Məhkəmə qərarları › İş №2(001)-4427/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4427/2021

19.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4427/2021 19.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Abbasova Cavabdeh qarşı “cehiz əşyaların mənzildən çıxarılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə 19 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məmmədov X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ona məxsus evdən cavabdehə məxsus, aşağıda adları göstərilən cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: - Yataq dəsti - Qonaq dəsti - 1 ədəd televizor - 1 ədəd tozsoran - 1 ədəd böyük həcmli xalça - 1 ədəd kiçik həcmli xalça - 2 ədəd pərdə - 3 ədəd yorğan dəsti - 4 ədəd tük yastıq - 1 ədəd böyük həcmli döşək - 2 ədəd orta həcmli döşək - 2 ədəd yorğan - 6 ədəd çexol prostin - 3 ədəd xrustal meyvə qabı - 4 ədəd kiçik həcmli xrustal vaza - 1 ədəd orta həcmli gümüş vaza - 2 ədəd orta həcmli qaşlı vaza - 1 ədəd kiçik həcmli xrustal güldan - 1 ədəd orta həcmli qaşlı güldan - 12 nəfərlik servis dəsti - 6 nəfərlik servis dəsti - 6+6+6 ədəd kiçik həcmli xrustal bakal - 12 ədəd xrustal stəkan - 12 ədəd nəlbəki - 1 ədəd çay servisi - 1 ədəd ətçəkən maşın - 9 ədəd kiçik həcmli sadə mürəbbəqabı - 2 ədəd orta həcmli qazan - 3 ədəd qəndqabı - 6 nəfərlik tortqabı - 1 ədəd qazan - 1 ədəd qazan - 1 ədəd ütü stolu - 2 ədəd orta həcmli qazan - 1 ədəd nerjovayka qazan dəsti - 1 ədəd qazan dəsti - 2 ədəd jalüz - 1 ədəd bıçaq dəsti Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə 03 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Cavabdehlə münasibəti ilk vaxtlar normal olsa da, sonradan pisləşmiş, uzun müddətdir ki, münasibətləri bitmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuşdur. Hazırda cavabdehə məxsus cehiz əşyalar ona məxsus evdədir və cavabdeh qərəzli şəkildə həmin əşyaları götürməkdən yayınmaqla onun öz mənzilindən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Əşyaların onun evində qalması ona yenidən ailə qurub həmin evdə yaşamağa da maneçilik törədir. O, əşyaların çıxarılması ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh onun sözünə məhəl qoymadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, həqiqətən də, qızına məxsus cehiz əşyaları iddiaçıya məxsus Binəqədi rayonu ərazisində yerləşən evdədir. Lakin, onun maddi dəstəyi ilə sözügedən ev əsaslı təmin olunmuşdur. Təmir üçün onun tərəfindən çəkilən xərc iddiaçıdan ona qaytarıldığı təqdirdə o, sözügedən cehiz əşyaları evdən könüllü olaraq çıxaracaqdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektorunun müdiri tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi evdə məcburi köçkün kimi qeydiyyatdadır. - Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Abbasova Cavabdeh arasındakı nikah 26 yanvar 2019-cu il tarixdə pozulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Müəyyən olunur ki, tərəflər rəsmi nikaha daxil olduqdan sonra iddiaçıya məxsus, Bakı şəhəri Binəqədi rayonunda yerləşən evdə yaşamışlar və cavabdehə məxsus cehiz əşyaları həmin evə gətirilməklə hazıradək həmin evdədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulduğundan və cavabdehə məxsus cehiz əşyalarının iddiaçının yaşadığı evdə yerləşməsi iddiaçının hüquqlarını pozduğundan iddia təmin edilməli, sözügedən əşyalar iddiaçının yaşadığı evdən çıxarılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının evinin təmirinə xərclənmiş pulun qaytarılmasına dair ayrıca iddia şəklində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Abbasova Cavabdeh məxsus - - Yataq dəsti - Qonaq dəsti - 1 ədəd televizor - 1 ədəd tozsoran - 1 ədəd böyük həcmli xalça - 1 ədəd kiçik həcmli xalça - 2 ədəd pərdə - 3 ədəd yorğan dəsti - 4 ədəd tük yastıq - 1 ədəd böyük həcmli döşək - 2 ədəd orta həcmli döşək - 2 ədəd yorğan - 6 ədəd çexol prostin - 3 ədəd xrustal meyvə qabı - 4 ədəd kiçik həcmli xrustal vaza - 1 ədəd orta həcmli gümüş vaza - 2 ədəd orta həcmli qaşlı vaza - 1 ədəd kiçik həcmli xrustal güldan - 1 ədəd orta həcmli qaşlı güldan - 12 nəfərlik servis dəsti - 6 nəfərlik servis dəsti - 6+6+6 ədəd kiçik həcmli xrustal bakal - 12 ədəd xrustal stəkan - 12 ədəd nəlbəki - 1 ədəd çay servisi - 1 ədəd ətçəkən maşın - 9 ədəd kiçik həcmli sadə mürəbbəqabı - 2 ədəd orta həcmli qazan - 3 ədəd qəndqabı - 6 nəfərlik tortqabı - 1 ədəd qazan - 1 ədəd qazan - 1 ədəd ütü stolu - 2 ədəd orta həcmli qazan - 1 ədəd nerjovayka qazan dəsti - 1 ədəd qazan dəsti - 2 ədəd jalüz - 1 ədəd bıçaq dəstindən ibarət cehiz əşyalar İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar