Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4354/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin azaldılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.2017-ci il tarixdə doğulmuş X2, 20.08.2018-ci il təvəllüdlü X1 üçün təyin edilən hər uşağa görə 175 manat, cəmi 350 manatın aliment məbləğinin azaldılaraq, hər uşağa görə 80 (səksən) manat endirilərək, ondan tutularaq iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1-ci maddəsinə görə iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:.. 112.1.6. ödəmənin azaldılması və ya artırılması haqqındakı iddialarda iddianın qiyməti-ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaqla müəyyən edilir. Belə olan halda aydın olur ki, iddia ərizəsinə əsasən ödəmənin bir ildən artıq olmayan müddətdə azaldıldığı məbləğ 500 manatdan çox olduğundan İddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəməli idi, lakin o iddia ərizəsinə 10 manat məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilir. 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin azaldılması” tələbi barədə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin azaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4354/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4354/2021
08.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver