Məhkəmə qərarları › İş №2(001)-4272/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4272/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4272/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “valideynin əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdein əlavə xərclərə cəlb edilməklə xx xxxx 2012-ci il təvəllüdlü X3 tibbi xərcləri üçün çəkdiyi 2169,44 manat pulun ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxx 2011-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan tərəflərin xx xxxx 2012-ci il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Onun iddiası əsasında Binəqədi Rayon Məhkəməsinin x xxxx 2014-cü il tarixli, 2(001)-4869/2014 saylı qətnaməsi ilə onlar arasındakı nikah münasibətlərinə xitam verilmiş, X3 anasının himayəsində qalması müəyyən olunmuşdur. Həmin məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aylıq 110 manat sabit pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin hal-hazırda hər ay uşaq üçün ödənilməsi müəyyən edilən 110 manat pul məbləği kifayət etmir və bu səbəbdəndə o Binəqədi Rayon Məhkəməsinə “aliment məbləğinin artırılmasına dair” yeni iddia ərizəsi ilə müraciət etmişdir. Lakin hesab edir ki, həmin məbləğ övladı xx xxxx 2012-ci il təvəllüdlü X3 yalnız gündəlik xərclərini ödəmək üçün belə azdır. Bu səbəbdən də, bir valideyn kimi övladının atası Cavabdeh çəkilən əlavə xərcləri öz öhdəsinə götürməlidir. Belə ki, uşağın saxlanması xərcləri günü-gündən çoxalır. Cavabdeh məhkəmə tərəfindən müəyyən edilən aliment məbləğini belə vaxtı-vaxtında ödəmir. O, cavabdehdən uşağın saxlanması üçün çəkilmiş əlavə xərclərin ödənilməsi üçün onunda bir valideyn kimi köməklik göstərməsini tələb edəndə imtina edir və heç bir köməklik göstərə bilməyəcəyini qeyd edir. Lakin onun təkbaşına uşağın saxlanması üçün çəkilmiş xərcləri ödəməyə imkanı çatmır. İndiki dövrdə uşaqlar üçün nəzərdə tutulan geyimlər, ərzaqlar, oyuncaqlar, dərman preparatları və digər lazımi məhsulların qiyməti də kifayət qədər yüksəkdir. Hər şeydən əvvəl uşağın sağlamlığı üçün çəkilən tibbi xərclər, dərmanlar bundan başqa gündəlik zəruri istifadə olunmalı qida məhsulları və s. hər birinin təkbaşına öhdəsindən gəlmək bir ana kimi onun üçün çətindir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil X4 yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2017-ci il tarixində verilən AZE seriyalı, 12844647 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx xxxx 2012-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilən xx xxxx 2020-ci il tarixli çeklərdən görünür ki, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, kəskin nazofaringit (zökəm), kəskin laringotraxeit, xroniki faringit diaqnozu qoyulan xəstə X3 müalicəsi üçün ümumilikdə 589,95 manat pul vəsaiti xərclənmişdir. X9 tərəfindən verilən xx xxxx 2020-ci il tarixli çeklərdən görünür ki, xəstə X3 müalicəsi üçün ümumilikdə 304,28 manat pul vəsaiti xərclənmişdir. X9 tərəfindən verilən xx xxxxxx 2018-ci il tarixli çekdən görünür ki, xəstə X3 müalicəsi üçün 114,00 manat, xx xxxxx 2018-ci il tarixli çeklə 16,00 manat, xx xxxxxx 2018-ci il tarixli çeklə 14,43 manat, xx xxxx 2018-ci il tarixli çeklərlə 197,45 manat , ümumilikdə 341,88 manat pul vəsaiti xərclənmişdir. X9 tərəfindən verilən xx xxxx 2020-ci il tarixli çeklərdən görünür ki, xəstə X3 müalicəsi üçün ümumilikdə 434,43 manat pul vəsaiti xərclənmişdir. Medholding Clinics tərəfindən verilən ödəniş qəbzindən görünür ki, xəstə X3 diş müalicəsi üçün 550 manat pul vəsaiti xərclənmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(001)-4869/2014 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan X6 anası İddiaçı yanında saxlanılmış və X1 üçün cavabdehdən hər ay 75 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin birgə nikahından olan X5 yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, kəskin nazofaringit (zökəm), kəskin laringotraxeit, xroniki faringit, kəskin yuxarı çənə sinusiti diaqnozları qoyulmuşdur. İddiaçı tərəfindən X3 müalicəsinə bugünədək 2220, 54 manat pul vəsasiti xərclənmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlərvə s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər.Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərinmiqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəlarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaqlar üçün hamin halların şamil edilməsini istisna etməmişdir. Belə ki, AM-nin 81.1-ci maddəsində qeyd edilmişdir ki,Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik aliment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə, əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Burdan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə çəkilməli olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyən edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir. Bu baxımdan işin hallarından da göründüyü kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı X5yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, kəskin nazofaringit (zökəm), kəskin laringotraxeit, xroniki faringit diaqnozu qoyulmuşdur. Həmin xəstəliyin ağır xəstəlik olması müəyyən edilmir. Lakin yuxarıda göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, valideynlərin uşaqlarının sağlamlığına görə məsuliyyət daşıması, eyni zamanda uşaqlara qayğı göstərməyin onların vəzifəsi olduğu nəzərə alınarsa, iddiaçının himayəsində olan uşağının xəstəliyinə biganə qalmayaraq onu müalicə elətdirməsi, bununla bağlı xərc çəkməsi digər valideyni məsuliyyətdən azad etməməlidir. İddiaçı tərəfindən uşağın xəstəliyi ilə bağlı müalicə olunması üçün 1670.54 manat, uşağın dişinin müalicəsi üçün 550 manat pul xərclənmişdir. Məhkəmə hazırki halda uşağın dişinin mülicəsi ilə bağlı xərclənmiş vəsaiti xəstəliklə bağlı birbaşa tibbi müalicə hesab etmir. Belə ki, stomotoloji xidmət estetik(görünüş üçün) və ya xəstəliklə bağlı olmayan digər hallarda da mümkündür. İş materialında olan qəbzdən xəstəyə hansı xidmətin göstərilməsi müəyyən edilmir. Bu baxımdan məhkəmə xərclərin məbləğini müəyyən edərkən stomotoji xidmətin nəzərə alınmaması qənaətinə gəlir. Eyni zamanda uşağı saxlamaq hər iki valideynin borcu olduğundan məhkəmə hesab edir ki, uşağın müalicəsi ilə bağlı çəkilmiş xərclərin yarısı cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, uşağı saxlamaq hər iki valideynin borcu olduğundan, uşağın müalicəsi üçün xərclənmiş 1670.54 manat pulun yarısı, yəni 835.27 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq əlavə xərcin miqdarı500 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 835,27 (səkkiz yüz otuz beş manat iyirmi yeddi qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar