Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4184/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 300 manat alimentin və uşağın 3 yaşınadək özü üçün 100 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 300 manat alimentin və uşağın 3 yaşınadək özü üçün 100 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2016-cı ildə 1 saylı Bakı Asan xidmət mərkəzində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ailə başçısı kimi özünü təsdiq edə bilmir, birgə nikahlarından olan uşağın qayğısına qalmır, uzun müddətdir ki, heç bir xəbər vermədən Türkiyə Respublikasına getmiş və orada biznes fəaliyyəti ilə məşğul olmaqla kifayət qədər qazanca malikdir. Belə ki, cavabdeh valideynlərinə mütəmadi olaraq 2000-3000 manat pul göndərir. Ona görə də Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin və əlavə olaraq xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşınadək saxlanması iddiaçının özü üçün hər ay 100 manatın X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2016-cı ildə 1 saylı Bakı Asan xidmət mərkəzində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər 1 ilə yaxındır ki, ayrı yaşayır və nikahları faktiki pozulmuşdur. Cavabdeh hazırda Türkiyə Respublikasında Düzce Universitetinin Mühəndislik fakültəsində təhsil alır. Cavabdehin əyani təhsil alması ilə bağlı müstəqil gəlirləri yoxdur, valideynlərinin göndərdiyi maddi vəsait hesabına dolanır və təhsil alır. Cavabdeh tələb olunan 300 manat alimenti və iddiaçın özünə görə 100 manatı ödəmək iqtidarında deyildir. Ona görə də iddia ərizəsinin qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin və uşağın 3 yaşınadək saxlanması xərci olaraq hər ay 30 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-İİ № 147765 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X6 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1412 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Şirinova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ- İV № 443705 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 168 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. X2 Fakültəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh X2 Fakültəsində təhsil alır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin vəya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən, cavabdeh uşağının saxlanmasında iştirak etmədiyindən, iddiaçının aliment tələbi qismən təmin edilməklə cavabdehdən bu tələb üzrə iddiaçının xeyrinə hər ay 170 manat tutulmalıdır. Məhkəmə iddiaçının ümumi uşaqlarının 3 yaşınadək özünə görə pul tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Məhkəmə cavabdehin tələbə olmasını nəzərə alıb hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaq 3 yaşına çatanadək iddiaçının özünə görə hər ay 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X4 3 yaşına çatanadək Cavabdeh hər ay 30 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-4184/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4184/2020
31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver