Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4531/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X6katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərdə iştiraka cəlb etmənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsinə əsasən X3 müalicəsi üçün əlavə xərclərdə iştiraka görə hər ay ondan tutulan 60 manat məbləğində maddi yardımın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment və maddi yardım ödəniməsi təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsinə əsasən Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, X4 onun “dəmir defisitli anemiya” xəstəliyi ilə əlaqədar müalicə olunması üçün hər ay 60 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Həmin məbləğ onun aylıq əmək haqqından tutulmuşdur. Azərbaycan Respublikası SN-nin B.Eyvazov adına Elmi-Təhqiqat Hematologiya və Transfuziologiya İnstitutunun uşaq şöbəsinin xx.xx.2020-ci il trixli rəyində göstərilmişdir ki, X5 “İdiopatik trombositopenik purpura, xronik forma, residivli gediş və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından mütəmadi olaraq müalicə almış, aparılan müalicələr fonunda uşağın vəziyyəti yaxşılaşmış, kliniki və hematoloji göstəricilər tam bərpa olunmuş, xəstənin müalicəsi 2017-ci ildən dayandırılmış və hazırda xəstə sağlamdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, uşağın sağalmadığını, rəy verən həkimin uşağına resept yazdığını, bu xəstəliyin heç vaxt sağalmadığını, ömürlük müalicəyə ehtiyac olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-160/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnamənin surətindən görünür ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit pul məbləğində 60 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1641/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-2364/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh verilmişdir. “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ tibbi ərazi bölmələrini idarəetmə birliyinin müalicə həkimi Babayev M.S-in rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 “İdiopatik trombositopenik purpura, xronik forma, residivli gediş və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından mütəmadi olaraq müalicə almış, aparılan müalicələr fonunda uşağın vəziyyəti yaxşılaşmış, kliniki və hematoloji göstəricilər tam bərpa olunmuş, xəstənin müalicəsi 2017-ci ildən dayandırılmış və hazırda xəstə sağlamdır. Tibbi ərazi bölmələrini idarəetmə birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi”nin xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 “İdiopatik trombositopenik purpura, xroniki forma residivli və dəmir defisitli anemiya” diaqnozları ilə 2011-ci ilin iyun ayından Milli Hematologiya və Transfuziologiya Mərkəzi mütəmadi olaraq müalicə olunmuşdur. Xəstənin vəziyyətinin yaxşılaşması ilə əlaqədar immun möhkəmləndirici terapiya alaraq sağalmışdır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırma üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından olan uşaqlar ananın yanında saxlanılmış, aliment tutulması müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-160/2014 saylı, xx.xx.2014cü il tarixli qətnamənə əsasən Yardımlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X7 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment və xx.xx.2006-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı əlavə xərcə görə hər ay sabit pul məbləğində 60 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bundan sonra alimentin məbləği uşağın saxlanılması ilə bağlı hissədə bir neçə dəfə artırılmış, lakin əlavə xərcə görə tutulan məbləğ sabit qalmışdır. İddiaçı hazırda uşağa görə tutulan əlavə xərcdən azad olunmasını xahiş edir və iddiasını uşağın artıq sağalması və əlavə xərcin tutulması üçün yaranmış əsasın aradan qalxması ilə əsaslandırır. Bununla bağlı həm iddiaçı tərəfindən arayış təqdim edilmiş, həm də məhkəmə sorğusu əsasında məlumat alınmışdır. İddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hazırki tələbə məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəməkdən azad edilmə kimi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2015-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlərvə s. daxildir. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərinmiqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Yuxarıdan sadalanan normaların məzmunundan da göründüyü kimi məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləği dəyişməz deyildir. Qanunvericilik alimentin artırılması və ya azaldılmasını nəzərdə tutduğu kimi aliment ödəməkdən azad edilməni də müəyyən etmişdir. Hazırki tələbdə qeyd edilən hal aliment öhdəliklərinə xitam verilmənin əsaslarında yoxdur. Lakin Ailə Məcəlləsinin 112-ci maddəsi ilə aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmaqla aliment ödəməkdən azad edilə bilməsi imkanı nəzərdə tutulmuşdur. İşin hallarından, o cümlədən Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən görünür ki, valideynin uşağa görə əlavə xərclərə cəlb olunmasının səbəbi xx.xx.2006-cı il təvəllüdlü X2 diaqnozu olan “idiopatik trombositopenik purpura, xroniki forma, residivli gediş, dəmir defisitli anemiya” xəstəliyi ilə bağlı olmuşdur. Lakin işdə olan arayışlara əsasən o qənaətə gəlmək olar ki, uşaq sağalmışdır. Beləliklə məhkəmə o qənaətə gəlir ki, xx.xx.2006-cı il təvəllüdlü X1 sübut olunduğundan, əlavə xərclərə cəlb edilmənin əsası aradan qalxdığından İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsi ilə X3 müalicəsi ilə bağlı hər ay sabit pul məbləğində 60 manat müəyyən edilən əlavə xərcdən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsi ilə X3 müalicəsi ilə bağlı hər ay sabit pul məbləğində 60 manat müəyyən edilən əlavə xərcdən azad edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(106)-160/2014 saylı qətnaməsi ilə X3 müalicəsi ilə bağlı hər ay sabit pul məbləğində 60 manat müəyyən edilən əlavə xərcdən azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4531/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4531/2020
29.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver