Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4328/2021 04.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.02.2004-cü il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşaq üçün hər ay 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin 12.10.2013-cü il təvəllüdlü X4 xəstəliyi ilə bağlı yaranmış əlavə xərclərin əvəzi olaraq 100 manat pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər 26.07.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan üç övladları olmuşdur. Tərəflər arasında olan nikah 13 avqust 2013-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Sonra cavabdehlə barışdığından aliment tələbindən imtina etmişdir. Daha sonra münasibətləri yenidən pozulmuş və cavabdeh hal-hazırda uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşaqların maddi təlabatlarının ödənilməsi, sağlamlıqlarının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Dəfələrlə cavabdehdən aliment ödəməsini tələb etsə də, o, könüllü olaraq aliment ödəməkdən yayınmışdır. Uşaqların təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3655/2013 saylı, 13.08.2013-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında 26.07.1994-cü tarixdə 01 №-li qeyd ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. -doğum haqqında şəhadətnamələrin surətinə əsasən, 29.02.2004-cü il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X4 ataları Cavabdeh, anaları İddiaçıdır. -03.05.2021-ci tarixli 785 №-li arayışa əsasən, Əliyeva X5 qəsəbəsi, R.Allahverdiyev küçəsində inşda edilmiş sənədsiz evdə Füzuli rayonundan gəlmiş məcburi köçkün kimi qeydiyyatsız yaşayır və ailə tərkibi 29.02.2004-cü il təvəllüdlü X7 və 12.10.2013-cü il təvəllüdlü X2 ibarətdir. -Elektron Məhkəmə Portalından çıxarışa əsasən, cavabdeh İddiaçı hər ay 50 (əlli) manat sosial ödəniş alır. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi 04.05.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 04.05.2021-ci il tarixdən tutulmalıdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı 12.10.2013cü il təvəllüdlü X4 xəstəliyi ilə əlaqədar əlavə xərclərlə bağlı heç bir sübut təqdim etmədiyindən, iddia 12.10.2013-cü il təvəllüdlü X1 üçün hər ay əlavə olaraq sabit pul məbləğində 100 manat alimentin tutulması hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, 29.02.2004-cü il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 04.05.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 29.02.2004-cü il təvəllüdlü X3 və 12.10.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-4328/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4328/2021
04.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver