qardaşım Əzizov Əzimi yazdığı mesajlarda insanın şərəf və ləyaqətini alçaldacaq şəxsiyyətinə toxunacaq söz və ifadələr işlədib. Mən uşağı tələf etməyəcəyimi bildirdikdə, geri qayıdıb orada yaşayacağımı qeyd etdikdə Rəsulun anası Axundova İradə məni döyməklə hədələmişdir. 24 yanvar 2023-cü il tarixdə cavabdehin təhdidi və hədə-qorxu gəlmələrinə dözməyərək cavabdeh mən hamiləliyn pozulması üçün 7 saylı qadın məsləhətxanasına aparmışdır. 7 saylı qadın məsləhətxanasında müvafiq akt tərtib edilmiş eyni zamanda Cavabdeh da bu barədə ərizə alınmışdır.”

3. 7 saylı Qadın Məsləhətxanasınının vəkil sorğusuna verilmiş 97 saylı, xx.xx.2023- cü il tarixli məktubunda qeyd edilmişdir ki: Sizin xx.xx.2023-cü il tarixli 144 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 7 nömrəli Qadın Məsləhətxanasına həmiləliyin təyini üçün müraciət etmişdir. Sahə mama ginekoloqu tərəfindən müvafiq müayinələr aparılmışdır. Ultrasəs müayinəsi zamanı hamiləlik təsdiq olmadığı üçün qadın 1 həftə sonra təkrar müayinəyə dəvət olunmuşdur. xx.xx.20232-cü il trixdə növbəti gəliş zamanı ultrasəs müayinəsi zamanı 3 həftəlik hamiləlik təsdiq olunmuşdur. Qadının hamiləliyi davam etdirmək istəmədiyini və medikamentoz abort üçün müraciət etdiyini bildirmişdir. Hamiləliyin pozulması üçün həyat yoldaşının icazəsi aktaşdırlmş və TQS 025 kartaya əlavə olunmuşdur. Hamilə qadın medikamentoz abort üçün xəstəxanaya göndəriş verilmişdir. xx.xx.2023-cü il tarixdə qadın yenidən həkim qəbuluna gəlmiş və hamiləliyi pozmaq üçün dərman içdiyini bildirdi. Ultrasəs müayinəsi zamanı uşaqlıq boşluğu təmiz, hamiləlik aşkar olunmamışdır. İşin materiallarına əlavə olunmuş telefon danışıqları, vatsap yazışmaları və səsli mesajlar sübut edir ki, qadın hamiləliyin pozulması üçün könüllü müraciət etməmiş, buna cavabdeh hədə qorxu gəlməklə, əmlakını qaytarmayacağını bildirməklə, eyni zamanda cavabdehin və ailəsinin ona qarşı fiziki zor tətbiq etmək hədəsi ilə nail olmuşdur. İddiaçı qorxusundan ondan tələb olunduğu addımı atmış, lakin sonradan həyatının ən böyük səhvini etdiyini anlamışdır. İddiaçı olduqda məyus olmuş, uzunmüddətli depressiyaya düşmüşdür. Depressiya nəticəsində həyatdan küsmüş, yaxınları ilə ünsiyyətdə biganəlik nümayiş etmiş, yeməkdən imtina etmişdir. O özünə məcburiyyət aldında sımağı bağışlaya bilməmişdir. İndi hesab edir ki, ona qarşı fiziki zor tətbiq olunsaydı da belə o qərək ana olmaq missiyasını həyata keçirərdi. Eyni zamanda yenə ana olub-olmayacağı böyük bir sual atdında qalmışdır. İddiaçının bu halını görən yaxınları onu psixiatr qəbuluna aparmış. psixiatr onun depressiv vəziyyətdə olduğunu təsdiqləmiş və ona müalicə yazmışır. Belə ki, cavabdehin qanunsuz bu hərəkətləri şəxsin psixi və fiziki sağlamlığına ciddi zərar vurmuşdur. İddiaçı işdən bir müddət aralanmış və müalicə qəbul etmişdir.Onun keçirdiyi bu həm fiziki həm mənəvi iztirablar, keçirdiyi güclü sarsıntı onun Cavabdeh mənəvi zərərə görə 8000 (səkkiz min) manat məbləğində pul İddiaçı oğlunun xeyrinə tutulması barədə qətnamənin qəbul olunmasına əsas verir. Eyni zamanda iddiaçıya məxsus olan qızıl-zinət əşyaları belə iddiaçıya bu günədək cavabdeh tərəfindən qaytarılmamışdır. Hazırda cavabdeh iddiaçıya qarşı nikahın pozulması iddia tələbi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmiş, həmin mülki iş e-2(005)-2856/2023 nömrəsi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Ramin Quliyevin icraatındadır. İşin hallarından görünür ki, iddiaçı reproduktiv zorakılığa məruz qalmış və buna görə güclü ruhi sarsıntı və iztirablar keçirmişdir. İddiaçını normal həyata qaytarılmasına belə tibbi müdaxiləyə ehtiyac duyulmuşdur. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh uşağının olmasına psixoloji olaraq hazır deyildi. Evlənəndən sonra deyirdi ki, atasından anasından qayğı görməyib. Cavabdeh ona münasibətdə özünü erməni kimi aparırdı. Həta deyirdi ki, uşaq ondan deyil. Kaş uşağını abort etməyib saxlayardı və bunu cavabdehə sübut edərdi. Bütün bunlara bir müddətdən sonra artıq dözə bilməmişdir. Çünki həm özü, həm anası ona təhqiredici mesajlar ünvanlayırdılar. Hətta deyirdilər ki, “sənin uşağın xəstə doğulacaq, kor olacaq, anan və atan kimi xəstə olacaq”. Uşağını cavabdehin qızıllarını və cehizini qaytarması üçün abort etməmişdir. Belə ki, özü ümumiyyətlə qızıl taxan deyil. Digər tərəfən atası və anası ilə qaldığından onun cehiz əmlakına ehtiyacı olmamışdır. Yanvarın 9-u hamilə olduğunu biləndən sonra dərhal hətta hamiləlikdən qabaq orqanizimdə olan dəyişikliyə görə cavabdehdə bildirmişdir. Cavabdeh isə uşağı istəmədiyini təkidlə bildirmişdir. Müayinə üçün 7 saylı Qadın Məsləhətxanasına müraciət etmişdir. Birinci dəfə uzi yoxlanışında valideyni ilə getmişdir. Lakin uzi yoxlanışında hamilə olması müəyyən edilməmişdir. Çünki ilk olaraq bunu qan analizi ilə müəyyən etmək olur. İkinci dəfə yoxlanışa gedəndə, artıq 3 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Cavabdehin uşağı istəmədiyini bildirəndə ona yalnız “medikamentoz abort” tövsiyyə edilmişdir. Belə ki, onun hamiləliyi fərqli olmuş, yəni əri ilə cinsi əlaqə zamanı qızlıq pərdəsi cırılmadan hamilə qalmışdır. Çünki digər abort növləri onun sağlamlığı üçün zərərli idi. Medikamentoz isə sadəcə dərman içməklə uşağın tələf olmasına imkan verən bir üsuldur. 7 saylı Qadın Məsləhətxanasında olarkən atanın uşağı tələf etmək istədiyini bildirdiyindən ona perinatal mərkəzdə müayinə üçün həkim göstərişi verilmişdir. Bundan əvvəl isə bir neçə şəhər və rayon xəstəxanasını gəzsə də, bakirə olduğundan abort etməyə kimsə cəsarət etməmişdir. Perinatal mərkəzdə isə ona dərman ala bilməsi üçün Mələk xanım yazıb. Daha doğrusu Mələk xanım gələcəkdə məhkəmə və ya polis mübahisəsi ola biləcəyinədn ehtiyat edərək, onun verdiyi dərmanları özü resept kimi yazmışdır. Həmin kağızda isə möhürün olub-olmaması ona məlum deyil. Dərmanı Nərimanov metrosunun çıxışında olan aptekdən almışdır. Lakin resepti və çeki hal-hazırda təqdim edə bilmir. Amma düşünür ki, həmin sənədlər evdə ola bilər. Dərmanlar iki cür olub səhv etmirsə birinin qiyməti 20-30 manat, digəri isə 60-70 manat civarı idi və öz vəsaiti hesabına almışdır. 26 yanvar tarixində evdə dərman içmiş, müayinə üçün mensturasiya vaxtını gözləməli olmuşdur. 26 yanvar tarixindən sonra onu bloka atmış və yazışmaları olmamışdır. Bu cavabdehin özünün qurduğu plan idi. Həmin ərəfədə qohum-tanışla maraqlanırdılar. Atası atasına yığmışdır. Halbuki, həmin ərəfədə xəstəxanada idi. Hətta təklif etmişdir ki, qoy atası sağalsın reabilitasiya dövrünü keçsin sonra bu məsələni danışsınlar. Lakin cavabdeh deyirdi ki, özünü bədbəxt etmək istəmir. Uşağı istəmir. Onun orqanizmi uşağa qalması üçün kifayət qədər möhkəm idi. Əgər uşağı düşmüş olsaydı, bu faktı məsləhətxanada belə müayinə etmək olardı. Həmin ərəfədə ekspertiza keçirilsəydi, bu fakt müəyyən edilə bilərdi. Abortu psixoloji təzyiq altında etdiyindən onun psixologiyası pozulmuş və ona görə də, psixoloji müayinə alır. Evlənəndə Cavabdeh qarşı sevgi hissi olsa da, abort etdiyi vaxt Rəsuldan olan uşaq istəməmiş, sadəcə uşağının olmasını çox istəmişdir. 25 fevralda ikinci dəfə uzi yoxlanışına gedəndə, cavabdehin özü, dayısı arvadı gəlmişdilər. Həmin vaxt onlar onun həqiqətən abort edib-etmədiyini müəyyən etməyə çalışmışdılar. 29 yanvarda olan yazışmalarında artıq abort etsə də, cavabdehdə bunu bildirməmişdir. Çünki bu barədə cavabdeh ondan soruşmamışdır. Həmçinin cavabdehin sevinəcəyini düşündüyündən ondan dərman içdiyini gizlətmişdir. Daha sonra cavabehin atası onun atasına yığaraq demişdir ki, gəlin zir-zibilinizi aparın. Həmin vaxtda da, onlar abortdan məlumatsız olmuşlar. Ümumiyyətlə həmin günləri tam xatırlaya bilmir. Çünki abort ərəfəsi və ondan sonra özündə olmamışdır.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci ilin oktyabr ayında nikah bağlanmış, daha sonra dekabr ayında aralarında yaranan şiddətli mübahisələrə görə və iddiaçıya fiziki güc tətbiq etməklə cavabdeh qızılları ondan aldıqdan sonra iddiaçı ata evinə gəlib və gözləyib ki, aralarında olan mübahisəli vəziyyət sakitləşəndən sonra araları düzələ bilər. Cavabdeh ata evində olanda orqanizmində dəyişiklik hiss edir. Daha sonra məlum olur ki, xanım hamilədir. Bu barədə cavabdehə bildirdikdə, cavabdeh qəti surətdə uşağı istəmir və iddiaçıya uşağı tələf etməsi barədə təkid edir. Məhkəməyə təqdim edilən yazışmalardan görünür ki, cavabdeh iddiaçıya “uşağı tələf et, əşyalarını qaytaracam və ya abort et sənə 1000 manat verəcək” kimi ifadələr yazıb. Xanım cavabdehin ona təzyiqlərindən bezərək, təhdidlərindən çəkinərək, bu barədə polisə müraciət edib. Polisdə isə əməldə cinayət tərkibi olmadığından mübahisənin məhkəmə qaydasında həll edilməli olması qənaətinə gəlib. Hətta xanım həmin yazışmalarda deyir ki, “qoy əşlarını götürüm ki, uşağı saxlaya bilim” . Cavabdeh isə bunun müqabilində “uşağı tələf edəndən sonra verəcəyini” bildirib. Nəticədə xanım analıqdan məcburi qaydada məhrub olub. Hətta keçirdiyi psixi pozuntu və onun əsası barədə məhkəmə psixoloji ekspertizanın da, iş üzrə rəyi var.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, xanım iddia edir ki, cavabdehin təhdidlərində və təzyiqlərindən təsirlənmiş və abort etməli olmuş, bu abort onun psixasına mənfi təsir göstərmişdir. Lakin nəzərə alınmalıdır ki, uşağın atası kimi onun tam hüququ çatır ki, uşağı istəyib, istəməməsi barədə fikrini ifadə etsin. Əgər cavabdeh onu, ailəsini, uşağını ölümlə hədələmiş olsaydı, xanım abortdan sonra mütləq cavabdehə qorxu hissini aradan qaldırmaq üçün məlumat verməli idi. Lakin yazışmalardan və xanımın dediklərindən aydın olur ki, o , abortdan dərhal sonra iddiaçıya məlumat verməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh iddiaçını aborta zorla və ya silah gücünə aparmayıb. Bundan başqa xanım dərmanı özü alıb, özü içib, həkim müayinəsinə sərbəst özü gedib. Hətta bütün bunlardan savayı xanıma aborta xəstəxanalar cəsarət etməsə də, xanım dediyinə görə resepti də özü yazıb və sənəddə saxtakarlığa yol verib. Hətta möhürsüz olubolmadığı, ümumiyyətlə mövcud olub-olmadığı məlum olmayan həkim resepti ilə dərman aldığını iddia edir. Hansı ki, həmin dərmanı heç bir aptek işçisi qanunsuz olduğunu biləbilə verməməli idi. Bundan başqa ekspert rəyini sübut kimi qəbul etmir. Çünki ekspert ümumiyyətlə abort edilib-edilməməsini müəyyən edə bilməz. Rəy sadəcə iş materiallarına əsaslanmaqla verilib. Ümumiyyətlə iş materiallarında olan sübutlar abortu təsdiq etmir.

7. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ünvanladığı etirazında göstərir: “İddiaçı X3 Bakı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh mənəvi zərərə görə 8000 manat məbləğində pul İddiaçı xeyrinə tutulması bardə qətnamənin qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia ərizəsini qəbul etmirik. Hesab edirəm ki, iddiaçının tələbləri əsassızdır və aşağıdakı dəlillər nəzərə alınmaqla rədd edilməlidir: 1. İddiaçı hesab edir ki, birgə nikahdan onun hamilə olması və sonradan uşağın abort yolu ilə tələf edilməsi onun iradəsinə uyğun olmamışdır. İş materiallarından göründüyü kimi iddiaçı qadın məsləhətxanasına öz təşəbüsü ilə getmişdir, bununla əlaqədar ona qarşı hər hansı zorakılıq və hədəqorxu təzyiq və qanunsuz tədbirlərdən istifadə edilməmişdir. Gözlənilmiş uşağın tələf olunması ilə bağlı cavabdehin arzusunun olduğu kimi iddiaçının da belə niyyəti olmuşdur. Belə ki, ailə həyatı baş tutmamış, tərəflər ayrılmağı qərara almışlar. İddiaçı Məhkəməyə cavabdehlə aralarında olan yazışmaları təqdim etsə də, həmin yazışmalar uşaq mövzusu ilə bağlı tərəflər arasında mövcud olmuş danışıqların bütün xronogiyasını əhatə etmir, əslində iddiaçı dəfələrlə cavbdehin psixi xəstə olmasını əsas gətirərək ondan uşaq doğmaq istəmədiyini, abort edəcəyini açıqca bildirmişdir. Bu səbəbdən hesab edirik ki, cavabdehin sərbəst fikir ifadə etməklə iddialçıdan uşaq istəyib istəməməsini bildirməsi iddiaçın qanunla qorunan hüquqlarını və maraqlarını pozmamışdır. Əslində tərəflərin hər ikisi arzuolunmaz uşağın doğulmasına etiraz etmiş, bunun vaxtında qarşısının alınmasını məqsədəmüvafiq hesab etmişlər. Mübahisəsizdir ki, uşağın dünyaya gəlməsi ilə bağlı valideyn hesab olunan atanın da fikir bildirmək hüququ var, bu hüquqdan istifadə edilməsi heç bir halda məsuliyyətə səbəb ola bilməz. 2. Bundan başqa “Facebook” sosial şəbəkəsi üzərindən tərəflər arasında aparılmış yazışmaların məzmunundan görünür ki, bəzən iddiaçı özü, bəzən də cavabdeh uşağın arzu olunmadığı barədə fikirlər ifadə ediblər. 3. Bundan başqa “Facebook” sosial şəbəkəsi üzərindən tərəflər arasında aparılmış yazışmaların məzmunundan görünür ki, iddiaçı cavabehin şəxsiyyətinə qarşı alçaldıcı ağır sözlər yazmaqla onda özünə qarşı nifrət və aqressiya oyatmağa çalışmış və cavabdehin ondan ümumi uşağının doğulmasını arzulamamasına şərait yaratmışdır. 4. Bundaş başqa

5. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı:1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.“İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropaİnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsi nə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq halları nəzərə alınmalıdır”

8. Cavabdehin nümayəndəsi məhkəməyə poçt vasitəsilə ünvanladığı etirazınıda göstərir: 1. İddiaçı hesab edir ki, birgə nikahdan onun hamilə olması və sonradan uşağın abort yolu ilə tələf edilməsi onun iradəsinə uyğun olmamışdır. İş materiallarından göründüyü kimi İddiaçı qadın məsləhətxanasına öz təşəbüsü ilə getmişdir, bununla əlaqədar ona qarşı hər hansı zorakılıq və hədə-qorxu təzyiq və qanunsuz tədbirlərdən istifadə edilməmişdir. Gözlənilmiş uşağın tələf olunması ilə bağlı cavabdehin arzusunun olduğu kimi iddiaçının da belə niyyəti olmuşdur. Belə ki, ailə həyatı baş tutmamış, tərəflər ayrılmağı qərara almışlar. İddiaçı Məhkəməyə cavabdehlə aralarında olan yazışmaları təqdim etsə də, həmin yazışmalar uşaq mövzusu ilə bağlı tərəflər arasında mövcud olmuş danışıqların bütün xronogiyasını əhatə etmir, əslində iddiaçı dəfələrlə cavbdehin psixi xəstə olmasını əsas gətirərək ondan uşaq doğmaq istəmədiyini, abort edəcəyini açıqca bildirmişdir. Bu səbəbdən hesab edirik ki, cavabdehin sərbəst fikir ifadə etməklə iddialçıdan uşaq istəyib istəməməsini bildirməsi iddiaçın qanunla qorunan hüquqlarını və maraqlarını pozmamışdır. Əslində tərəflərin hər ikisi arzuolunmaz uşağın doğulmasına etiraz etmiş, bunun vaxtında qarşısının alınmasını məqsədəmüvafiq hesab etmişlər. Mübahisəsizdir ki, uşağın dünyaya gəlməsi ilə bağlı valideyn hesab olunan atanın da fikir bildirmək hüququ var, bu hüquqdan istifadə edilməsi heç bir halda məsuliyyətə səbəb ola bilməz. Buna baxmayaraq hazırki etiraza əlavə edilmiş "Facebook" sosial şəbəkəsi üzərindən tərəflər arasında aparılmış yazışmalardan görünür ki, cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək evə qayıtmasını xahiş etmiş, evə qayıtdıqdan sonra gələcəkdə doğulacaq uşağı birlikdə böyütməyi arzu etdiyini bildirmişdir.

2. Bundan başqa "Facebook" sosial şəbəkəsi üzərindən tərəflər arasında aparılmış yazışmaların məzmunundan görünür ki, iddiaçı cavabehin şəxsiyyətinə qarşı alçaldıcı ağır sözlər yazmaqla onda özünə qarşı nifrət və aqressiya oyatmağa çalışmış və cavabdehin ondan ümumi uşağının doğulmasını arzulamamasına şərait yaratmışdır. 3. Bundaş başqa iddiaçıya hamiləliyin pozulması səbəbi naməlumdur. İş materiallarında olan 01 avqust 2023-cu diaçıya hamiləliyin pozulb ki, xx.xx.2023-cü il tarixdə iddiaçı yenidən həkim qəbulun gəmış və tarixli da underman içdiyini bildirmişdir. İddiaçının hansısa məlumatı verməsi sübut etmir ki, hamiləlik məhz onun təşəbbüsü ilə pozulub. Bəlkə də hamiləlik təbii səbəblərdən, İddiaçının iradəsindən asılı olmadan pozulub. Başqa bir tərəfdən, medikamentoz abort üçün dərmanlar sərbəst dövriyyədə yoxdur. Həmin dərmanı istifadə edərək uşağı məhv etdiyi göstərən iddiaçı onu haradan və nəyin əsasında əldə etməsi barədə iddia ərizəsinə sübutlar əlavə etməmişdir. Hesab edirik ki, iddia tələbi əsassızdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən verilən AZ-T seriyalı, 053634 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah bağlanmış, bu barədə xx.xx.2022-ci il tarixində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4069 № ilə qeyd edilmişdir.

10. 7 nömrəli Qadın Məsləhətxanasından ünvan 3 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilir: “Sizin xx.xx.2023-cü il tarixli 144 nömrəli soğunuza cavab olaraq bildiririk ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 7 nömrəli Qadın məsləhətxanasına hamiləliyin təyini üçün müraciət etmişdir. Sahə mama ginekoloqu tərəfindən müvafiq müayinələr aparılmışdır. Ultrasəs müayinəsi zamanı hamiləlik təsdiq olmadığı üçün qadın 1 həftə sonra təkrar müayinəyə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixdə növbəti gəliş zamanı ultrasəs müayinəsi zamanı 3 həftəlik hamiləlik təsdiq olunmuşdur. Qadının hamiləliyi davam etdirmək istəmədiyini və "medikamentoz abort" üçün müraciət etdiyini bildirmişdir. Hamiləliyin pozulması üçün həyat yoldaşının icazəsi aklaşdırılmış və TQS 025 kartaya əlavə olunmuşdur. Hamilə qadına "medikamentoz abort" üçün xəstəxanaya göndəriş verilmişdir. xx.xx.2023-cü il tarixdə qadın yenidən həkim qəbuluna gəlmiş və hamiləliyi pozmaq üçün dərman içdiyini bildirdi. Ultrasəs müayinəsi zamanı uşaqlıq boşluğu təmiz, hamiləlik aşkar olunmamışdır.”

11. 7 nömrəli Qadın Məsləhətxanasından “Güvən” Vəkil Bürosunun Vəkilinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilir: 7 nömrəli Qadın Məsləhətxanasının tibbi qeydiyyat kitabına əsasən İddiaçı “ medikamentoz abort” üçün Respublika Perinatal Mərkəzinə göndəriş verilmişdir. Göndəriş 1 nüsxədən ibarət olur və pasientə əlbəl verildiyi üçün surətini təqdim etmək mümkün olmamışdır.

12. 7 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Mirmehdizadə Mehriban, mama-ginekoloq Cavadzadə Sevinc, sahə maması Həsənli Ulduz, hüquq məsləhətçisi Tahirli Könül tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli atdan görünür ki, İddiaçı 7 nömrəli Qadın Məsləhətxanasına müraciət etmiş, hamiləliyinin təsdiqi üçün USM müayinəsi istəmişdir. USM müayinəsi zamanı hamiləlik görsənməmiş, dinamik nəzarətdə xx.xx.2023-cü il tarixindən keçdiyi USM-də 3 həftəlik hamiləlik təsdiqlənmişdir. Qadın həyat yoldaşı ilə ayrılmaq mərhələsində olduğundan “Medikamentoz abort” üçün göndəriş istəmişdir. Onunla hamiləliyin pozulmaması üçün söhbətlər aparılmış, lakin o israrla hamiləliyi istəmədiyini bildirmişdir. Cavabdeh hamiləliyin pozulması qərarını müştərək verdiklərini bildirdi və hamiləliyin pozulmasına heç bir etiraz etməmişdir. Akt tərti edilərkən heç bir şikayət daxil olmamışdır. Akt hamilənin həyat yoldaşı, hamilənin anası, şöbə müdiri, mama-ginekoloq, sahə maması və hüquq məsləhətçisi tərəfindən imzalanmışdır.

13. xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh həyat yoldaşı İddiaçı hamiləliyinin pozulmasına etiraz etməmişdir.

14. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/693 saylı ekspert rəyinin nəticə hissəsində göstərilir: İddiaçı psixoloji durumunda Cavabdeh hərəkətləri nəticəsində neqativ dəyişikliklər baş vermişdir. İddiaçı psixi fəaliyyətində yaranmış dəyişikliklər orta dərəcədə olmaqla, onun qarşılaşdığı şəraitlə əlaqədar gərginlik halını keçirməsində, onda neyrotizm əlamətlərinin üzə çıxmasında və səhhətində problemlər yaranmasında özünü göstərir. Rəyin tədqiqat hissəsində göstərilir: Eksperimental psixoloji müayinə nəticələri göstərir ki, İddiaçı psixi cəhətdən normal inkişaf etmişdir. Onun oloji müextual inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri muəyyənli (intellektualesti Müayinə olunan M. Əzizova ona təqdim olunmuş anlayışların müqayisəsi və təsnifatı zamanı, eləcə də onların əsas əlamətlərini müəyyən ederken hemmayisəsi və təsnifatı əzəməlamətlərdən çıxış edir. İddiaçı təfəkkür tərzi normal və praktik yönümlu olmaqla daha çox hadisələrin subyektiv təhlilinə yönəlmişdir (Anlayışların müqayisəsi və təsnifatı, əsas əlamətlərin müəyyən edilməsi). M. Əzizova kifayət qədər lüğət ehtiyatına malik olmaqla, fikirlərini başqalarına konkret və adekvat olaraq çatdırır. Onun emosional (keçirilən hisslərin yadda saxlanılması və yadasalınması), hərəkət (müxtəlif hərəkətlərin yadda saxlanması, hifz olunması və yadasalınmasıdır) hafizəsi və ixtiyari yaddasaxlaması (insanın qarşısına məqsəd qoymaqla, predmet və hadisələri yadda saxlaması) normaldır (10 söz, Obraza görə hafizə). İddiaçı diqqətinin həcmi, paylanması (eyni vaxtda iki müxtəlif və daha artıq işi yerinə yetirmək bacarığı) və keçirilməsi (şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) normaldır (Diqqətin keçirilməsi testi). Ayzenk şəxsiyyət sorğusunun nəticələrinin təhlili göstərir ki, İddiaçı fərdi-psixoloji xüsusiyyətlərinə görə ambivertə (insanın psixi fəaliyyətinin həm xarici, həm də daxili aləmə yönəlməsi) yaxındır, onda hadisədən sonra neyrotizm əlamətləri (emosional qeyri-stabillik, apatiya, yuxu problemləri, veqetativ pozuntular) müəyyən olunur. Müayinə olunan İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində aqressivlik əlamətləri müəyyən olunmur (Hənd testi). Müayinə olunan İddiaçı stres keçirib, sakitlik istəyir, xəyal qırıqlığı yaşayıb, məqsədləri illüziyaya çevrildiyi üçün məyus olub, buna görə həyata üz döndərib, bütün bunları unutmaq, gücünü bərpa etmək istəyir, anlayışa, təhlükəsizliyə ehtiyacı var, etibarından suiistifadə edildiyinə görə özünü müdafiə etməyə çalışır (Lüşer testi). İddiaçı emosional fonu aşağı olmaqla, onun fərdi-psixoloji xüsusiyyətlərində hal-hazırda apatiya üzə çıxır. Aparılmış psixoloji tədqiqat göstərir ki, İddiaçı hamilə qalmasına baxmayaraq yoldaşının və onun ailəsinin onu və uşağını istəməmələri, özü istəmədiyi halda hamiləliyini sonlandırması İddiaçı psixikasına neqativ təsir göstərmiş, o, emosional gərginlik halını keçirmiş, hərəkətlərinin uzaq məqsədini görməkdə çətinlik çəkmiş, dərman içərək hamiləliyini sonlandırmış, bu onun psixoloji travma almasına səbəb olmuşdur. Mülki iş materiallarının psixoloji cəhətdən təhlili və aparılmış eksperimental tədqiqat əsasında belə qənaətə gəlmək olur ki, İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər halhazırda orta dərəcədə olmaqla, Cavabdeh hərəkətləri ilə şərtlənmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər onun qarşılaşdığı şəraitlə əlaqədar emosional gərginlik halını keçirməsində, onda neyrotizm əlamətlərinin (emosional qeyri-stabillik, veqetativ pozuntular) üzə çıxmasında və səhhətində problemlər yaranmasında özünü göstərir.Göstərmək lazımdır ki, şəxsin fiziki və mənəvi sarsıntı və iztirablar keçirməsi faktının müəyyən olunması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir.

15. “Narınc” Psixologiya Mərkəzi tərəfindən verilən arayışda göstərilir: xx.xx.1993-cü il təvəllüdlü İddiaçı, xx.xx.2023-cü il tarixində diaqnostika üçün mərkəzimizin Xalqlar Dostluğu filialına müraciət etmişdir. İlkin yoxlanış zamanı yeniyetmə və yetkin şəxslər üçün psixi simptomların yoxlanılması üzrə psixoloji testdən keçmiş, göstəricilər isə aşağıdakı şəkildədir: somatizasiya orta ağır, obsessiv kompulsiv pozuntu, depressiya və həyəcan ağır, aqressiya, psixosomatizm və paranoid düşüncələr yüngül, fobia çox ağır səviyyədə, travma, obsessiv kompulsiv pozuntu, depressiya və fobiaların olması görülmüşdür. İlkin müayinənin sonunda baş mütəxəssisin rəyinə əsasən, həftədə 2 gün tam seans olmaqla (müddəti 45 dəq.) psixoloji seans, Quantitative (rəqəmsal) EEG aparatı ilə müayinə (beyindəki elektrik aktivliyini ölçərək beyin xəstəliyinin olub-olmadığını müəyyən edir) və 15 seansın sonunda təkrar yoxlanış məsləhət görülmüşdür. İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərində mərkəzimizdə psixoloji seans keçmişdir. İlkin yoxlanış üçün 30 AZN, psixoloji seans üçün isə 125 AZN ödəniş edilmişdir. İddiaçı müsbət nəticə əldə edib-etməməyi barədə məlumatı ilkin yoxlanış zamanı təyin olunan 15 seans sonu keçiriləcək təkrar yoxlanış sonrası məlumat verilə bilər (mərkəzimizdə 4 tam (müddəti 45 dəq.) psixoloji seans keçmişdir).

16. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X5” X4 26 saylı Vəkil Bürosuna ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda göstərilir: vətəndaş İddiaçı “X5” X7 1 saylı poliklinika şöbəsində hakim-psixiatr X1 müayinəsində olmuşdur. Müayinə nəticəsinə əsasən ona “Yüngül depressiv epizod” diaqnozu qoyulmuşdur.

17. X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə yazılan şikayət ərizəsində mübahisəli məsələ ilə bağlı göstərir: “Anamgilə gələndən bir müddət sonra hamilə olduğumu öyrəndim. 7 saylı qadın məlsəhətxanasında qeydiyyata alındım. Hazırda üç (3) həftəlik hamiləyəm. Bunu həyat yoldaşıma bildirdim. O isə uşağı istəmədiyini bildirdi və uşağımızı tələf etməyi tələb etdi qızılları isə ancaq uşağı tələf etsəm geri qaytaracağını dedi. Mən uşağı dünyaya gətirmək istədiyimi deyəndə ölkədən qaçacağını bildirdi. Ailəsi isə hamiləliyimi öyrənəndən sonra anası) Axundova İradə (mob. *** *** ** **) təhqiredici, təhdidedici, şərləyici mesajlar göndərməyə başladı. Məni, atam Əzizov Famili, anam Əzizova Nailəni, bacım Əzizova Ayseli, qardaşım Əzizov Əzimi yazdığı mesajlarda insanın şərəf və ləyaqətini alçaldacaq, şəxsiyyətinə toxunan söz və ifadələr işlədib. Mən uşağı tələf etməyəcəyimi bildirdikdə, geri qayıdıb orada yaşayacağımı qeyd etdikdə Rəsulun anası Axundova İradə məni döyməklə hədələdi və Rəsulun atası Axundov Şakirlə yaşayacağımı bildirdi. Qeyd edim ki, Axundov Şakir çox aqressiv insandır və dəfələrlə qeyri-adekvat hərəkətlər nümayiş etdirib. Xahiş edirəm ki, mənim və doğulacaq uşağımın, həmçinin ailəmin təhlükəsizliyini təmin edəsiniz. “ Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:

18. Cavabdeh ilə X2 arasında nikah xx.xx.2022-ci il tarixində nikahın bağlanır. Tərəflər arasında münasibətlər həmin ilin dekabr ayında gərginləşir və tərəflər artıq ayrı evlərdə yaşamağa başlayırlar.

19. İddiaçı atası evində olarkən 2023-cü ilin yanvar ayının 9-da hamilə olduğunu öyrənir. Cavabdeh isə tərəflərin birgə nikahından olan uşağın doğulmasını istəmir və bu barədə iddiaçıya öz etirazını bildirir. 10 yanvar 2023-cü il tarixində müayinə üçün 7 saylı Qadın Məsləhətxanasında olur, USM-də hamiləlik görünmədiyindən 18 yanvar 2023-cü il tarixində təkrar yoxlanışdan keçir və 3 həftəlik hamiləlik təsdiqini tapır. Orada abort niyyətini bildirdiyindən ona Respublika Perinatal Mərkəzinə göndəriş verilir. İddiaçı orda həkimin yerinə özünə resept yazaraq, evdə 26 yanvar tarixində medikamentoz abort yolu ilə uşağı tələf edir.

20. İddiaçı iddia edir ki, cavabdeh hamiləlik faktını öyrənəndən sonra ona psixoloji təzyiq göstərmiş və bunun nəticəsində təsir altında qaldığından ona tövsiyyə edilən üsulla, yəni medikamentoz abort yolu ilə 26 yanvar 2023-cü il tarixində dərman içməklə uşağı tələf etmişdir. Bundan sonra cavabdehə məlumat verməmişdir.

21. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, uşağın abortla yoxsa təbii yolla düşməsinin müəyyən edilmədiyini, cavabdeh tərəfindən sadəcə yazışmalarda uşağın abort edilməsinin təkid etməyin təhdidlə müşayiət olunmadığından hər hansı məcburiyyət sayılmadığını, iddiaçının özünün sərbəst iradəsi ilə uşağı tələf etdiyini bildirir.

22. Hazırda iş materiallarında iddiaçının medikamentoz abort yolu ilə uşağı abort etməsi üçün yazılan resept müəyyən edilmir. İddia edilən dərman vasitələrinin alınmasını iddiaçı sübut edə bilmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

23. Məhkəmə hesab edir ki, ddia ilə bağlı aşağıdakı normalara istinad edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

29. İşin halları ilə müəyyən edildiyi kimi iddiaçı cavabdehin onu qızıl-zinət və cehiz əşyalarını qaytarmayacağı hədəsi ilə abort etməyə məcbur etdiyini iddia edir. Lakin məhkəmə iclası zamanı həm tədqiq edilmiş sübutlarla, həm də tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh əvvəldən uşaq sahibi olmaq istəməmiş və bundan da iddiaçının xəbəri olmuşdur. Hətta tərəflərin artıq uşağın dünyaya gəlib-gəlməməsindən asılı olmayaraq, nikahlarını pozmaq və münasibətlərini kəsmək niyyəti olmuşdur. Eyni zamanda iddiaçının da artıq cavabdehə sevgisi azalmış və nikahın pozulmasında fikri qəti olmuşdur. Daha sonra iddiaçının bildirdiyinə görə o, medikamentoz abort eləmiş( öz əli ilə resept yazmış, özü aptekdən dərman almış və hamiləliyini sonlandırmışdır) və bu barədə nə cavabdehə, nə də onun ailəsinə heçnə deməmişdir. Yəni iddiaçı hələ də hamilə olduğu təəssüratını yaratmaqla cavabdehlə yazışmış və cavabdeh də ona barışmaq və uşağı dünyaya gətirməyi təklif etmişdir. Odur ki, iddiaçının iddia etdiyi kimi cehiz və qızıl-zinət əşyalarının qaytarılmayacağı ilə bağlı hədə ilə iddiaçının abort etməsi arasında səbəbli əlaqə olmamışdır. Çünki işin halları ilə ümumiyyətlə iddiaçının abort etməsi nəticəsində ona cehiz və qızıl-zinət əşyalarının qaytarıldığı və ya bununla bağlı tərəflər arasında sonradan mübahisənin yaranması müəyyən edilmir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçının abort etməsi ilə bağlı mənəvi əzab çəkməsində cavabdehin hüquqa zidd əməli olmamışdır. İddiaçının faktiki olaraq münasibətlərinin pozulduğu arvadından uşaq istəməməsi hüquqa zidd əməl hesab edilə bilməz. Tətbiq edilən prosessual normalar:

30. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Nəticə:

36. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası tələb edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Eyni zamanda iddia rədd edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 80 manat vəsait iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

38. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 80(səksən) manat vəsait İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar