Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4094/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkili Mərəndskiy Röşən Vidadi oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, habelə azyaşlı uşağın 3 yaşına çatana qədər maddi kömək məqsədilə cavabdehdən əlavə hər ay 50 manat pulun tutularaq İddiaçı Bayram qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin nikahı barədə qeyd 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən xx.xx.2018 tarixli, №3857 saylı qeydlə rəsmiləşdirilmişdir. Həmin nikahdan xx xxxxxxx 2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Hazırda tərəflər aralarında olan narazılıqlara görə faktiki ayrı yaşayırlar. Cavabdeh uşağın doğumundan bu günədək körpəsi ilə maraqlanmamış, onun saxlanılmasında hər hansı şəkildə iştirak etməmişdir. Uşaq hələ 8 aylıq olduğundan hesab edir ki, cavabdeh körpənin xərclərinə məcburi cəlb olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-cı il tarixli, 05\Q\466\69 saylı nikah haqqında arayışdan görünür ki, X5 ilə X1 xx xxxxxx 2018-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3857 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şıxov”, arvada isə “Şıxova” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05\Q-465\69 saylı saylı doğum haqqında arayışdan görünür ki, X4 xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə 5 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt həmin tarixdə 7073 №-ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən №**********1112018 saylı evlənən kişilər haqqında məlumat sənədindən görünür ki, X6 “Bravo” hipermarketində şöbə müdiri vəzifəsində çalışır. Mülki iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflər xx xxxxxx 2018-cı il tarixdə nikaha daxil olmuşlar, onların nikahlarından xx xxxxxxx 2019-cu il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İddiaçı cavabdehin onları atıb getdiyini, uşağın saxlanılmasında iştirak etmədiyini bildirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, uşağı saxlamaq valideynin borcu olduğundan, cavabdeh faktiki olaraq uşağın saxlanılmasında iştirak etmədiyindən iddiaçı nikah münasibətlərinin pozulmamış olmasına baxmayaraq cavabdehdən aliment tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə iddia tələbində qeyd olunduğu kimi 170 manat aliment tutulmasını uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu tələblərinə və uşağın mənafeyinə uyğun olduğundan əsaslı hesab edir. Bundan başqa məhkəmə uşağın 3 yaşına çatanadək arvadın xeyrinə 50 manat aliment tutulması barədə tələbini də əsaslı hesab edir. Belə ki, qanunvericilik ər və arvadın bir-birinə maddi cəhətdən kömək etmək vəzifəsini müəyyən etmiş, eyni zamanda arvadın hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın zəruri vəsaitə malik olan ərdən aliment tələb etmək hüququnu qeyd-şərtsiz təsbit etmişdir. Odur ki, iş materiallarına əlavə edilmiş sənəddən də göründüyü kimi cavabdeh “Bravo Hipermarket”-də şöbə müdiri vəzifəsində çalışır. Bu isə cavabdehin zəruri vəsaitə malik olmasını təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olana kimi xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Ona görə məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 üç yaşı tamam olana kimi xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4094/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4094/2020
21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver