Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4583/2024 14.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh, övladları 12 may 2019-cu il təvəllüdlü - X4 və 11 noyabr 2020-ci il təvəllüdlü - Vəlizadə Ömər İnqİab oğlunun 18 yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində olmaqla 470 (dörd yüz yetmiş) manat (hər uşağa 235 manat) aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2018~ci ildə faktiki nikah münasibətinə girərək ailə həyatı qurmuşlar. Faktiki nikahlarından iki övladı olmuşdur. X7 - 12 may 2019-cu il təvəllüdlü X8 - 11 noyabr 2020-c.i il təvəllüdlü. Aralarında rəsmi nikah olmadığından Cavabdeh övladlarının atası olması barədə atalıq müəyyən olunmuş və bu barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Cavabdehlə bir müddət, ailə münasibətləri qaydasında olsada, lakin sonradan ona və uşaqlarına qarşı laqeyid yanaşmağa başladı, artıq 4 aydan çoxdur ki, onları atıb valideyinlərinin yanına gedib onlarla birgə yaşamağa davam edir. Bu müddət ərzində onunla yalnız bir-iki dəfə görüşüb maddi cəhətdən müəyyən yardım göstərməklə kifayətlənib. Hazırda o, işləmir, övladları normal şəkildə saxlamağa maddi vəziyyəti kifayət etmir, ona görə də cavabdehdən aliment olaraq maddi yardım almaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı idia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdehlə aralarında rəsmi nikah olmamışdır, birgə nikahdan iki uşaqları var, onların saxlanması üçün hər uşağa 235 manat, ümumilikdə 470 manat alimet təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. 8 aya yaxındır uşaqları gəlib görmür, maraqlanmır, ünsiyyət qurmur. Razılığa gəlməkləri mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, onun tələb olunan alimenti ödəməyə maddi imkanı yoxdur. O, ofisiant işləyir və aylıq gəliri 180 manat təşkil edir. Uşaqları pulu olmadığı üçün gedib görə bilmir. Mülki iş materiallarında olan: Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2019-cu il tarixdə X6 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2020-ci il tarixdə X9 doğulmuşdur. Doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2019cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X9 Bakı şəhərində anadan olmuşlar, şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş atalığın müəyyən edilməsi şəhadətnamələrinə əsasən iş üzrə Cavabdeh Bakı şəhərində anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 atası olması işin mübahisəsiz halıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, geyimi ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdeh X3 hər ay hər uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı 28 iyun 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən başlanmalıdır. Məhkəmə həmçinin Cavabdeh hər ay 180 manat əmək haqqı aldığı üçün iddia tələbində göstərilən məbləği ödəməyə imkanı olmaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, aliment müəyyən edilərkən uşaqların mənafeyi nəzərə alınmalıdır. Cavabdehin göstərdiyi dəlillər onu, uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdikləri onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu doğulmuş uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi və yaxud minimum təminat səviyyəsindən az məbləğdə aliment ödənilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla yanaşı uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. İddiaçının təklif etdiyi məbləğ 2 uşağa görə tutulmalı olan alimentin məbləğinin Ailə Məcəlləsinin 76 və 78.2-ci maddəlrində nəzərdə tutulan meyara və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa cavab vermir. Baxmayaraq ki, cavabdehin digər qazancı və gəliri barədə işdə başqa mötəbər sübutlar yoxdur və aliment ödəyən şəxsin başqa qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyil. Buna görə də, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafelərinin üstünlüyü baxımından, onun normal, yəni qida rasionlarına uyğun qidalanması, geyimi, təhsili, istirahətinin səmərəli təşkili xərclərini, habelə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin sabit pul məbləğində hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, 470 (dörd yüz yetmiş) manat tutulması üçün Ailə Məcəlləsinin 78-ci maddəsində göstərilən əsasları mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 – ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 1000 manatdan çox (5640 manat) olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 76,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Həmçinin mediasiya xərci kimi İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli xx.xx.2024-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi kimi 76,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4583/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4583/2024
14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver