Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4305/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxxxx 2006-cı il təvəllüdlü X9 və xx xxx 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx xxxxxxx 2006-cı il tarixdə Məhəmməd, xx xxx 2009-cu il tarixdə Səadət adlı uşaqları doğulmuşdur. Sonradan münasibətləri uyğun gəlmədiyindən Göyçay Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqların onun himayəsində saxlanmaları qərara alınmışdır. Həmin vaxt o, cavabdehdən aliment tələb etməmişdir. Sonradan o, uşaqlarının atasız böyüməmələri üçün cavabdehlə münasibətlərini bərpa etmiş və onlar birlikdə yaşamağa davam etmişlər. Lakin, aralarında daim mübahisələr olduğundan münasibətlərinin bərpasının mümkünsüz olduğunu görüb 2017-ci ildən yenidən faktiki olaraq ayrılmışlar. Həmin ərəfədə cavabdeh uşaqlarla vaxt keçirmək adı ilə onları özü ilə aparmış, geri gətirməmişdir. Sonradan ona məlum olmuşdur ki, uşaqlar Göyçay şəhərində, cavabdehin evindədirlər. O, uşaqların ona qaytarılması üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, iddiası təmin edilməmişdir. Bundan sonra uşaqlar öz istəkləri ilə onun yanına gəlmiş, onunla yaşamışlar. Nikahın pozulması barədə məhkəmə qətnaməsində uşaqların onun himayəsində qalmaları qərara alınmışdır. O, səhhətindəki problemlərlə bağlı müalicə aldığından uşaqların saxlanmasına maddi imkanı çatmır, buna görə də, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Göyçay Rayon Məhkəməsinin məlum qətnaməsinə əsasən, uşaqların ondan alınaraq analarına verilməsinə dair iddia təmin olunmamışdır. Uşaqlar heç bir məcburiyyət olmadan öz seçimlərinə əsasən onunla yaşayırlar. Belə olan halda o, iddiaçıya aliment ödəməməlidir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, iddiaçının anasıdır. Tərəflərin birgə nikahlarından olan uşaqlar analarının yanında qalmaq istəyirlər, lakin cavabdeh buna maneələr yaradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, iddiaçının qonşusudur. Tərəflərin uşaqları təxminən 2 ay idi ki, analarının yanında olmuş, sonradan ataları onları aparmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə iclasında dindirilmiş xx xxxxxxx 2006-cı il təvəllüdlü X9 hazırda atasının yanında yaşadığını, bunu öz istəyi ilə etdiyini bildirdi. İş materiallarında olan: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(046)-302/11 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan xx xxxxxxx 2006-cı il təvəllüdlü X5 və xx xxx 2009-cu il təvəllüdlü X6 analarının yanında saxlanması qərara alınmışdır. Həmin işə baxılarkən İddiaçı cavabdehdən aliment tələbi olmamışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək uşaqların Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş, iddia təmin edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin, habelə şahidlərin və tərəflərin birgə nikahlarından olan xx xxxxxxx 2006-cı il təvəllüdlü Məhəmməd adlı uşağın izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Hazırki halda tərəflərin birgə nikahlarından olan Məhəmməd adlı uşaq faktiki olaraq atasının yanında yaşadığından iddia yalnız xx xxx 2009-cu il təvəllüdlü X8 münasibətdə təmin edilməlidir. Belə ki, işin hallarına əsasən xx xxxxxxx 2006-cı il təvəllüdlü X5 atası Cavabdeh himayəsində olması müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı və digər xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, X1 üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna, habelə iddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2009-cu il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin miqdarda alimentin tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. 15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4305/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4305/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver