Məhkəmə qərarları › İş №2(001)-4157/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4157/2021

20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4157/2021 20.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdə olan, ona məxsus, adları aşağıdakı siyahıda göstərilən əmlakın ona qaytarılması və ya onların dəyəri kimi 8837 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir: - 700 manat dəyərində mebel dəsti (taxt, termo, sandıq) - 55 manat dəyərində sərinləşidirci - 550 manat dəyərində qızıl üzük - 700 manat dəyərində boyunbağı - 1800 manat dəyərində televizor - 700 manat dəyərində soyuducu - 180 manat dəyərində samovar çaynik dəsti - 350 manat dəyərində qazan dəsti - 200 manat dəyərində keramika qazan dəsti - Biri 60, digəri 55 manat olan 2 ədəd xrustal meyvə vazı - 90 manat dəyərində 6 ədəd qənd qabı - 90 manat dəyərində 6 ədəd su bakalı - 32 manat dəyərində 2 ədəd su qrafinkası - 32 manat dəyərində 2 ədəd xrustal kompot bakalı - 25 manat dəyərində 2 ədəd xrustal qrafin - 28 manat dəyərində 2 ədəd xrustal ləpə qabı - 15 manat dəyərində çaydan - 330 manat dəyərində “Galaxy” fimalı sandıq qaşıq dəsti - 200 manat dəyərində 2 ədəd yataq dəsti - 120 manat dəyərində 2 ədəd yataq dəsti - 85 manat dəyərində yataq dəsti - 50 manat dəyərində yataq dəsti - 21 manat dəyərində 6 ədəd çay dəsmalı - 187 manat dəyərində 6 dəst dəsmal - 405 manat dəyərində 6 ədəd süfrə - 350 manat dəyərində taxtüstü - 230 manat dəyərində taxtüstü - 100 manat dəyərində taxtüstü - 120 manat dəyərində 2 ədəd taxtüstü - 100 manat dəyərində xalça - 290 manat dəyərində pərdə dəsti - 95 manat dəyərində 3 ədəd yastıq - 120 manat dəyərində döşək - 135 manat dəyərində ziyafət ayaqqabıları - 210 manat dəyərində 3 dəst ziyafət paltarı - 27 manat dəyərində 2 ədəd çaydan Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh 2017-ci ilin iyun ayından rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətlərində yaşamışlar. Faktiki nikahlarından 15 yanvar 2019-cu il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra tərəflər Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 73 ünvanına qeydiyyata alınmışlar. İddiaçıya evləndiyi zaman valideynləri tərəfindən cehiz əşyaları verilmişdir ki, həmin əşyalar tərəflər arasında münasibət pisləşdikdən sonra cavabdehin Cəlilabad şəhərində yerləşən evində qalmışdır. Belə ki, onlar ailə qurduqları ilk vaxtlar bir müddət Cəlilabad şəhərində yerləşən, cavabdehə məxsus evdə yaşamışlar. Hazırda tərəflər arasında faktiki nikah münasibətləri də pozulduğundan iddiaçı cehiz əşyalarının qaytarılmasını tələb edir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, iddiaçının anasıdır. Qızı evlənərkən o, hər ailədə olduğu kimi qızına cehiz əşyalar almış, əşyalar cavabdehin Cəlilabad şəhərində yerləşən evində yerləşdirilmişdir. Cehizləri apararkən o özü iştirak etməmiş, qaynı və baldızı taksi ilə əşyaları aparmışlar. Sonradan qızı hamilə olduğu vaxt müvəqqəti olaraq onların yaşadığı evə gəlmiş, burada uşaq doğulmuş, lakin nə cavabdeh, nə də cavabdehin ailəsi uşaqla maraqlanmamışlar. Bununla da iddiaçı ilə cavabdeh arasındaki faktiki ailə münasibəti bitmişdir. Onun tərəfindən verilmiş cehiz əşyalar isə cavadeh və ailəsi tərəfindən satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, iddiaçının əmisidir. İddiaçıya cehiz əşyalarını o, rəhmətlik bacısı ilə birlikdə taksi ilə aparmış, evə yerləşdirmişdir. Mebelin alınmasına 700 manat pul verilmişdir. Əşyaları cavabdehin evinə yerləşdirərkən cavabdeh özü də orada olmuşdur. Sonradan eşitidiyinə görə, cavabdeh evi əşyaları ilə birlikdə satmışdır. Mülki iş materiallarında olan: - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh İddiaçı doğumuş X1 atası hesab edilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 yanvar 2019-cu il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(001)-8034/2019 saylı qətnaməsinə əsasən, X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 oktyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat və uşaq 3 yaşına çatanadək hər ay 40 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Müəyyən olunur ki, iddiaçı ilə cavabdehin 2017-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmaqları işin mübahisələndirilməyən halıdır. Lakin, iddiaçı tərəf məhkəməyə iddia ərizəsində adları göstərilən cehiz əşyalarının verilməsi ilə bağlı sübut təqdim edə bilməmiş, yeganə sübut kimi məhkəməyə 30 iyul 2017-ci il tarixdə “WOODPECKER Cəlilabad Ticarət Mərkəzindən “Dalğa-94 MMC”dən ümumilikdə 600 manata alınmış 1 ədəd Estella markalı ağ-qara rəngli taxt, 1 ədəd Optimal markalı döşək, 1 ədəd Damla markalı krevat setkası, 1 ədəd Damla markalı termo, 1 ədəd tumbanın alınmasını özündə əks etdirən çıxarışlar məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində adları göstərilən əşyalardan yalnız mebel təstinə dair sübut məhkəməyə təqdim olunduğundan iddia yalnız həmin əşyaların dəyərinin qaytarılması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında həmin əşyaların hazırda mövcud olmasına dair də heç bir sübuta rast gəlinmir. Belə olan halda, iddia qismən təmin edilməli, 600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 10 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Mebel dəstinin dəyəri kimi 600 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar