Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4470/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 25 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İlk olaraq tərəflər arasında münasibətlər yaxşı olsa da, sonradan aralarında olan ziddiyyət böyümüş və faktiki olaraq artıq bir ildən artıqdır ki, ayrı yaşayırlar. Cavabdeh tərəfindən iddiaçıya məxsus qızıl-zinət əşyaları əlindən alınmış və həmin əşyalar cavabdehin etiraf etdiyi kimi lombarda qoyulmuşdur. Cavabdeh dəfələrlə qızıl-zinət əşyalarını və cehiz əşylarını qaytaracağını bildirsə də, hal-hazırda həmin əşyaları iddiaçıya verməkdən imtina edir. İddiaçı vəkili Vəkil 16.11.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq xahiş etmişdir ki, işə iddiaçının iştirakı olmadan baxılsın. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 22.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, cavabdeh ilə ailəli olduqları müddətdə Rusiyaya gedən zaman Cavabdeh1 sözünə qulaq asıb qızıllarını qayınanası X1 üçün vermişdir. Rusiyaya 2014-cü ilin yanvar ayında gedib, 2018-ci ildə qayıtmışlar. Bu zaman o, qayınanasından qızıllarını tələb edəndə qızıllarını lombarda qoyduğunu söyləmişdir. Nikah dövründə alınan qızıllara toyunda alınmış komplekt dəst, nişan üzüyü, “həridə” verilmiş 5 qramlıq üzük, toyda verilmiş 6 qramlıq sırğa, cavabdehin dayısı Nağı və xalası Zeynəb tərəfindən hədiyyə verilmiş 2 ədəd üzük, toydan sonra anası tərəfindən hədiyyə verilmiş 9 qramlıq sep, qızının ad günündə atasının hədiyyə etdiyi 12 qramlıq sep daxildir. 22.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçı ilə ailə qurduqdan sonra Rusiyaya gedən zaman iddiaçıya qızılları saxlaması üçün anası Cavabdeh2 verməyini söyləmişdir. İddiaçı da sözünə qulaq asıb qızıllarını anasına vermişdir. Bacısı oğlunun kiçik toyuna gələn zaman ehtiyacı olduğu üçün iddiaçının qızıllarını anasından götürüb lombarda qoymuşdur. Sonradan pulunu ödəyə bilmədi deyə, qızıllar satılası oldu. İddiaçının qızıllarını əvvəllər də lombarda qoyduğu olurdu, lakin hər dəfə pulunu ödəyib geri götürə bildirdi. Bu dəfə alınmadı. İddiaçı qızılların lombarda qoyulmasını bilirdi, lakin bilmirdi ki, qızıllar nəticə etibarilə satılıb. Qızılları lombarda qoymağa məcbur idi. Belə ki, Rusiyada kirayə qalırdılar və pulunu ödəyə bilmirdi. Cehiz əmlaklarına gəldikdə isə, iddia ərizəsini aşağıdakı əmlaklara münasibətdə qəbul edir: qoşa çarpayı qalın matras, altı qapılı şifonyer, bir ədəd tryumo, iki ədəd tumboçka, bir dəst yorğan döşək, dörd ədəd balış, bir dəst çarpayı üçün gəlincik, bir ədəd qalın yorğan, bir dəst yay üçün pokrıval, bir ədəd kapron paltar yuyan maşın, bir ədəd böyük xalça, bir ədəd kiçik xalça, bir ədəd pultlu çılçıraq, bir ədəd yataq otağı üçün pərdə, bir ədəd lampa, güzgü, şamdan, iki ədəd toy albomu, şəkil üçün çərçivələr və bir dəst uşaq üçün qalın yorğan. Həmin əşyaları istədiyi vaxt gəlib apara bilər. Qalan əşyalar ya ümumiyyətlə mövcud olmayıb, ya da ki, gedəndə özü ilə aparıb. 02.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə bildirdi ki, qızılları alıb onsuz da İddiaçı qaytaracaq. Sadəcə indi əlində bu imkan yoxdur. Qızıllar satılıb və pulu ailənin ehtiyaclarına xərclənib. 22.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirmişdir ki, oğlu və gəlini Rusiyaya gedəndə oğlu gəlinin qızıllarını saxlamağı üçün qızılları ona verdi, qızılları özləri ilə aparmadılar. Lakin, sonradan ehtiyac yarandığı üçün, oğlu Cavabdeh1 Bakı şəhərinə gələndə qızılları ondan görürüb aparmışdır. Kirayə haqqını ödəyə bilmədiyi üçün qızılları Rusiyada lombarda qoyub və lombarddan götürdüyü pula ailəsini saxlayırdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlaka sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyaları mövcud olmuş, həmin qızıl-zinət əşyalarını tərəflər toydan sonra uzun müddətli olaraq işləməyə Rusiya Federasiyasına gedəndə Cavabdeh1 anası Cavabdeh2 vermişlər və müəyyən müddət həmin qızıllar Cavabdeh2 olmuşdur. Sonradan Cavabdeh1 Bakı şəhərinə gəldikdə qızılları anasından götürmüş və Rusiya Federasiyasına qayıtdıqdan sonra qızılları orada lombarda qoymuş, sonradan lombardın pulunu ödəyə bilmədiyinə görə qızılları satmış və bu İddiaçı xəbəri və razılığı olmadan baş vermişdir. Göründüyü kimi, iddiaçının sadalanan qızıl-zinət əşyalarını tələb etməyə subyektiv hüququnun mövcudluğu və onun öz əmlakları barəsində Cavabdeh1 hərəkətləri nəticəsində faktiki sahiblikdən məhrum olunması işin mübahisəsiz hallarındandır. Eyni zamanda iddiaçı məhkəməyə ona Cavabdeh1 tərəfindən yazılan mesajların mətnlərini təqdim etmişdir. Mesajlarda yazılanlar məhkəmə iclasında səsləndirilmiş və həmin mesajların Cavabdeh1 tərəfindən yazılması onun tərəfindən etiraf edilmişdir. Həmin whatsapp yazışmasında Cavabdeh1 tərəfindən aşağıdakılar yazılmışdır: “ – Qızıl yoxdur. Mən satmışam. - Mənə pul lazım idi, satmışam. Sizin mənə alıb verdiyiniz üzüyü alıb verəcəm. - Mən evlənəndə almışam, sonra da pul lazım idi – satdım. Məhkəməyə kimi gəlin aparın mebelləri. Mən o evdən çıxacam. Gedirəm Moskvaya işləməyə. Mən hələ ki burdayam gəlin aparın ... - İqruşkalar sənindi, sən almısan qiymət yazmısan (?) - Albom sənindi, pul vermisən qiymət yazırsan (?) - Qızıl almısan qiymət yazırsan (?) - Onların heç biri verilməyəcək açığa. Nə gətirmisənsə onları da verəcəm aparacaqsan”. İş materiallarında olan 28.09.2021-ci il tarixli, 9/5667 saylı ekspert rəyində göstərilmişdir ki, 750 əyarlı, 35 qram çəkidə, 1 ədəd brilyant qaşlı dəstin (sep, kulon, bir cüt sırğa, qolbaq, üzük) ümumi qiyməti 3325 manat, 750 əyarlı 10 qram çəkidə “dorojka” formalı nişan üzüyünün qiyməti 950 manat, 585 əyarlı 5 qram çəkidə üzüyün qiyməti 375 manat, 585 əyarlı 6 qram çəkidə sırğanın qiyməti 450 manat, 585 əyarlı 3,5 qram çəkidə iki ədəd üzüyün ümumi qiyməti 262,50 manat, 585 əyarlı 9 qram çəkidə sepin qiyməti 675 manat, 585 əyarlı 12 qram çəkidə sepin qiyməti isə 900 manat kimi müəyyən edilib. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 750 əyarlı 10 qram çəkidə “dorojka” formalı nişan üzüyünün qiymətini 800 manat, 585 əyarlı 5 qram çəkidə üzüyün qiymətini 320 manat, 585 əyarlı 6 qram çəkidə sırğanın qiymətini 400 manat, 585 əyarlı 9 qram çəkidə sepin qiymətinin 600 manat kimi qeyd etmiş və həmin əşyalar olmadığı təqdirdə bu məbləğlərin cavabdeh(lər)dən tutularaq ona verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 oğlundan ümumi dəyəri 3325 manat olan 750 əyarlı, 35 qram çəkidə, brilyant qaşlı dəst (sep, kulon, bir cüt sırğa, qolbaq, üzük); dəyəri 800 manat olan 750 əyarlı 10 qram çəkidə “dorojka” formalı nişan üzüyü; dəyəri 320 manat olan 585 əyarlı 5 qram çəkidə üzük; dəyəri 400 manat olan 585 əyarlı 6 qram çəkidə sırğa; ümumi dəyəri 262,50 manat olan 585 əyarlı 3,5 qram çəkidə iki ədəd üzük; dəyəri 600 manat olan 585 əyarlı 9 qram çəkidə sep, dəyəri 900 manat olan 585 əyarlı 12 qram çəkidə sep; ümumi dəyəri 2400 manat olan qoşa çarpayı qalın matras, altı qapılı şifonyer, bir ədəd tryumo, iki ədəd tumboçka; ümumi dəyəri 200 manat olan bir dəst yorğan döşək, dörd ədəd balış; dəyəri 230 manat olan bir dəst çarpayı üçün gəlincik; dəyəri 50 manat olan bir ədəd qalın yorğan; dəyəri 100 manat olan bir dəst yay üçün pokrıval; dəyəri 180 manat olan bir ədəd kapron-paltar yuyan maşın; ümumi dəyəri 150 manat olan bir ədəd böyük xalça, bir ədəd kiçik xalça, dəyəri 150 manat olan bir ədəd pultlu çılçıraq; dəyəri 65 manat olan bir ədəd yataq otağı üçün pərdə; ümumi dəyəri 100 manat olan bir ədəd lampa, güzgü, şamdan; ümumi dəyəri 20 manat olan iki ədəd toy albomu, ümumi dəyəri 50 manat olan şəkil üçün çərçivələr, dəyəri 45 manat olan bir dəst uşaq üçün qalın yorğan və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilməlidir. İddia ərizəsində sadalanan digər əşyaların mövcudluğu Cavabdeh1 tərəfindən qəbul edilmədiyi, iddiaçı isə həmin əşyaların mövcudluğunu və ona məxsus olmasını sübut edə bilmədiyinə görə, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda qızıl-zinət əşyaları ilkin olaraq Cavabdeh2 saxlanılması üçün verilsə də, sonradan qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən götürülərək satılması işin mübahisəsiz halı olduğundan, iddia ərizəsi yalnız Cavabdeh1 münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 oğlundan ümumi dəyəri 3325 manat olan 750 əyarlı, 35 qram çəkidə, brilyant qaşlı dəst (sep, kulon, bir cüt sırğa, qolbaq, üzük); dəyəri 800 manat olan 750 əyarlı 10 qram çəkidə “dorojka” formalı nişan üzüyü; dəyəri 320 manat olan 585 əyarlı 5 qram çəkidə üzük; dəyəri 400 manat olan 585 əyarlı 6 qram çəkidə sırğa; ümumi dəyəri 262,50 manat olan 585 əyarlı 3,5 qram çəkidə iki ədəd üzük; dəyəri 600 manat olan 585 əyarlı 9 qram çəkidə sep, dəyəri 900 manat olan 585 əyarlı 12 qram çəkidə sep; ümumi dəyəri 2400 manat olan qoşa çarpayı qalın matras, altı qapılı şifonyer, bir ədəd tryumo, iki ədəd tumboçka; ümumi dəyəri 200 manat olan bir dəst yorğan döşək, dörd ədəd balış; dəyəri 230 manat olan bir dəst çarpayı üçün gəlincik; dəyəri 50 manat olan bir ədəd qalın yorğan; dəyəri 100 manat olan bir dəst yay üçün pokrıval; dəyəri 180 manat olan bir ədəd kapron-paltar yuyan maşın; ümumi dəyəri 150 manat olan bir ədəd böyük xalça, bir ədəd kiçik xalça, dəyəri 150 manat olan bir ədəd pultlu çılçıraq; dəyəri 65 manat olan bir ədəd yataq otağı üçün pərdə; ümumi dəyəri 100 manat olan bir ədəd lampa, güzgü, şamdan; ümumi dəyəri 20 manat olan iki ədəd toy albomu, ümumi dəyəri 50 manat olan şəkil üçün çərçivələr, dəyəri 45 manat olan bir dəst uşaq üçün qalın yorğan və ya onlar olmadığı təqdirdə dəyəri alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 27,53 (iyirmi yeddi manat əlli üç qəpik) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin, 2,47 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4470/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4470/2021
16.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver