Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4401/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri və keçmiş həyat yoldaşının onunla razılaşdırmadan ondan xəbərsiz iddia ərizəsinə əlavə etdiyi qətnamələrdə göstərilən şəxslərə borc verdiyi 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısı 207000 ABŞ dolları məbləğindı (207000 x 1.7), yəni bügünkü məzənnə ilə 351000 manat məbləğində pul vəsaitinə pay hüququnun tanınması və 351000 manat məbləğində pul, eləcə də 641 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 06 avqust 1996-cı il tarixdə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuş və bu nikahdan iki övladları X18 və X19 anadan olmuşdur. Nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 362/2023 qətnaməsi ilə pozulmuş, qətnamə qanunu qüvvəsini almışdır. Birgə nigah dövründə birgə təsərrüfat idarə etmişlər, daşınar və daşınmaz əmlaklar, eyni zamanda nağd pul vəsaiti əldə etmişlər və aralarında bu əmlakların bölünməsinə dair məhkəmə mübahisəsi olmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı “əmlak bölgüsü və pul tələbinə dair” ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin ½ hissəsində iddiaçı Cavabdeh, ½ hissəsində onun payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, onun Cavabdeh qarşı “əmlak bölgüsü və pul tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin; Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin ½ hissəsində onun, ½ hissəsində Cavabdeh payının tanınması, Cavabdeh 10000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi və ekspertiza xərcinin ona aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, e-2(103)-3078/2023 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)-1926/2023 saylı qətnaməsi “Toyota Rav 4” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin edilməsi, 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin - 36000 manatın ½ hissəsi - 18000 manatın Cavabdeh tutularaq ona ödənilməsi, qətnamənin ekspertiza xərci ilə bağlı qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 180 manatının Cavabdeh alınaraq ona ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edir ki, o, heç vaxt ailələrinin dağılmasını istəməmiş, keçmiş həyat yoldaşı Cavabdeh iddialarının məntiqi davamı olaraq tərəfindən qarşılıqlı iddialar verilmiş və yuxarıda qeyd olunan qətnamələr qəbul edilmişdir. Lakin boşanma ərəfəsində təxminən 2022-ci ilin sentiyabr ayının əvvəllərində Aydın evdə olan 10000 ABŞ dollarını və başqa miqdarını tam xatırlamadığı milli pulları da evdən aparmışdır. Boşanmaya ərizə verdiyi gün adına olan avtomobili formal olaraq qardaşının adına keçirmiş, faktiki olaraq hal-hazırda da özü idarə edir. Bundan əlavə, boşanma ərafəsində məhkəmənin gedişi zamanı ona məlum olmuşdur ki, keçmiş həyat yoldaşı Cavabdeh birgə nigah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdiyikləri pul vəsaitindən 54000 ABŞ dolları (hazırkı məzənnə ilə 54.000 x 1.7 = təxminən 91800 manat) məbləğində və 360000 ABŞ dolları (hazırkı məzənnə ilə 360.000 x 1.7 = təxminən 612000 manat) məbləğində pul vəsaitlərini onun tanımadığı başqa başqa şəxslərə onunla məsləhətləşmədən borc vermişdir. Hətta bu barədə məhkəmə qətnamələri və icra vərəqləri də mövcuddur. Boşanma ilə bağlı məhkəmə zamanı o, mülkiyyət sənədlərini axtararkən bu qətnamələri görmüş və şəklini çəkmiş, lakin sonra Aydın mülkiyyət sanədlərini və bu qətnamələri evdən aparmışdır. Həmin dövrdə o, ailəni dağıtmaq istəmədiyindən bu məbləğlərlə bağlı iddia verməmişdir. Hal-hazırda ailənin yenidən bərpasına heç bir ümidi olmadığından və qanunla müəyyən olunmuş müddəti ötürməmək üçün bu iddianı qaldırmaq qərarına gəlmişdir. Həmin qətnamələrlə əlaqədar qətnaməni qəbul etmiş məhkəməyə müraciət etsə də, tərəf olmadığından qətmamələrin təsdiq edilmiş surətlərini ala bilməmişdir. Bundan başqa, cavabdehlə qarşılıqlı razılaşma üçün mediyasiya təklifi göndərməsinə və cavabdehin Bakı 3 saylı Mediasiya təşkilatına dəvət olunmasına baxmayaraq qarşı tərəf ilkin mediasiya sesiyasma gəlməmişdir. Bununla bağlı ona Bakı 3 saylı Mediasiya təşkilatından xx.xx.2025-ci il tarixli, MŞB/3/2025- 00245 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş və medasiya xərcləri tam olaraq 60 manat onun tərəfindən ödənilmişdir. Hesab edir ki, birgə nikah dövründə birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri pul vəsaiti keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən onunla razılaşdırılmadan ondan xəbərsiz başqa-başqa şəxslərə verildiyindən, həmin pul məbləğlərinin yarısı, yəni 27000 ABŞ dolları və 180000 ABŞ dolları, ümumilikdə 207000 ABŞ dolları (207000 x 1.7), yəni bu günkü məzənnə ilə 351000 manat məbləğində pul vəsaiti Cavabdeh məhkəmə qaydasında tutularaq ona ödənməlidir. Daha sonra iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısı 207000 ABŞ dolları məbləğində (207000 x 1.7) Azərbaycan manatının məzənnəsi ilə, yəni 351000 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş 641 manat dövlət rüsumu Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, X6 ona qarşı pul tələbinə dair iddia qaldıraraq, birgə nikah dövründə, birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısı 207000 ABŞ dollarının bugünkü məzənnə ilə 351000 manat məbləğində pulun və 641 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində bildirdiyi kimi, onların arasında nikahın pozulması və əmlak bölgüsünə dair məhkəmə mübahisələri olmuşdur. Belə ki, o, X4 qarşı xx.xx.2022-ci ildə nikahın pozulmasına dair iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. X6 isə ona qarşı birgə nikah dövründə əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-362/2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan başqa Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(001)- 1926/2023 saylı qətnaməsi ilə iddiaçı onun cavabdeh X4 qarşı “əmlak bölgüsü və pul tələbinə dair” ilkin iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin ½ hissəsində onun, ½ hissəsində cavabdeh X3 payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun ona aid edilməsi, iddiaçı X3 ona qarşı “əmlak bölgüsü və pul tələbinə dair” qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 7 nömrəli mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha, torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı, 31/A nömrəli fərdi yaşayış evinin ½ hissəsində iddiaçı X3, ½ hissəsində onun payının tanınması, ondan 10000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçı X4 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin ondan tutularaq iddiaçı X4 ödənilməsi və ekspertiza xərcinin X4 aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, e- 2(103)-3078/2023 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(001)- 1926/2023 saylı qətnaməsi “Toyota Rav 4” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qarşılıqlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qeyd olunan hissədə təmin edilməsi, 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin - 36000 manatın ½ hissəsi - 18000 manatın ondan tutularaq X4 ödənilməsi, qətnamənin ekspertiza xərci ilə bağlı qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın həmin hissədə qismən təmin edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 180 manatının ondan alınaraq X4 ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Məhkəmə araşdırması dövründə cavabdeh qarşılıqlı iddianın dəlillərinə münasibətdə etirazını məhkəməyə təqdim etmişdir. Etirazların məzmunu aşağıdakı qaydada əsaslandırılmışdır: İddiaçının iddia ərizəsində göstərdiyi oğlu X12 alınmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili alan zaman, nə də onun təmiri üçün heç kimdən hər hansı borc almamışlar. Hətta etirazına əlavə etdiyi Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 saylı icra sənədinə əsasən Aydına (ailələrinə) X9 54.000 ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X23 adlı şəxsin Aydına (ailəyə) 360.000 ABŞ dolları borcu var. Göründüyü kimi, Aydın ailəyə məxsus xüsusilə külli miqdarda pulları müxtəlif şəxslərə borc verib”. Göründüyü kimi X6 birgə nikahları dövründə əldə etdikləri əmlakın bölünməsi tələbinə dair iddiaları 2022- 2023-cü illərdə Binəqədi Rayon Məhkəməsində baxılarkən Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 saylı icra sənədinə əsasən ona X9 54.000 ABŞ dolları, digər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X23 adlı şəxsin ona 360.000 ABŞ dolları borcunun olduğundan və həmin borcun borclu şəxslərdən alınması ilə bağlı icra sənədlərinin olduğundan məlumatı var idi və iddiaçı həmin məbləğlərin bölünməsi ilə bağlı ona qarşı iddia qaldırmamışdır. Artıq onların nikahlarına faktiki olaraq 2022-ci il də faktiki xitam verilmişdir və aralarında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə mübahisəsi adı çəkilən məhkəmə qətnamələri ilə bitmişdir. Ona görə də hesab edir ki, X3 hazırkı iddiası icraata qəbul edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən X3 ona qarşı birgə nikah dövründə, birgə təsərrüfat idarə etdikləri zaman əldə etdikləri 54000 ABŞ dolları və 360000 ABŞ dolları, ümumilikdə 414000 ABŞ dolları pul məbləğinin yarısı 207000 ABŞ dollarının bugünkü məzənnə ilə 351000 manat məbləğində pulun və 641 manat dövlət rüsumunun ondan tutulub iddiaçıya verilməsi barədə iddia ərizəsini iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, Binəqədi Rayon Məhkəməsində baxılarkən Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 saylı icra sənədinə əsasən borclu X9 ona ödəməli olduğu 54.000 ABŞ dolları pulun alınması ilə bağlı icra sənədi Binəqədi rayon İcra şöbəsinin icraatındadır və hələ də həmin məbləğ ona ödənilməmişdir. Bundan başqa Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X23 adlı şəxsin ona (ailəyə) ödəməli olduğu 360.000 ABŞ dolları borcun ödənilməsi ilə bağlı icra sənədi isə Gəncə şəhər İcra və probasiya idarəsinin icraatındadır və hələ də həmin borc ona ödənilməmişdir. İddiaçı isə ona ödənilməyən və onun almadığı pul məbləğlərini ondan tələb edir, halbuki, iddiaçı həmin məbləğlərin yarısının ona ödənilməsi ilə bağlı icra icraatı qaydasında müraciət etməlidir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı hazırki mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 11536/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X21 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X15 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dollar ödəniş vaxtına manat məzənnəsi üzrə pulun tutulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)- 5683/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X16 qarşı pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilmiş, cavabdeh X10 54000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddiaçı X13 Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-362/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh ilə X6 arasında xx.xx.1996-cı il tarixdə Bakı şəhəri “Leyla” Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 395 nömrə ilə qeydı alınmış nikahın pozulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)- 11536/2015 saylı icra sənədi qaytarılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 1807/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X12 qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5683/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi xx.xx.2017-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Borclu tərəfindən borc ödənilmədiyi üçün onun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorğular edilmişdir və sorğuya cavab olaraq adına pul, əmlak və digər gəlirləri aşkar edilməmişdir. Nərimanov rayon İcra şöbəsi tərəfindən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsinə təqdimat verilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-596/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu icra sənədində göstərilən tələbin icrasınını təmin etmədiyindən Nərimanov rayon İcra şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən verilmiş inzibati xəta haqqında protokollara əsasən Nərimanov Rayon Məhkəməsinin 8(005)-838/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən 500 manat məbləğində inzibati cərimə, Nərimanov Rayon Məhkəməsinin 3(005)-1795/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən 10 gün müddətində inzibati həbs, Nərimanov Rayon Məhkəməsinin 3(005)-565/2021 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Nərimanov rayon İcra şöbəsi tərəfindən borclunun Binəqədi rayonu ərazisində yaşadığına əsaslanaraq icra sənədini Binəqədi rayon İcra şöbəsinə aidiyyəti üzrə göndərmiş və xx.xx.2021-ci il tarixdə icra sənədi icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə borclunun müvəqqəti yaşadığı, atasına məxsus özbaşına tikiliyə (evə) tələbkarın iştirakı ilə baxış keçirilmiş tələbin ödətdirilməsini təmin etmək üçün əmlak aşkar edilməmişdir. Tələbkar xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək icra sənədini Nərimanov rayon İcra şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, həmin icra sənədi borclunun Binəqədi rayonu ərazisindəki ünvana əmlaka baxış keçirilməsi məqsədilə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə icra sənədi Nərimanov rayon İcra şöbəsinə geri qaytarılmışdır. Nərimanov rayon İcra şöbəsi tərəfindən isə icra sənədi yenidən göndərilərək xx.xx.2021-ci il tarixdən Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. Borclu barəsində icra tədbirləri davam etdirilərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respubalikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Binəqədi Rayon Məhkəməsinin 3(001)- 4128/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 600 manat məbləğində inzibati cərimə edilmiş və həmin cərimə məbləğini xx.xx.2022-ci il tarixdə dövlət büdcəsinə ödəmişdir. Borclunun yeganə gəlir mənbəyi hər ayda aldığı 300 manat əmək haqqı olduğundan icra sənədinin surəti borclunun əmək haqqına xx.xx.2021-ci il tarixdə yönəldilmişdir. Mütamadi olaraq borclunun əmək haqqından hər ay 150 manat tələbkara ödənilmişdir. Beləliklə borclu barəsində görülən məcburi icra tədbirləri nəticəsində həmin icra sənədi üzrə borclu dörd dəfə inzibati məsuliyyətə, sonra isə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmü ilə borclu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrumetmə cəzasına, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən olunmaqla şərti məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilərək X22 barəsində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, onun barəsində 1 il 6 ay azadıqdan məhrum etmə cəzasının CM-nin 70 maddəsinə əsasən şərti tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilərək X22 1 il 6 ay müdətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-982/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının borclu barəsində olan xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilərək üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının müddəti 1 il 6 aydan 1 il 3 aya endirilmişdir. Tələbkar xx.xx.2022-ci il tarixdə şöbəyə müraciət edərək icra sənədinin borclunun əmək haqqına yönəldirilməsini və hər ay əmək haqından tutulan 150 manat məbləğində pul vəsaitini almadan imtina etmişdir. Tələbkara Azərbaycan Respublikası qanunvericiliyinin tələləri izah edilmişdir ki, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 4 dəfə inzibati məsuliyyətə, sonra isə Azərbaycan Republikası CMnin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edildiyini bildirilmişdir. Borclunun adında daşınar və daşınmaz əmlak və digər gəlirləri aşkar edilmədiyindən bütün zəruri icra tədbirləri borcun ödənilməsi ilə bağlı nəticə verməmiş və icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinin tələbinə əsasən xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə icra sənədi yenidan icraata daxil olmuş və icraya yönəldilərək icra hərəkətləri davam etdirilmişdir. İcra sənədi üzrə hissəvi şəkildə göstərilən borc məbləğindən icra sənədi icraatda olduğu müddət ərzində xx.xx.2025-ci il tarixə kimi borc məbləğindən 30650 manat X22 tərəfindən Cavabdeh ödənilmişdir. Hal-hazırda borclunun göstərilən icra sənədi üzrə 61150 manat borcu qalmışdır. Bundan əlavə olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsində istifadədə olan 0.62222 ha torpaq sahəsində yerləşən 6 nömrəli, 4 mərtəbəli binada 15 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı, 2 nömrəli mənzilin ½ hissəsində iddiaçı Cavabdeh, ½ hissəsində cavabdeh X3 payı müəyyən edilməli, Baki şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küçəsində istifadədə olan 0.02655 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbədə yerləşən, 33 kv m yaşayış sahəsindən ibarət 2 otaqlı 7 nömrəli mənzilin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Həmidə xanım Məmmədquluzadə küçəsində xüsusi mülkiyyətdə olan 0.045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 179.3 kv.m ümumi, 84.25 kv.m yaşayış sahəsindən, 95.05 yardımçı sahədən ibarət 5 otaqlı 31/A nömrəli fərdi yaşayış evinin ½ hissəsində iddiaçı X3, ½ hissəsində Cavabdeh payı tanınmalı, 2013-cü il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” minik markalı avtomobilin real bazar qiymətinin - 36000 manatın ½ hissəsi - 18000 manat Cavabdeh tutularaq X4 ödənilməli, nümayəndəyə ödənilmiş xərcin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X4 ödəniməli, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X4 ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 180 manatı Cavabdeh alınaraq X4 ödənilməlidir. Göstərilən icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsindən xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra vərəqəsinin icrası ilə əlaqədar Xaçmaz Rayon Məhkəməsinin 8(067)- 158/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh məxsus “Nissan X Trail” minik markalı **-CP-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Göstərilən avtomaşın qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək "xxxx" MMC-yə göndərilmişdir. Avtomaşının qiymətləndirilməsi barədə rəy verildikdən sonra icra hərəkətləri davam etdiriləcəkdir. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən X8ndan tələbkar Cavabdeh xeyrinə 360.000 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə pul tutulması qət edilmişdir. İcra vərəqəsi xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq icraata başlamaq haqqında qərar qəbul edilmiş bu barədə tərəflərə və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. X8 icra sənədini icra etmədiyi üçün, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat verilmiş. Binəqədi Rayon Məhkəməsinin 8(001)-2615/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin VÖEN-nin qiymətli kağızın, gəlirin, əmanətin olub-olmaması, təqaüd alıb-almaması barədə "elektron icra informasiya" sistemi vaistəsi ilə sorğu edilmiş və heç bir əmlak gəlir aşkar edilməmişdir. Eyni zamanda "elektron icra informasiya" sistemində borclunun mülkiyyətində olduğu görsənən əmlakların "xxxx" QSC-də girovda olduğu və bank qarşısında öhdəlik icra edilmədiyinə görə borclunun mülkiyyətində olan girov əmlaklar açıq hərraca çıxarılmış və "xxxx" QSC həracın yekun protokoluna əsasən əmlakları əldə etmişdir. Borclunun Gəncə şəhərində qeydiyyatda olduğu fərdi yaşayış evinə iş üzrə tələbkarın, hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi dəyərli əşya aşkar edilməmiş, bu barədə xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir. Aparılmış araşdırmalarla borclunun birgə nikahda olduğu X17 müəyyən edilmiş, birgə nikah dövründə əldə edilmiş əmlakın olub-olmaması ilə bağlı müvafiq sorğu edilmiş və hər hansı əmlak, gəlir aşkar edilməmişdir. Bundan əlavə borclu məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat hazırlanaraq istintaq idarəsinə göndərilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-50/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 11 ay 28 gün müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkdikdən sonra ondan məhkəmə qərarını icra etməsi tələb edilmiş, tələbi tam şəkildə təmin etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən məhkəmənin qərarı ilə borclu 1000 manat cərimə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)- 558/2023 saylı qərari ilə Gəncə Şəhər Məhkəməsinin yuxarıda qeyd olunmuş qərarı ləğv edilmiş və yenidən baxılması üçün sözügedən məhkəməyə qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsi İXM-nin 528.1-ci maddəsi ilə borclunu 500 manat məbləğində inzibati cərimə etmişdir. Borcluya ödəniş etməsi üçün yeni müddətin təyin edilməsi barədə bildiriş verilmiş va bundan sonra iş üzrə tələbkar borclu ilə şifahi qaydada razılığa gəldiyini və hər ay 500 manat olmaqla ödəniş etməsinə razılıq verdiyini icra məmuruna bildirmişdir. X8 tələbkara 500 manat ödəniş edərək qəbzi təqdim etmiş və izahatında mütəmadi qaydada ödənişlər edəcəyini qeyd etmişdir. Tərəflərindən borcluya işə qəbul olunması üçün təklif təqdim edilmişdir. Bundan sonra X2 Filialına sorğu verilmiş borclunun işaxtaran kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən, icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-1019/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə məlumat üçün daxil olmuşdur, icra sənədi icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinə daxil olmuşdur. X5 xx.xx.2025-ci il tarixdə bildiriş təqdim edilmişdir. Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin qiymətli kağızın, gəlirin, əmanətin olubolmaması, təqaüd alıb-almaması barədə "elektron icra informasiya" sistemi vasitəsi ilə sorğu edilmiş və heç bir əmlak aşkar edilməmişdir. Eyni zamanda "elektron icra informasiya" sistemində borclunun mülkiyyətində olduğu ZAZ 968 minik markalı 1986-cı il istehsalı olan ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən olunsa da, borclu Nəcəf Əliyev izahatında həmin avtomobilin yararsız vəziyyətdə olduğunu, avtomobilin sənədlərinin olmadığını, sədəcə onun adında olduğunu bildirmişdir. Bundan başqa "elektron icra informasiya" sistemində borclu Nəcəf X1 (VÖEN **********) yanında “dizayner, dekorasiya" işləyərək 360 manat əmək haqqı aldığı məlum olmuşdur. Tələbi borclunun əmək haqqısının 50% yönəldilərək əmək hqqıdan xx.xx.2025-ci il tarixdə 165 manat, xx.xx.2025-ci il tarixdə 165 manat, borclu Nəcəf Əliyev özü tərəfindən 50 manat məbləğində əlavə tələbkarın təqdim etdiyi bank hesabına ödənilmişdir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini X24 üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-1500/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən X8 10 gün müddətində inzibati həbs edilmişdir. İcra sənədinin icrası tərəflərindən nızarətdə saxlanılmaqla icra tədbirləri davam etdirilir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 642 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci və 32.2.2-ci maddələrinin tələbinə görə, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. Həmin Qərarın 4.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, bu siyahı məhdudlaşdırıcı deyil, sadalayıcı mahiyyətdədir və konkret işin hallarından asılı olaraq qanunda nəzərdə tutulan şərtlərə cavab verən digər aktivlər də ər-arvadın ümumi birgə əmlakı sayıla bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X14 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflər xx.xx.1996-cı il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar. Onlar birgə nikah dövründə olduqları zamanda cavabdeh müəyyən şəxslərə borc qismində pul vəsaitləri vermiş, daha sonra məhkəmələrin qətnamələri ilə həmin pul vəsaitlərinin cavabdehə qaytarılması qət edilmişdir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-11536/2015 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X21 qarşı “pulun qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh X15 iddiaçı Cavabdeh xeyrinə 360000 ABŞ dollar ödəniş vaxtına manat məzənnəsi üzrə pulun tutulması qət edilmişdir. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-5683/2017 saylı qətnaməsi iləiddiaçı Cavabdeh X16 qarşı pul tələbinə dair ilkin iddia ərizəsi təmin edilmiş, cavabdeh X10 54000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, iddiaçı X13 Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamələri qanuni qüvvəsini almış və icra olunması üçün müvafiq icra şöbələrinə göndərilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin qətnamələr üzrə cavabdehə ödənilməli olan ümumilikdə 351000 manat məbləğində pul vəsaitini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoysa da, iddiaçı həmin pul məbləğinin cavabdehdə olmasını sübuta yetirməmişdir. Belə ki, qətnamələr üzrə cavabdehin xeyrinə müəyyən şəxslərdən pul vəsaitlərinin tuutlması qət edilsə də, həmin icra sənədləri hazırda tam şəkildə icra olunmamışdır. Bu hal icra orqanlarının məhkəməyə ünvanladıqları sorğuya cavab məktubları ilə də təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4401/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4401/2025
31.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver