Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4148/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X7katibliyi, İddiaçı Ziyaddin qızının iştirakı ilə, İddiaçı Ziyaddin qızının Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qobustan rayonunun, Nərimankənd kəndində qeydiyyatda olan Cavabdeh xx xxxxxx 2012-ci il doğumlu X1 ötrü bütün gəlirlərinin həm sabit pul məbləğində, həmdə bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi 50 % miqdarında, lakin cavabdehin rəsmi iş yeri olmadığına görə bir uşaq üçün alimentin 200 manat sabit məbləğdə müəyyən olunması, uşağın gündəlik digər tələbatlarını ödəmək və uşaq xəstə olduğu üçün ona xidmət göstərmək, dava-dərman və müalicəsi üçün əlavə olaraq cavabdehdən hər ay 75 manat, cəmi 275 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2010-cu il tarixində Qobustan rayon İcra Hakimiyyəti başçısının Cəyirli kənd üzrə icra nümayəndəliyində, nikahın bağlanması haqqında akt kitabında 40 nömrə ilə qeyd etdirərək rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx xxxxxx 2012-ci il təvəllüdlü Amin adlı övladları doğulmuşdur. Onlar, Cavabdeh ilə Bakı şəhərində tanış olaraq, Bakı şəhərində evlənmışlər. Toyları el adətinə uyğun olaraq, qeyd etməklə ailə həyatı qurduqdan sonra Bakı şəhərində yaşamışlar. Ailə həyatlarının ilk illərində ər-arvad kimi münasibətləri normal olmuş, hər hansı xoşagəlməyən, ailənin bütövlüyünə və tamlığına xələl gətirən hərəkətlər istər cavabdeh, istərsə də, onun tərəfindən atılmamışdır. Evləndikdən bir müddət sonra cavabdehin özünəməxsus mürəkkəb xüsusi xarakter sahibi olduğu peyda olmağa başlamışdır. Evdə ailəsinin olması, maddi ehtiyaclarını ödəməsi, uşağına qayğı və diqqət yox dərəcəsindədir. Cavabdeh içki düşkünüdür. Uşaqlarının ciddi xəstəliyi vardır və o həkim nəzarətindədir. Təkbaşına onun dərmanlarını almaqda çətinlik çəkir. Cavabdeh qazancını başqa qadınlara xərcləyir. Hal-Hazırda əri ilə rəsmi nikahdadır. Cavabdehin onları maddi cəhətdən təmin etməməsinə görə işləmək məcburiyyətində qalmışdır. Amma qazancı heçnəyə kifayət etmir. Hər ay xəstə uşaqlarının müalicəsinə və dərmanlarına ən azı 150 manat pul verir. Pul olmayanda isə uşağa dərman vermir. Bu onun müalicəsini yarımçıq qoyur. Məhkəmə iclasında iştirak edən İddiaçı Ziyaddin qızı yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, özü hal-hazırda Biləcəri qəsəbəsində süpürgəçi kimi çalışır. Kirayədə qalır. Cavabdeh isə ustadır və ev tikməklə məşğuldur. Lakin onları atıb saxlamır. Uşağın boğazında limfalarında şişkinliklər var və onun 6 aydan bir müalicəyə ehtiyacı var. Əməliyyat etməyə imkanı yoxdur. Müalicə olunmazsa gələcəkdə xərçəng xəstəliyinə tutulma ehtimalı vardır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qobustan rayonunun İcra Hakimiyyəti Başçısının Cəyirli kəndi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2010-cu il tarixli, AZ-İ seriyalı, 626532 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx xxxxxx 2010cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 40 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şahverdiyev”, arvada isə “Şahverdiyeva” soyadı verilmişdir. xx xxxxxxxx 2017-ci il tarixində verilən AZE seriyalı, 11805239 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx xxxxxx 2012-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasının stasionar xəstənin tibbi vərəqəsindən olan 1999 saylı çıxarışdan görünür ki, xx xxxxxx 2012-ci il təvəllüdlü X2 bronxit J20, limfadenit biastocystoz A 07.8, polidefisit anemiya D53.9 diaqnozu qoyulmuşdur. Xəstənin vəziyyəti orta-ağır dəyərləndirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı Ziyaddin qızı xx xxxxxx 2010-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 40 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Şahverdiyev”, arvada isə “Şahverdiyeva” soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdeh uşağın saxlanılmasında iştirak etmir. İddiaçı uşağın saxlanması üçün cavabdehən 200 manat sabit pul məbləğində alimentin və uşağın xəstəliyinin müalicəsi üçün ayda 75 manat əlavə xərclərə görə ödənişin təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli Qərarında qeyd edilmişdir ki,uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından aslıdır, əlavə xərclər dəyişilməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tələb olunan 200 manat aliment tələbi barədə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən 200 manat aliment tələb etsə də cavabdehin gəlirləri haqqında məhkəməyə hər-hansı sübut təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı, o cümlədən onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından, eyni zamanda yaşayış minimumumu haqqında tələbləri nəzərə alaraq iddianı qismən əsaslı hesab edir və tələb olunan alimentin 170 manat sabit pul məbləğində olmaqla müəyyən edilməsini uşağın və hər iki valideynin mənafeyinə uyğun hesab edir. Uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə görə tələb olunan aliment məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Eyni zamanda kəskin bronxit xəstəliyi olan uşağın daimi müalicə almasının vacibliyi, nəzarətsiz saxlanıldığı halda daha ağır nəticələrə səbəb olacağı hamıya bəlli olan haldır. Məhkəmə iddiaçının çətin və azqazanclı əmək failiyyəti ilə məşğul olmasını(süpürgəçi), uşağın xəstəliyi ilə bağlı mütəmadi olaraq dərman və digər profilaktik üsullarla müalicə almasının vacibliyini, eyni zamanda bu tip xəstəliklərin nəzarətsiz saxlanıldığı halda daha ağır nəticələrə səbəb olacağını nəzərə alaraq hesab edir ki, digər valideyndən uşağın xəstəliyi ilə bağlı 50 manat məbləğində vəsait tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və xx xxxxxx 2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər xəstəliyinin müalicəsi üçün əlavə olaraq 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ziyaddin qızına ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarı (iddia qiyməti) 500 manatdan çox olduğundan (220X12=2640), ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ziyaddin qızına ödənilsin. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər xəstəliyinin müalicəsi üçün 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Ziyaddin qızına ödənilsin. İddia digər hissədə təmin edilməsin İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4148/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4148/2020
20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver