Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4231/2024 22.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə Cavabdeh 25 iyul 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasi üçün hər ay sabit pul məbləğində 235 manat alimentin və 50 manat mediasiya rüsumunun, 10 manat xidmət haqqının tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-d il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından bir övladı xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə bir neçe il aile kimi yaşasalar da, birgə təsərrüfat idare etsələr də son illərdə onunla aralarında ailə-məişət zəminində münaqişələr yaranmış, nəticə etibarı ilə ailə bağları qırılmış və bir yərdə yaşamaqları mümkünsüz hala gəlmişdir.Onlar artıq 2024-cü ilin mart ayından etibarən faktiki olaraq ayrılmışlar və bu günə qədər övladı onun himayesindədir, onun bütün maddi və mənəvi ehtiyaclarını özü ödəyir. Övladlarının genetik xəstəliyi vardır, müalicə xərcləri onun tərəfindən ödənilir, ayrıldıqları gündən bəri cavabdeh tərəfindən övladının saxlanılması üçün heç bir maddi və mənəvi köməklik göstərmir, bir ata kimi öz vəzifələrini yerinə yetirmir. Onun maddi imkanı çox aşağı olduğundan xəstə övladının gündəlik tələbatını ödəyə bilmir. O, Baki 14 saylı Mediasiya təşkilatında mediator X1 mediatorluğunda mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdeh mediasiya prosesinde iştirak etmədiyinə görə ona xx.xx.2024-cü il tarixli MSB/14/2024-00346 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə 50 (əlli) manat mediasiyaya sessiyasının keçirilməsinə görə və 10 (on) manat isə poçt-kargüzarlıq xidmətlərinə görə pul ödəmişdir. Bütün uşaqlar kimi, övladının sağlam böyüməyə, inkişaf etməyə, təhsil almağa, normal geyinməya, qidalanmağa, gəzməyə, hüquqları vardır. Ona görə də o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2024-cü ilin mart ayından etibarən faktiki olaraq ayrılmışlar və bu günə qədər övladı onun himəyəsindədir, onun bütün maddi və mənəvi ehtiyyaclarını özü ödəyir. Övladı genetik xəstəliyi vardır, onun müalicə xərcləri tərəfindən ödənilir, ayrıldıqları gündən bəri cavabdeh tərəfindən övladlarının saxlanması üçün heç bir maddi və mənəvi köməklik göstərmir, bir valideyn kimi vəzifələrini yerinə yetirmir. Onun maddi vəziyyətinin məhdud olması xəstə övladının gündəlik zəruri tələbatını ödəməyə imkan vermir. Həkim-genetikin rəy vərəqəsinə görə fiziki müayinə zamanı uşaqda hipertelorizm, antimongoloid göz kəsiyi, qotik damağ, mikroqnatiya, alın nahiyəsinin qabarıq olması, sadələşmiş qulaq seyvası, saçın boy xəttinin aşağıdan olması, üz əzələ hipertoniyası, əqli gerilik, alaliya, mütamadi olaraq üzdə və əllərin üstündə səpkilər, əzələ hipotoniyası həzm prosesinin pozulması, yastı pəncə, əldə hissiyyat itməsi kimi simptomlar müşahidə olunmuş və bu simptomkompleksin bir neçə genetik xəstəliyə uyğun olması nəticəsinə gəlinmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 169001)-231/2024 saylı Qərardadına əsasən cavadeh ofisiant kimi işləməsi qeyri-müntəzəm, dəyişən olduğundan və eləcə də cavabdeh ödənilən aylıq əmək haqqının Respublika üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqından 2 dəfə az olduğundan, həmin əmək haqqından 4/1 hesab ilə tutulan alimentin miqdarının uşağın saxlanması və normal böyüməsi üçün tələb edilən zəruri ehtiyaclarının ödənilməsi təmin etmədiyindən hesab edir ki, övladları xx.xx.2019-cu ol təvvəlülü X3 18 yaşına çatanadək saxlanması üçün cavabdeh X2 hər ay sabit məbləğdə yəni, Respublika üzrə müəyyən edilmiş uşaqların yaşayış minimumu həddində 235 manat məbləğində aliment ödənilməsinə barədə qətnamə qəbil edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini müdafiə etdiyini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. 1 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin subrətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır.
6. 1 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 202804 saylı nikah haqqında şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1248№ ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada “Cəfərova” soyadı verilmişdir.
7. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1994-ci il tarixində doğulmuşdur.
8. AA seriyalı, ******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixində doğulmuşdur.
9. Bakı 14 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci və 10 manat xidmət haqqını ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdeh ilə X6 arasında xx.xx.2017-ci il tarixində nikah bağlanmış və tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları vardır. İddiaçı uşağının xəstə olduğunu, cavabdehlə faktiki olaraq ayrı yaşadığını, cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini bildirir və bu səbəbdən aliment tələb edir. Cavabdeh isə iddianı qəbul edir. Tətbiq edilən maddi hüquq normaları:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
12. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.2-ci madəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.
13. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
15. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Tətbiq edilən prosessual normalar:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
19. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
20. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
22. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
23. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
25. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Əsaslandırma:
26. Sadalanan normaların məzmunundan və işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin, xüsusilə də uşağın hüquqlarını pozmur. Belə ki, tələb edilən aliment məbləği qanunvericiliyin tələbinə uyğundur. Nəticə:
27. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.
28. 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 25 iyul 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev