Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4162/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 ona məxsus cehiz əşyalarının – qiyməti 3200 manat olan yataq mebel dəstinin (taxt+matras, termo, dolab, tumba 2 ədəd), qiyməti 1800 manat olan künc divanı+jurnal masanın, qiyməti 2000 manat olan stol+8 ədəd stulun, qiyməti 200 manat olan taxt döşəyinin, qiyməti 75 manat olan taxt yorğanının, qiyməti 100 manat olan tək nəfərlik döşəyin, qiyməti 50 manat olan tək nəfərlik yorğanın, ümumi qiyməti 100 manat olan 4 ədəd balışın, qiyməti 75 manat olan boz rəngli sintifon qış yorğanının, qiyməti 58 manat olan mavi rəngli bambuk taxt yorğanının, qiyməti 35 manat olan dəsmal materiallı, qırmızı naxışlı adyalın, qiyməti 150 manat olan qızılı rəngli taxt örtüyünün, ümumi qiyməti 3000 manat olan 2 ədəd Samsung smart televizorun (110 sm və 125 sm diaqonallı), qiyməti 120 manat olan ətçəkənin, qiyməti 30 manat olan mikserin, qiymətin 70 manat olan blenderin, qiyməti 90 manat olan çaynikli elektron samovarın, qiyməti 170 manat olan mikrodalğalı sobanın, qiyməti 30 manat olan tosterin, qiyməti 250 manat olan tozsoranın, qiyməti 50 manat olan ütünün, ümumi qiyməti 1000 manat olan 4 ədəd çilçırağın (kvadrat formalı, 8 şamdanlı, 4 ədəd boz şamdanlı), ümumi qiyməti 700 manat olan 3 ədəd xalçanın, ümumi qiyməti 1300 manat olan 4 ədəd pərdənin (yataq 1 ağ tül+qızılı tül, yataq 2 ağ tül+sarı dekor, qonaq otağı ağ tül+boz dekor, boş otaq ağ tül), ümumi qiyməti 50 manat olan 4 ədəd dekor pərdə sancağının, ümumi qiyməti 1700 manat olan 2 ədəd yemək, çay, kofe servis dəstinin (kvadrat boz rəngli və dairəvi qızılı rəngli), qiyməti 200 manat olan göy rəngli çay servisinin, qiyməti 150 manat olan rusiya istehsalı yaşıl emal qazan dəstinin (6 qazan, çaydan, 3 ləyən, kruşka), qiyməti 230 manat olan türkiyə istehsalı bənövşəyi qranit qazan dəstinin (4 qazan, 1 tava), qiyməti 350 manat olan almaniya istehsalı nikel qazan dəsti (4 qazan, 1 tava, 1 çaynik, 1 ləyən), ümumi qiyməti 60 manat olan 2 ədəd tefal tavanın, ümumi qiyməti 110 manat olan 2 ədəd 6 nəfərlik qaşıq-çəngəl dəstinin, qiyməti 80 manat olan boz bıçaq dəstinin, qiyməti 19 manat olan bənövşəyi bıçaq dəstinin, qiyməti 85 manat olan rusiya istehsalı büllur güldanın, ümumi qiyməti 100 manat olan 2 ədəd rusiya istehsalı olan dairəvi büllur meyvə qabının, qiyməti 35 manat olan büllur meyvə qabının, ümumi qiyməti 50 manat olan 2 ədəd büllur konfet qabının, ümumi qiyməti 24 manat olan 4 ədəd konfet qabının, qiyməti 75 manat olan büllur qrafin və 6 bakalın, qiyməti 29 manat olan qrafin və 6 bakalın, ümumi qiyməti 30 manat şüşə bakalın, ümumi qiyməti 60 manat olan 12 ədəd büllur armudu stəkanın, ümumi qiyməti 80 manat olan 12 ədəd büllur böyük stəkanın, ümumi qiyməti 30 manat olan armudu stəkan nəlbəkisinin, ümumi qiyməti 40 manat olan 12 ədəd böyük nəlbəkinin, ümumi qiyməti 25 manat olan 12 ədəd razetkanın, ümumi qiyməti 30 manat olan 2 ədəd dəm çaynikinin, qiyməti 40 manat olan ədviyyat dəstinin, qiyməti 50 manat olan ütü masasının, qiyməti 25 manat olan qoz çəkənin, ümumi qiyməti 34 manat olan 2 qutu limon qabının, ümumi qiyməti 7 manat olan 6 ədəd duz qabının, qiyməti 35 manat olan büllur kül qabının, ümumi qiyməti 10 manat olan 2 ədəd kül qabının, ümumi qiyməti 40 manat olan 2 qutu büllur badələrin, qiyməti 85 manat olan 2 ədəd nikel podnosun, ümumi qiyməti 10 manat olan 2 ədəd sadə podnosun, ümumi qiyməti 36 manat olan 12 ədəd çay dəsmalının, ümumi qiyməti 180 manat olan 4 ədəd hamam dəsmalının, ümumi qiyməti 483 manat olan 7 ədəd yataq taxt dəstinin, ümumi qiyməti 180 manat olan 4 ədəd tək yataq dəstinin, ümumi qiyməti 72 manat olan 12 ədəd əl-üz dəsmalının, ümumi qiymətinin 300 manat olan 6 ədəd süfrənin, qiyməti 50 manat olan saç feninin və ya həmin əşyaların dəyərinin, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx xxxxxxxx 2018-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin tarixdən cavabdehlərə məxsus ünvan 1 mənzil 105 ünvanına gəlin köçmüşdür. Bu evə köçərkən cehiz əmlakınıda oraya aparmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-312/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Hal-hazırda cehiz əşyaları cavabdehlərin sahibliyindədir. Həmin cehiz əşyalarının qiyməti 3200 manat olan yataq mebel dəstinin (taxt+matras, termo, dolab, tumba 2 ədəd), qiyməti 1800 manat olan künc divanı+jurnal masanın, qiyməti 2000 manat olan stol+8 ədəd stulun, qiyməti 200 manat olan taxt döşəyinin, qiyməti 75 manat olan taxt yorğanının, qiyməti 100 manat olan tək nəfərlik döşəyin, qiyməti 50 manat olan tək nəfərlik yorğanın, ümumi qiyməti 100 manat olan 4 ədəd balışın, qiyməti 75 manat olan boz rəngli sintifon qış yorğanının, qiyməti 58 manat olan mavi rəngli bambuk taxt yorğanının, qiyməti 35 manat olan dəsmal materiallı, qırmızı naxışlı adyalın, qiyməti 150 manat olan qızılı rəngli taxt örtüyünün, ümumi qiyməti 3000 manat olan 2 ədəd Samsung smart televizorun (110 sm və 125 sm diaqonallı), qiyməti 120 manat olan ətçəkənin, qiyməti 30 manat olan mikserin, qiymətin 70 manat olan blenderin, qiyməti 90 manat olan çaynikli elektron samovarın, qiyməti 170 manat olan mikrodalğalı sobanın, qiyməti 30 manat olan tosterin, qiyməti 250 manat olan tozsoranın, qiyməti 50 manat olan ütünün, ümumi qiyməti 1000 manat olan 4 ədəd çilçırağın (kvadrat formalı, 8 şamdanlı, 4 ədəd boz şamdanlı), ümumi qiyməti 700 manat olan 3 ədəd xalçanın, ümumi qiyməti 1300 manat olan 4 ədəd pərdənin (yataq 1 ağ tül+qızılı tül, yataq 2 ağ tül+sarı dekor, qonaq otağı ağ tül+boz dekor, boş otaq ağ tül), ümumi qiyməti 50 manat olan 4 ədəd dekor pərdə sancağının, ümumi qiyməti 1700 manat olan 2 ədəd yemək, çay, kofe servis dəstinin (kvadrat boz rəngli və dairəvi qızılı rəngli), qiyməti 200 manat olan göy rəngli çay servisinin, qiyməti 150 manat olan rusiya istehsalı yaşıl emal qazan dəstinin (6 qazan, çaydan, 3 ləyən, kruşka), qiyməti 230 manat olan türkiyə istehsalı bənövşəyi qranit qazan dəstinin (4 qazan, 1 tava), qiyməti 350 manat olan almaniya istehsalı nikel qazan dəsti (4 qazan, 1 tava, 1 çaynik, 1 ləyən), ümumi qiyməti 60 manat olan 2 ədəd tefal tavanın, ümumi qiyməti 110 manat olan 2 ədəd 6 nəfərlik qaşıq-çəngəl dəstinin, qiyməti 80 manat olan boz bıçaq dəstinin, qiyməti 19 manat olan bənövşəyi bıçaq dəstinin, qiyməti 85 manat olan rusiya istehsalı büllur güldanın, ümumi qiyməti 100 manat olan 2 ədəd rusiya istehsalı olan dairəvi büllur meyvə qabının, qiyməti 35 manat olan büllur meyvə qabının, ümumi qiyməti 50 manat olan 2 ədəd büllur konfet qabının, ümumi qiyməti 24 manat olan 4 ədəd konfet qabının, qiyməti 75 manat olan büllur qrafin və 6 bakalın, qiyməti 29 manat olan qrafin və 6 bakalın, ümumi qiyməti 30 manat şüşə bakalın, ümumi qiyməti 60 manat olan 12 ədəd büllur armudu stəkanın, ümumi qiyməti 80 manat olan 12 ədəd büllur böyük stəkanın, ümumi qiyməti 30 manat olan armudu stəkan nəlbəkisinin, ümumi qiyməti 40 manat olan 12 ədəd böyük nəlbəkinin, ümumi qiyməti 25 manat olan 12 ədəd razetkanın, ümumi qiyməti 30 manat olan 2 ədəd dəm çaynikinin, qiyməti 40 manat olan ədviyyat dəstinin, qiyməti 50 manat olan ütü masasının, qiyməti 25 manat olan qoz çəkənin, ümumi qiyməti 34 manat olan 2 qutu limon qabının, ümumi qiyməti 7 manat olan 6 ədəd duz qabının, qiyməti 35 manat olan büllur kül qabının, ümumi qiyməti 10 manat olan 2 ədəd kül qabının, ümumi qiyməti 40 manat olan 2 qutu büllur badələrin, qiyməti 85 manat olan 2 ədəd nikel podnosun, ümumi qiyməti 10 manat olan 2 ədəd sadə podnosun, ümumi qiyməti 36 manat olan 12 ədəd çay dəsmalının, ümumi qiyməti 180 manat olan 4 ədəd hamam dəsmalının, ümumi qiyməti 483 manat olan 7 ədəd yataq taxt dəstinin, ümumi qiyməti 180 manat olan 4 ədəd tək yataq dəstinin, ümumi qiyməti 72 manat olan 12 ədəd əl-üz dəsmalının, ümumi qiymətinin 300 manat olan 6 ədəd süfrənin, qiyməti 50 manat olan saç feninin və ya həmin əşyaları dəyərinin ona cavabdehlərdən alınaraq ona qaytarılmasını xahiş edir. İddiaçı xx xxxx 2020-ci il tarixində iddia ərizəsində texniki yalnışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərinin ünvanının ünvan 3 məzil 106 kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X8 iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşının bacısıdır. Cavabdeh isə onun bacanağıdır. Cavabdehin mənzilində olan əmlakları qız tərəf cehiz əmlakı olaraq gətirib. Əşyaların mənzilə daşınmasında şəxsən iştirak etməsə də, həmin əşyaların alınmasında şəxsən iştirak etmişdir. Alış zamanı iddiaçının anası, atası və o, özü olmuşdur. Televizor, divankreslo, stol olmaqla qonaq otağı əşyalarının alınmasında iştirak etmişdir. Yataq dəstinin alınmasında isə iştirak etməmişdir. Əşyaların hansı mağazadan alındığı yadında deyil. Cavabdehin evində qonaq olmuşdur. Həmin evdə mətbəx mebelindən başqa hamısı iddiaçı tərəfindən alınmışdır. Mikser və xırda elektrik əşyaları ola bilsin ki, nikahdan əvvəl alınmışdır. Tərəflər cehiz əmlakının qaytarılması ilə bağlı razılaşmışdılar. Bu məqsədlə əşyaların daşınması üçün yük maşını gətirilmişdir. Həmin günü o həyətdə olmuşdur. Son anda cavabdehlər cehiz əmlakının qaytarılmasından imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı Babaşov Əfqanın qızıdır. İddiaçı onun öz qızı kimidir. Həmin mənzilə alınan mebelləri görməsə də, bağlamalarını görmüşdür. Yataq dəstini və qonaq otağı mebellərinin alınmasını o məsləhət görmüşdür. Həmin mebelləri gördüyü ev 9-cu mikrorayonda “Sonalar Sonası” şadlıq evinin yanında yerləşir. Əfqan özü ona demişdir ki, mebellərin alınmasına 6000 manat xərci çıxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin 2(027)-312/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2018-ci il tarixində bağlanmış, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 2653 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmurları X6, tələbkar İddiaçı atası Babaşov Əfqan İkram oğlunun, anası Babaşova Rəhimə Qulam qızının, borclu X2, X10 iştirakı ilə tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4162/2020 saylı icra vərəqəsinin icrası məqsədi ilə ünvan 4 ünvanına icra sənədində sadalanan əmlakların özgəninkiləşdirilməsini və istifadəsini borclulara və üçüncü şəxslərə qadağan edilməsi üçün gedilmiş, icra sənədində sadalanan əmlaklara baxış keçirilmiş, əmlakların hamısının yerində olduğu müəyyən edilmişdir. İcra sənədində sadalanan əmlakların özgəninkiləşdirilməsi və istifadə edilməsi borclu X3 və digərlərinə qadağan edilmişdir. Əmlaklar saxlanca X3 təhvil verilmişdir. Həmin akt Cavabdeh2, Y.Cavadova, Ə.Hüseynov, Ə.Babaşov və R.Babaşova tərəfindən imza edilmişdir. Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx xxxxxxxx 2018-ci ildə cavabdeh ilə nikaha daxil olmuşdur. Nikahdan sonra cavabdehə məxsus ünvan 3 mənzil 106 ünvanına köçmüş və cehiz əşyalarını həmin ünvanda yerləşdirmişdir. Tərəflər arasında nikah xx xxxx 2020-ci il tarixində pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 34.1 və Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən göründüyü kimi, cehiz əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisənin mahiyyətini nəzərə alıb qeyd edir ki, hazırki vəziyyətdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, şahid ifadələri, tərəflərin davranışı və sair bu kimi hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əşyaların mövcudluğu və iddiaçıya məxsus olması mübahisələndirilmir, üstəlik bu fakt şahid ifadələri və fotoşəkillərlə də təsdiq olunur. Həmin əşyaların cavabdehlərə məxsus ünvan 3 mənzil 106 ünvanında olması isə Binəqədi rayon icra və probasiya şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli aktı ilə təsdiqlənir. Həmçinin həmin aktın tərtib olunmasında cavabdeh X5 və onun nümayəndəsi X9 iştirak etmiş və əşyaların mövcudluğunu akta imza edərək təsdiqləmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, tələb olunan əşyaların mövcudluğu və üzərinə həbs qoyularaq cavabdehin sahibliyinə verildiyi təsdiq olunduğundan onların dəyərinin Mülki-Prosessual Məcəllənin 222-ci maddəsinin tələbi baxımından alınmasının müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, əgər borclunun saxlancına verilmiş əmlakın məhv edilməsi, zədələnməsi və ya digər şəkildə mənimsənilməsi halı müəyyən edildikdə bu məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50 və 52-ci maddələrinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz Beləliklə, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, qiyməti 3200 manat olan yataq mebel dəsti (taxt+matras, termo, dolab, tumba 2 ədəd), qiyməti 1800 manat olan künc divanı+jurnal masası, qiyməti 2000 manat olan stol+8 ədəd stul, qiyməti 200 manat olan taxt döşəyi, qiyməti 75 manat olan taxt yorğanı, qiyməti 100 manat olan tək nəfərlik döşək, qiyməti 50 manat olan tək nəfərlik yorğan, ümumi qiyməti 100 manat olan 4 ədəd balış, qiyməti 75 manat olan boz rəngli sintifon qış yorğanı, qiyməti 58 manat olan mavi rəngli bambuk taxt yorğanı, qiyməti 35 manat olan dəsmal materiallı, qırmızı naxışlı adyal, qiyməti 150 manat olan qızılı rəngli taxt örtüyü, ümumi qiyməti 3000 manat olan 2 ədəd Samsung smart televizoru (110 sm və 125 sm diaqonallı), qiyməti 120 manat olan ətçəkən, qiyməti 30 manat olan mikser, qiymətin 70 manat olan blender, qiyməti 90 manat olan çaynikli elektron samovar, qiyməti 170 manat olan mikrodalğalı soba, qiyməti 30 manat olan toster, qiyməti 250 manat olan tozsoran, qiyməti 50 manat olan ütü, ümumi qiyməti 1000 manat olan 4 ədəd çilçıraq (kvadrat formalı, 8 şamdanlı, 4 ədəd boz şamdanlı), ümumi qiyməti 700 manat olan 3 ədəd xalça, ümumi qiyməti 1300 manat olan 4 ədəd pərdə (yataq 1 ağ tül+qızılı tül, yataq 2 ağ tül+sarı dekor, qonaq otağı ağ tül+boz dekor, boş otaq ağ tül), ümumi qiyməti 50 manat olan 4 ədəd dekor pərdə sancağı, ümumi qiyməti 1700 manat olan 2 ədəd yemək, çay, kofe servis dəsti (kvadrat boz rəngli və dairəvi qızılı rəngli), qiyməti 200 manat olan göy rəngli çay servisi, qiyməti 150 manat olan rusiya istehsalı yaşıl emal qazan dəsti (6 qazan, çaydan, 3 ləyən, kruşka), qiyməti 230 manat olan türkiyə istehsalı bənövşəyi qranit qazan dəsti (4 qazan, 1 tava), qiyməti 350 manat olan almaniya istehsalı nikel qazan dəsti (4 qazan, 1 tava, 1 çaynik, 1 ləyən), ümumi qiyməti 60 manat olan 2 ədəd tefal tava, ümumi qiyməti 110 manat olan 2 ədəd 6 nəfərlik qaşıq-çəngəl dəsti, qiyməti 80 manat olan boz bıçaq dəsti, qiyməti 19 manat olan bənövşəyi bıçaq dəsti, qiyməti 85 manat olan rusiya istehsalı büllur güldan, ümumi qiyməti 100 manat olan 2 ədəd rusiya istehsalı olan dairəvi büllur meyvə qabı, qiyməti 35 manat olan büllur meyvə qabı, ümumi qiyməti 50 manat olan 2 ədəd büllur konfet qabı, ümumi qiyməti 24 manat olan 4 ədəd konfet qabının, qiyməti 75 manat olan büllur qrafin və 6 bakalın, qiyməti 29 manat olan qrafin və 6 bakalın, ümumi qiyməti 30 manat şüşə bakal, ümumi qiyməti 60 manat olan 12 ədəd büllur armudu stəkan, ümumi qiyməti 80 manat olan 12 ədəd büllur böyük stəkan, ümumi qiyməti 30 manat olan armudu stəkan nəlbəkisi, ümumi qiyməti 40 manat olan 12 ədəd böyük nəlbəki, ümumi qiyməti 25 manat olan 12 ədəd razetka, ümumi qiyməti 30 manat olan 2 ədəd dəm çayniki, qiyməti 40 manat olan ədviyyat dəsti, qiyməti 50 manat olan ütü masası, qiyməti 25 manat olan qoz çəkə, ümumi qiyməti 34 manat olan 2 qutu limon qabı, ümumi qiyməti 7 manat olan 6 ədəd duz qabı, qiyməti 35 manat olan büllur kül qabı, ümumi qiyməti 10 manat olan 2 ədəd kül qabı, ümumi qiyməti 40 manat olan 2 qutu büllur badələr, qiyməti 85 manat olan 2 ədəd nikel podnos, ümumi qiyməti 10 manat olan 2 ədəd sadə podnos, ümumi qiyməti 36 manat olan 12 ədəd çay dəsmalı, ümumi qiyməti 180 manat olan 4 ədəd hamam dəsmalı, ümumi qiyməti 483 manat olan 7 ədəd yataq taxt dəsti, ümumi qiyməti 180 manat olan 4 ədəd tək yataq dəsti, ümumi qiyməti 72 manat olan 12 ədəd əl-üz dəsmalı, ümumi qiymətinin 300 manat olan 6 ədəd süfrə, qiyməti 50 manat olan saç feni cavabdehlər Cavabdeh1 və X1 alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Qiyməti 3200 manat olan yataq mebel dəsti (taxt+matras, termo, dolab, tumba 2 ədəd), qiyməti 1800 manat olan künc divanı+jurnal masası, qiyməti 2000 manat olan stol+8 ədəd stul, qiyməti 200 manat olan taxt döşəyi, qiyməti 75 manat olan taxt yorğanı, qiyməti 100 manat olan tək nəfərlik döşək, qiyməti 50 manat olan tək nəfərlik yorğan, ümumi qiyməti 100 manat olan 4 ədəd balış, qiyməti 75 manat olan boz rəngli sintifon qış yorğanı, qiyməti 58 manat olan mavi rəngli bambuk taxt yorğanı, qiyməti 35 manat olan dəsmal materiallı, qırmızı naxışlı adyal, qiyməti 150 manat olan qızılı rəngli taxt örtüyü, ümumi qiyməti 3000 manat olan 2 ədəd Samsung smart televizoru (110 sm və 125 sm diaqonallı), qiyməti 120 manat olan ətçəkən, qiyməti 30 manat olan mikser, qiymətin 70 manat olan blender, qiyməti 90 manat olan çaynikli elektron samovar, qiyməti 170 manat olan mikrodalğalı soba, qiyməti 30 manat olan toster, qiyməti 250 manat olan tozsoran, qiyməti 50 manat olan ütü, ümumi qiyməti 1000 manat olan 4 ədəd çilçıraq (kvadrat formalı, 8 şamdanlı, 4 ədəd boz şamdanlı), ümumi qiyməti 700 manat olan 3 ədəd xalça, ümumi qiyməti 1300 manat olan 4 ədəd pərdə (yataq 1 ağ tül+qızılı tül, yataq 2 ağ tül+sarı dekor, qonaq otağı ağ tül+boz dekor, boş otaq ağ tül), ümumi qiyməti 50 manat olan 4 ədəd dekor pərdə sancağı, ümumi qiyməti 1700 manat olan 2 ədəd yemək, çay, kofe servis dəsti (kvadrat boz rəngli və dairəvi qızılı rəngli), qiyməti 200 manat olan göy rəngli çay servisi, qiyməti 150 manat olan rusiya istehsalı yaşıl emal qazan dəsti (6 qazan, çaydan, 3 ləyən, kruşka), qiyməti 230 manat olan türkiyə istehsalı bənövşəyi qranit qazan dəsti (4 qazan, 1 tava), qiyməti 350 manat olan almaniya istehsalı nikel qazan dəsti (4 qazan, 1 tava, 1 çaynik, 1 ləyən), ümumi qiyməti 60 manat olan 2 ədəd tefal tava, ümumi qiyməti 110 manat olan 2 ədəd 6 nəfərlik qaşıq-çəngəl dəsti, qiyməti 80 manat olan boz bıçaq dəsti, qiyməti 19 manat olan bənövşəyi bıçaq dəsti, qiyməti 85 manat olan rusiya istehsalı büllur güldan, ümumi qiyməti 100 manat olan 2 ədəd rusiya istehsalı olan dairəvi büllur meyvə qabı, qiyməti 35 manat olan büllur meyvə qabı, ümumi qiyməti 50 manat olan 2 ədəd büllur konfet qabı, ümumi qiyməti 24 manat olan 4 ədəd konfet qabının, qiyməti 75 manat olan büllur qrafin və 6 bakalın, qiyməti 29 manat olan qrafin və 6 bakalın, ümumi qiyməti 30 manat şüşə bakal, ümumi qiyməti 60 manat olan 12 ədəd büllur armudu stəkan, ümumi qiyməti 80 manat olan 12 ədəd büllur böyük stəkan, ümumi qiyməti 30 manat olan armudu stəkan nəlbəkisi, ümumi qiyməti 40 manat olan 12 ədəd böyük nəlbəki, ümumi qiyməti 25 manat olan 12 ədəd razetka, ümumi qiyməti 30 manat olan 2 ədəd dəm çayniki, qiyməti 40 manat olan ədviyyat dəsti, qiyməti 50 manat olan ütü masası, qiyməti 25 manat olan qoz çəkə, ümumi qiyməti 34 manat olan 2 qutu limon qabı, ümumi qiyməti 7 manat olan 6 ədəd duz qabı, qiyməti 35 manat olan büllur kül qabı, ümumi qiyməti 10 manat olan 2 ədəd kül qabı, ümumi qiyməti 40 manat olan 2 qutu büllur badələr, qiyməti 85 manat olan 2 ədəd nikel podnos, ümumi qiyməti 10 manat olan 2 ədəd sadə podnos, ümumi qiyməti 36 manat olan 12 ədəd çay dəsmalı, ümumi qiyməti 180 manat olan 4 ədəd hamam dəsmalı, ümumi qiyməti 483 manat olan 7 ədəd yataq taxt dəsti, ümumi qiyməti 180 manat olan 4 ədəd tək yataq dəsti, ümumi qiyməti 72 manat olan 12 ədəd əl-üz dəsmalı, ümumi qiymətinin 300 manat olan 6 ədəd süfrə, qiyməti 50 manat olan saç feni cavabdehlər Cavabdeh1 və X1 alınaraq İddiaçı verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4162/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4162/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver