Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4036/2024 25.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan digər mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)- 3966/2024 saylı mülki iş məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4036/2024 saylı mülki iş isə məhkəmənin icraatına xx.xx.2024-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh hazırkı iş üzrə İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində digər hakimin icraatında mülki iş vardır, hansı ki, hazırkı işin həlli bilavasitə qeyd edilən işin nəticəsindən asılıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu nəzərə alaraq hesab edir ki, həmin işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi məqsədə müvafiqdir. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-4036/2024 saylı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3966/2024 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə 2(001)-4036/2024 saylı mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası üzrə 2(001)-3966/2024 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-4036/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4036/2024
25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver