Məhkəmə qərarları › İş №2(001)-4153/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4153/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4153/2021 26.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyalarının geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı cehiz, qızıl-zinət əşyalarının geri qaytarılmasına və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 21.01.2019-cu il tarixdə rəsmi qeydiyyatdan keçməklə nikaha daxil olmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi şossesi döngə 4, 16 saylı evə gəlin köçərək orada yaşamışdır. Hal-hazırda tərəflərin ailə nikah münasibətləri pozulmuş, cavabdeh nikahın pozulması üçün Cəbrayıl Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçıya valideynləri tərəfindən hədiyyə olaraq alınan cehiz əşyaları və hədiyyə edilən qızıl-zinət əşyaları gəlin köçdüyü mənzildə qalmışdır. İddiaçının qaynanası və qaynatası onu oğlu Canla birlikdə atasıgilə qonaq göndərmiş, iddiaçı uşağına bir-iki paltar götürərək aralarında hər hansı bir narazılıq olmadan atasının evinə getmiş, sonradan iddiaçı geri qayıtmaq istəsə də cavabdeh və onun valideynləri hər hansı bir səbəb göstərmədən onun qayıtmasına razı olmamışlar. Cavabdeh öz anasının sözü ilə iddiaçıdan ayrılmaq qərarına gələrək məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı cehiz əşyalarını və qızıllarını tələb etmək üçün əmisinin yoldaşını cavabdehin evinə göndərmiş, həmin vaxt iddiaçının qaynanası qızılları sataraq özünü müalicə etdirməsini qalan pulu da öz dərdinə-sərinə verməsini bildirmişdir. İddiaçı evdən gedən zaman aşağıda sadalanan, cehiz əşyaları və toy vaxtı ona hədiyyə edilmiş qızıl-zinət əşyaları gəlin köçdüyü mənzildə qalmışdır. Cehiz əşyaları: qiyməti 8000 manat olan qonaq və yataq mebel dəstləri, qiyməti 1500 manat olan künc divanı, qiyməti 400 manat olan yataq və qonaq otaqları üçün pərdələr, qiyməti 500 manat olan uşaq yatağı, qiməti 300 manat olan çilçıraq, xrustal dəstlər, cürbəcür bakal dəstləri, yemək və çay dəstləri, qiyməti 250 manat olan toster, qiyməti 600 manat olan şirəçəkən, qozçəkən, blendr, qəhvəüyüdən, qiyməti 400 manat olan mikrodalğalı soba, qiyməti 100 manat olan od somavarı, qiyməti 100 manat olan elektrik somavarı, 3 dəst qazan, qiyməti 100 manat olan mikser, qiyməti 250 manat olan pizza bişirmək üçün soba, qiyməti 500 manat olan mətbəxdə istifadə edilməsi üçün qab-qaşıqlar, bıçaq və çəngəl-qaşıq dəstləri, qiyməti 150 manat olan 6 dəst qutuda əl-üz və can dəsmalları, qiyməti 180 manat olan açıq şəkildə 12 dəst əl-üz, 6 dəst can dəsmalları, qiyməti 175 manat olan 8 dəst pastel dəstləri, 8 dəst iki nəfərlik pastel dəsti, qiyməti 108 manat olan 24 ədəd çay dəsmalları, qiyməti 600 manat olan 2 dəs yataq örtüyü, qiyməti 800 manat olan yorğan, döşək, yay yorğanları, qiyməti 100 manat olan 3 ədəd ləpə qabları, qiyməti 100 manat olan 2 ədəd balıq qabları, uşaq paltarları, iddiaçıya məxsus geyimlər, qiyməti 400 manat olan süfrə; qızıl-zinət əyları: qiyməti 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, qiyməti 4700 manat olan üzük, bir cüt sırğa, kolye və qolbağdan ibarət qızıl dəsti, qiyməti 500 manat olan iddiaçıya bibisi tərəfindən hədiyyə olunan papatiya klonlu qızıl sep, qiyməti 500 manat olan iddiaçıya anası tərəfindən hədiyyə olunan qızıl sırğa. Bundan başqa iddiaçının öz təqaüdündən topladığı 500 manatı, iddiaçının övladı üçün valideynlərinin evində keçirilən qonaqlıq zamanı yığılan 700 manatı iddiaçının qaynanası Xoşqədəm saxlmaq üçün iddiaçıdan almış və geri qaytarmamışdır. Ona görə də iddia ərizəsində sadalanan cehiz, geyim, qızıl-zinət əşyalarının, bu əşyalar olmadıqda isə onların dəyərinin, iddiaçıya məxsus pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə 31.05.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı gəlin köçərkən aşağıdakı cehiz əmlaklarını gətirmişdir: künc divanı - 1500 manat, uşaq yatağı - 500 manat, mikser - 100 manat, pərdə - yataq və qonaq otaqları üçün - 400 manat, çilçıraq - 300 manat, qonaq otağı servantlar üçün cürbəcür xrustal dəstləri, bakal dəstləri, abedni çay dəstləri - 1000 manat, mikrodalğalı soba - 400 manat, toster - 250 manat, şirəçəkən, qozçəkən və blender, qəhvəüyüdən - 600 manat, od samovarı - 100 manat, tefal çaynik - 100 manat, 2 dəst qazan dəst - 130 manat, pizza bişirmək üçün elektrik sobası - 250 manat, mətbəxdə işlətmək üçün cürbəcür qablar və qaşıqlar - 200 manat, bıçaq və qaşıq dəstləri - 300 manat (108 ədəd), 3 dəst qutuda əl-üz və can dəsmalları - 150 manat, açıq şəkildə 8 ədəd əl-üz, can dəsmalları 5 ədəd - 180 manat, pastel dəsti - 7 dəst (tək nəfərlik) - 175 manat, 2 nəfərlik pastel dəsti - 4 dəst - 200 manat, çay dəsmalları (10 ədəd açıq, 1 dəst) - 108 manat, yataq örtükləri 2 dəst - 600 manat, adyallar (yataq dəsti üçün yorğan, döşək, yay yorğanı) - 800 manat, ləpə qabları (3 ədəd müxtəlif cür) - 100 manat, balıq qabları (2 ədəd) - 100 manat, stəkan-nəlbəki dəstlləri - 100 manat, uşaq paltarları, iddiaçının geyimləri, çanta, stolüstü süfrə - 400 manat. Bundan başqa iddia ərizəsində göstərilən mebellər - qonaq və yataq dəstləri 8000 manat, taxt, şifoner və tumba və termodan ibarət yataq otağı mebeli 3000 manat kimi göstərilsə də ümumi əşyaların adları konkret göstərilməmişdir. İddiaçı tərəfindən mebel olaraq bunlar gətirilmişdir: 2 ədəd qonaq otağı üçün qab şkafı, 1 ədəd qonaq otağı üçün televizor altı şkafı, 1 ədəd qonaq otağı üçün güzgülü qab şkafı, 1 ədəd qonaq otağı masası, 8 ədəd qonaq otağı stulu, 1 ədəd yataq otağı taxtı, 1 ədəd yataq otağı termosu, 2 ədəd yataq otağı tumba, 1 ədəd yataq otağı üçün paltar şkafı. İddiaçıya toyda hədiyyə olaraq qiyməti 900 manat olan 750 əyarlı briliant qaşlı nişan üzüyü, qiyməti 4700 manat olan üzük, sırğa, kolye və qolbaqdan ibarət qızıl komplekt iddiaçının bibisinin toyda hədiyyə etdiyi papatya klonlu qiyməti 500 manat olan qızıl sep, anasının iddiaçıya hədiyyə etdiyi qiyməti 500 manat olan qızıl sırğa verilmişdir. İddiaçı iddia ərizəsində tələb etdiyi bu əşyaları gətirməmişdir: uşaq mebel dəsti - 2150 manat, mətbəx mebeli - 1000 manat, musiqi mərkəzi - 400 manat, qabyuyan - 600 manat, paltaryuyan – 800 manat, soyuducu - 300 manat, qazsobası - 1000 manat, xalçayuyan Erolux markalı tozsoran - 1000 manat, ət maşını - 100 manat, uşaq beşiyi (uşaq kalyaskası) - 450 manat, xalça köhnə - 150 manat, elektrik somavarı - 100 manat, ət maşını - 150 manat, şam ağacı 2 ədəd - 200 manat, Notebook HP - 700 manat, yorğan döşək dəsti - 800 manat, LG markalı televizor - 500 manat, qazan dəstləri 1 dəst - 70 manat, 3 dəst qutuda əl-üz və can dəsmalları - 150 manat, açıq şəkildə 4 ədəd əl-üz, can dəsmalları 1 ədəd - 70 manat, pastel dəsti - 1 dəst (tək nəfərlik) - 25 manat, 2 nəfərlik pastel dəsti 4 dəst - 200 manat, çay dəsmalları (11 ədəd açıq) - 92 manat. İddiaçının Bakı Dövlət Universitetində oxuyan zaman topladığı 500 manat təqaüd puluna Xiaomi MİA 2 markalı telefon alınaraq onun istifadəsinə verilmişdir. İddia ərizəsində göstərilən aşağıdakı cehiz əşyalarına dair iddia tələbi rədd edilməlidir. Uşaq mebel dəsti - 2150 manat, mətbəx mebeli - 1000 manat, musiqi mərkəzi - 400 manat, qabyuyan - 600 manat, paltaryuyan - 800 manat, soyuducu - 300 manat, qazsobası - 1000 manat, xalçayuyan Erolux markalı tozsoran - 1000 manat, ət maşını - 100 manat, uşaq beşiyi - 450 manat, xalça köhnə - 150 manat, elektrik somavarı - 100 manat, ət maşını - 150 manat, şam ağacı 2 ədəd - 200 manat, Notebook HP - 700 manat, yorğan döşək dəsti - 800 manat, LG markalı televizor - 500 manat, qazan dəstləri 1 dəst - 70 manat, 3 dəst qutuda əl-üz və can dəsmalları - 150 manat, açıq şəkildə 4 ədəd əl-üz, can dəsmalları 1 ədəd - 70 manat, pastel dəsti - 1 dəst (tək nəfərlik) - 25 manat, 2 nəfərlik pastel dəsti - 4 dəst - 200 manat, çay dəsmalları (11 ədəd açıq) - 92 manat. İddiaçıya toyda hədiyyə olunan qiyməti 4700 manat olan üzük, sırğa, kolye və qolbağından ibarət qızıl dəsti satılaraq İddiaçı əməliyyatı və müalicəsinə sərf edildiyindən bu tələbində təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçıya toy hədiyyəsi olaraq verdikləri 4700 manata alınmış üzük, sırğa, kolye və qolbağından ibarət qızıl dəstini o, həyat yoldaşı ilə birlikdə gəlini Asiman evdən gedəndən sonra Asimana və oğlu Zahidə demədən 3700 manata satmış, həmin pulu Asimanın müalicəsi üçün aldığı borcun qaytarılmasına sərf etmişdir. İddia ərizəsində qeyd olunan pul məbləğləri Asiman onlarla birlikdə yaşadığı müddətdə ailə təsərrüfatına sərf olunmuşdur. İddiaçı dəflərlə dəyişdiyi iddia ərizələrində onlarda olmayan əşyaları tələb etmiş, özünə məxsus bəzi əşyaları isə qeyd etməmişdir. İddiaçının tələb etdiyi qonaq və yataq mebel dəstlərini, künc divanı, yataq və qonaq otaqları üçün pərdələri, uşaq yatağını, çilçırağı, xrustal dəstləri, cürbəcür bakal dəstləri, yemək və çay dəstlərini, tosteri, şirəçəkəni, qozçəkəni, blendri, qəhvəüyüdəni, mikrodalğalı sobanı, od somavarını, 2 dəst qazanı, mikseri, pizza bişirmək üçün sobanı, mətbəxdə istifadə edilməsi üçün qab-qaşıqları, bıçaq və çəngəl-qaşıq dəstlərini, 5 ədəd qutuda əl-üz və can dəsmallarını, açıq şəkildə 8 dəst əl-üz, 3 dəst can dəsmallarını, 7 dəst pastel dəstlərini, 4 dəst iki nəfərlik pastel dəstini, 10 ədəd çay dəsmallarını, 2 dəst yataq örtüyünü, yorğanı, döşəyi, yay yorğanlarını, 3 ədəd ləpə qablarını, 2 ədəd balıq qablarını, uşaq paltarlarını, iddiaçıya məxsus geyimləri, süfrəni, qiyməti 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyünü, qiyməti 500 manat olan papatiya klonlu qızıl sepi, qiyməti 500 manat olan qızıl sırğanı iddiaçıya qaytarmağa cavabdeh razıdır. İddiaçı gəlin gələrkən cehiz olaraq elektrik somavarı gətirmədiyindən, qazan dəsti 3 dəst deyil, 2 dəst olduğundan, əl-üz, can və çay dəsmallarının sayı düzgün qeyd edilmədiyindən, qızıl dəstin satılması nəticəsində əldə olunan pul vəsaiti iddiaçının özünün müalicəsi ilə bağlı borc götürülən pulun qaytarılmasına sərf edildiyindən iddia ərizəsinin qalan hissədə təmi edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 digər nümayəndə X1 izahatını təsdiq edib əlavə olaraq izahatında İddiaçı məxsus əşyaların qısa müddət ərzində onun mənzilindən çıxarılmasını tələb etdiyini göstərmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cavabdehin digər nümayəndələrinin izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçıya dəfələrlə özünə məxsus əşyaların cavabdehin və onun valideynlərinin mənzilindən götürməsi təklif olunsa da, iddiaçı müxtəlif bəhanələrlə öz əşyalarını mənzildən götürmür. Baxmayaraq ki, onun valideynlərinin iki mənzili vardır. İddiaçıya hədiyyə olunan qızıl dəsti satılan zaman onun məlumatı olmuşdur. Ona görə də iddia ərizəsinin cavabdeh tərəfindən etiraf olunan hissədə təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, qonşusu X2 borca görə gəlini Asimana məxsus qızıl dəstinin satılacağını ona danışarkən Asimanda eşitmiş, həmin vaxt Asiman heç bir söz deməmişdir. Asiman valideynlərinin evinə qayıtdıqdan sonra Nurəli ilə Xoşqədəm qzılları 3000 manata satmışlar. Asimanın cehizləri barədə akt tərtib olunan zaman o da, iştirak etmiş və aktları imzalamışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır ki, X2 ilə yaxın qonşudur. Ona görə Xoşqədəmin evində gəlinə məxsus qızılın borca görə satılması barədə danışıqları eşitmiş, qızılın neçəyə satılmasını isə bilmir. Xoşqədəmin ona da 2000 manat borcu olmuşdur. X10 satmış, Asimanın qızılın satılmasına razılıq verməsini o, bilmir. Asimanın cehizləri barədə akt tərtib olunarkən o, da iştirak etmiş, aktları imzalamışdır. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, 12 ilə yaxındır ki, X2 ilə yaxın qonşudur. Xoşqədəmin sözlərindən ona borca görə X4 məxsus qızılların satılması məlumdur. Qızılın neçəyə satılması ona məlum deyildir. Qızılın borca görə satılacağı barədə evdə söhbət getdiyindən Asiman bu barədə bilmişdir. Asimanın cehizləri barədə akt tərtib olunarkən o, da iştirak etmiş, aktları imzalamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus və iddia ərizəsində qaytarılması tələb olunan qonaq və yataq mebel dəstləri, künc divanı, yataq və qonaq otaqları üçün pərdələr, uşaq yatağı, çilçıraq, xrustal dəstləri, bakal dəstləri, yemək və çay dəstləri, toster, şirəçəkən, qozçəkən, blendr, qəhvəüyüdən, mikrodalğalı soba, od somavarı, 2 dəst qazan, mikser, pizza bişirmək üçün soba, mətbəxdə istifadə edilməsi üçün qab-qaşıqlar, bıçaq və çəngəl-qaşıq dəstləri, 5 ədəd qutuda əl-üz və can dəsmalları, açıq şəkildə 8 dəst əl-üz, 3 dəst can dəsmalları, 7 dəst pastel dəstləri, 4 dəst iki nəfərlik pastel dəsti, 10 ədəd çay dəsmalları, 2 dəst yataq örtüyü, yorğan, döşək, yay yorğanları, 3 ədəd ləpə qabları, 2 ədəd balıq qabları, süfrə, uşağının paltarları, iddiaçıya məxsus geyimlər, qiyməti 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, qiyməti 500 manat olan papatiya klonlu qızıl sep, qiyməti 500 manat olan qızıl sırğa cavabdehdədir və sonuncu bu əşyaların iddiaçıya qaytarılmasına etiraz etmir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçıya toy hədiyyəsi olaraq 4700 manata alınmış üzük, sırğa, kolye və qolbağından ibarət qızıl dəst cavabdehin valideynləri tərəfindən satılmış, iddiaçı iddia ərizəsində də cavabdehin anası tərəfindən alınmasını qeyd etdiyi pul vəsaitini cavabdehdən tələb edir. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən onda olması etiraf olunan iddia tələbində qaytarılması tələb olunan qonaq və yataq mebel dəstləri, künc divanı, yataq və qonaq otaqları üçün pərdələr, uşaq yatağı, çilçıraq, xrustal dəstləri, bakal dəstləri, yemək və çay dəstləri, toster, şirəçəkən, qozçəkən, blendr, qəhvəüyüdən, mikrodalğalı soba, od somavarı, 2 dəst qazan, mikser, pizza bişirmək üçün soba, mətbəxdə istifadə edilməsi üçün qab-qaşıqlar, bıçaq və çəngəlqaşıq dəstləri, 5 ədəd qutuda əl-üz və can dəsmalları, açıq şəkildə 8 dəst əl-üz, 3 dəst can dəsmalları, 7 dəst pastel dəstləri, 4 dəst iki nəfərlik pastel dəsti, 10 ədəd çay dəsmalları, 2 dəst yataq örtüyü, yorğan, döşək, yay yorğanları, 3 ədəd ləpə qabları, 2 ədəd balıq qabları, süfrə, uşağının paltarları, iddiaçıya məxsus geyimlər, qiyməti 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, qiyməti 500 manat olan papatiya klonlu qızıl sep, qiyməti 500 manat olan qızıl sırğa cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddiaçının digər tələbləri ilə bağlı qeyd edir ki, iddiaçı cehiz olaraq elektrik somavarı aparmasını, tələb etdiyi əşyaların sayının dəqiq müəyyən edilməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl dəstin cavabdeh tərəfindən deyil, onun valideynləri tərəfindən satılması müəyyən edildiyindən, iddiaçı qaynanasının ondan almasını iddia etdiyi pulu cavabdehdən tələb etdiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh qonaq və yataq mebel dəstləri, künc divanı, yataq və qonaq otaqları üçün pərdələr, uşaq yatağı, çilçıraq, xrustal dəstləri, bakal dəstləri, yemək və çay dəstləri, toster, şirəçəkən, qozçəkən, blendr, qəhvəüyüdən, mikrodalğalı soba, od somavarı, 2 dəst qazan, mikser, pizza bişirmək üçün soba, mətbəxdə istifadə edilməsi üçün qab-qaşıqlar, bıçaq və çəngəl-qaşıq dəstləri, 5 ədəd qutuda əl-üz və can dəsmalları, açıq şəkildə 8 dəst əl-üz, 3 dəst can dəsmalları, 7 dəst pastel dəstləri, 4 dəst iki nəfərlik pastel dəsti, 10 ədəd çay dəsmalları, 2 dəst yataq örtüyü, yorğan, döşək, yay yorğanları, 3 ədəd ləpə qabları, 2 ədəd balıq qabları, süfrə, uşağının paltarları, iddiaçıya məxsus geyimlər alınaraq İddiaçı verilsin. Dəyəri 900 manat olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı nişan üzüyü, dəyəri 500 manat olan papatiya klonlu qızıl sep, dəyəri 500 manat olan qızıl sırğa, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar