Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4190/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2560\2019 saylı qətnaməsinə əsasən xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş hər ay hər uşağa görə 160 manat,cəmi 320 manat sabit pul məbləğində alimentin azaldılaraq, xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin ondan tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2560/2019 saylı qətnaməsi ilə ondan cavabdehin xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat aliment tutulması qət edilmişdir. Bildirir ki, o, “xxxxxxxxxxxxxx” MMC-də işləyir. Aylıq əmək haqqı 500 manatdır. xx xxxxxx 2017-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx xxxxx 2019-cu il təvəllüdlü X9 doğulmuşdur. O, təyin olunan aliment məbləğinin yüksək olmasından narazıdır. Belə ki, aldığı əmək haqqının 320 manatı alimentə görə tutulur. Əmək haqqından qalan 180 manat ona, həyat yoldaşına və uşağına bəs etmir. Həyat yoldaşı isə oğlu azyaşlı olduğundan işləmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək izahatında qeyd etdi ki, iddiaçının hal-hazırda maaşı 850 manatdır. Bundan başqa iddiaçının maaşına əlavəsidə vardır. Uşaqları müəllim yanında hazırlığa qoymuşdur. Aliment məbləği azaldılarsa onların maddi ehtiyaclarını ödəyə bilməyəcəkdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2017ci il tarixində verilən AZ-İİ seriyalı, 239389 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında xx xxxxxx 2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3753 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixində verilən AZ-İV seriyalı, 285700 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2019-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxx 2019-cu il tarixində 2792 № ilə qeyd edilmişdir. Atası İddiaçı, anası X2r. “xxxxxxxxxxxxxx” MMC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən xx xxxx 2018-ci il tarixdən hal-hazıra kimi “xxxxxxxxxxxxxx” MMC-də avtobus sürücüsü işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-2560\2019 saylı qətnaməsinə tərəflərin birgə nikahlarından olan xx xxxxx 2010-cu il təvəllüdlü X4 və xx xxxxxx 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 160 manat,cəmi 320 manat sabit pul məbləğində alimentin İddiaçı tutulması qət edilmişdir. İddiaçı xx xxxxxx 2017-ci il tarixində X6 ilə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından xx xxxxx 2019-cu il təvəllüdlü X9 doğulmuşdur. İddiaçı keçmiş nikahından olan uşaqların saxlanması üçün tutulan aliment məbləğinin azaldılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Bundan əlavə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında qeyd edilmişdir ki, Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir, iddiaçı tərəfindən ödənilməli alimentin məbləği isə hər ay hər uşaq üçün 160 olmaqla, ümumilikdə 320 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən - ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından uşaqların mənafeyinə uyğun deyildir. Eyni zamanda iddiaçının başqa nikahdan uşağının olması aliment ödənilən uşaqların hüquqlarını məhdudlaşdıra bilməz. Yuxarıda qeyd olunanları və uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minumumunun həddini, eləcə də tərəflərin birgə nikahından doğulmuş uşaqların böyüdüyünü və xərclərinin ildən-ilə artmasını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4190/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4190/2020
27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver