Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4368/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-1330/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx xxxxxx 2017-ci il təvəllüdlü X2 onun himayəsinə verilmişdir. Həmin qətnamə ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh oğundan hər ay 150 manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflər 2020-ci ilin fevral ayında barışaraq birgə təsərrüfat aparmağa başlamışlar. Buna görə də, iddiaçı Masallı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək aliment tələbimə xitam verilməsini xahiş etmiş və icra üzrə icraata xitam verilmişdir. Bu halda həmin qətnamə yenidən icraya yönəldilə bilməz. Lakin xasiyyətlərinin uyğunsuzluğu yenidən aralarında mübahisələrə səbəb oldu və tərəflər yenidən ayrıldılar.Uşaq iddiaçının himayəsindədir və iddiaçı onu saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdehlə arasındakı nikah pozulandan sonra uşağa görə cavabdehlə barışmış və onlar yenidən birgə təsərrüfat aparmağa başlamışlar. Həmin vaxt o, icra şöbəsinə getmiş və alimentdən imtina etmişdir. Lakin o, alimentdən imtina etdikdən sonra cavabdehin iddiaçıya qarşı münasibəti yedə də kəskin pisləşmiş və iddiaçı başa düşmüşdür ki, onunla barışmanın əsas məqsədi onu alimentdən imtina etdirmək idi. Artıq bir neçə aydır ki, yenidən ayrı yaşayırlar və barışmaq fikri yoxdur. Uşaq onun yanında qalır və iddiaçının onu təkbaşına saxlamaq iqtidarında deyil. xx xxxxxx 2020-ci tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, 170 manat aliment ödəmək imkanı yoxdur. O, cəmi 240 manat əmək haqqı alır və 170 manat aliment ödəsə özünün yaşaması üçün vəsaiti qalmayacaq. Eyni zamanda cavabdeh məhkəməyə bildirdi ki, növbəti məhkəmə iclasına gəlməyəcək. Belə ki, Masallıdan Bakıya gəlmək üçün 80 manat ödəmək məcburiyyətindədir və onun bunu bir də etməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(001)-1330/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X3 ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində bağlanmış 1272 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından olan uşağı - xx xxxxxx 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş və uşağın 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, ... aliment tutulması ... barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. ... Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər, əks təqdirdə valideynlər uşağı saxlamadıqda aliment məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə Cavabdeh cəmi 240 manat əmək haqqı alması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyib-işləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4368/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4368/2020
26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver