Məhkəmə qərarları › İş №2(001)-4292/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4292/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4292/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx xxxxxx 2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit məbləğdə 180 manat olmaqla, cəmi 380 manat aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və bu barədə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Uşaqlar onun himayəsindədir və cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, uşaqlarla qətiyyən maraqlanmır, uşaqların sağlamlığının qayğısına qalmır. Uşaqların maddi tələbatlarının ödənilməsi və normal inkişafı üçün xeyli vəsait tələb olunur. Valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi digər alimə üzvlərini saxlamaq vəzifələrindən fəqrli olaraq nə uşağın buna ehtiyacının olub-olmamasından, nədə ki valideynlərinin imkanının olub-olmamasından asılı deyildir. Cavabdeh öz valideynlik borclarının yerinə yetirilməsindən yayınır. Halbuki, uşaqların sağlam və normal böyüməsi üçün maddi yardım göstərmək onun da borcudur. Alimentin ödənilməsi uşaqların maddi təlabatlarının ödənilməsi üçün əsasdır. Cavabdeh “xxxxxx” MMC-də sürücü işləyir. Qazancı və gəliri vardır. Uşaqlar məktəblidir və onların maddi təlabatlarının ödənilməsinə xeyli vəsait sərf olunur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ilə aralarında olan nikah münasibətləri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnamə əsasında birgə nikahdan olan uşaqlar xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 atalarının himayəsinə verilmişlər. Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvləri tərəfindən tərtib edilən xx xxxxxx 2017-ci il tarixli aktla uşaqlar ataları Cavabdeh tərəfindən ona könüllü olaraq təhvil verilmişdirlər. Halhazırda uşaqlar onun yanındadır. Uşaqlara anası baxır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)-2030/2015 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx xxxx 2017-ci il tarixdə Füzuli rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 285 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından olan uşaqları xx xxxxxx 2006-cı il təvəllüdlü X2 və xx xxxxxx 2008-ci il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, AZ-İ seriyalı, 325098 saylı saylı nikahın pozulması haqqında arayışın surətindən görünür ki, X5 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxx 2016-cı il tarixində 92 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ərə “Hüseynov”, arvada isə “Qurbanova” soyadı verilmişdir. xx xxxxx 2016-cı il tarixdə verilmiş, AZE seriyalı, 12832223 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx xxxxxx 2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. xx xxxxx 2016-cı il tarixdə verilmiş, AZE seriyalı, 12832532 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx xxxxxx 2006-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdir. Bakı şəhər Binəqədi RİH yanında Qəyyumluq və himayəçilik komissiyasının üzvləri X4 və X10 tərəfindən tərtib edilən xx xxxxxx 2017-ci il tarixli aktdan görünür ki, yetkinlik yaşına çatmayanlan xx xxxxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxx 2008-ci il təvəllüdlü X7 nümayəndələrin iştirakı ilə Binəqədi RİH-nin inzibati binasında Qəyyumluq və himayəçilik komissiyasının xidməti otağında, ataları Cavabdeh tərəfindən anaları İddiaçı könüllü olaraq təhvil verilmişdir. Mülki iş materialları ilə məhkəmə tərəfindən müəyyən edilir ki, X5 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X7 və xx xxxxxx 2006-cı il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar məhkəmə qətnaməsi ilə atalarının himayəsinə verilsələr də, xx xxxxxx 2017-ci il tarixindən ata tərəfindən könüllü olaraq ananın himayəsinə verilmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, uşaqlara aliment ödənilməsi barədə saziş olmadığından, o cümlədən cavabdehin daimi iş yeri barədə hər hansı sübut təqdim edilmədiyindən, dolayısı ilə cavabdehin müntəzəm qazanca malik olması müəyyən edilmədiyindən ondan tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Bununla bağlı Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini,uşaqların əvvəlki təminatının səviyyəsini, cavabdehin qazancı barədə məlumatın olmamasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment sabit pul məbləğində olmaqla uşaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş yaşayış minimumu həddində, hər ay 170 manatməbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən başlanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aliment məbləği məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment məbləğinin məcmusu (iddianın qiyməti) 500 manatdan çox olduğundan, ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2008-ci il təvəllüdlü X3 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar