Məhkəmə qərarları › İş №2(001)-459/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-459/2025

27.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-459/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ödənilməmiş son haqq-hesabın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqının, 5 əmək məzuniyyət gününün əvəzi olaraq 111.5 manat (bir yüz on bir manat əlli qəpik) məbləğində pul vəsaitinin, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtibatına görə 50 (əlli) manat məbləğində vəkil xidmət haqqının, ümumilikdə, 6579.81 (altı min beş yüz yetmiş doqquz manat səksən bir qəpik) məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən tutularaq xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirir ki, 13 .02.2024-cü il tarixində aylıq əmək haqqı 669.71 manat (altı yüz altmış doqquz manat yetmiş bir qəpik) olmaqla cavabdeh "xxxx" MMC ilə xxxxxxx000401 saylı müddətli əmək müqaviləsi bağlamış, "dizayner" vəzifəsi üzrə çalışmağa başlamişdır. Həmin əmək müqaviləsi elektron sistemə əlavə edilmişdir. Bildirir ki, həmin müqavilə şərtlərinə əsasən, iş saatları saat 09:00-dn 18:00-a kimi müyyən olunmasina baxmayaraq, cavabdeh müstəsna hallar olmadan işlədiyi müddət ərzində onu iş vaxtından əlavə əlavə işə cəlb etmiş, fəqət buna hər hansı bir ödəniş etməmişdir. Diqqtə çatdırır ki, o, öz növbəsində öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, işinə məsuliyyətlə yanaşmışdır. Buna baxmayaraq cavabdeh onun çalışdığı müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona aylıq əmək haqqını ödəməmişdir. O, çalışdığı müddət üçün hesablanmış əmək haqqını tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələr gətirərək öz öhdəliklərini icra etməkdən yayınmışdır. Cavabdehin bu qanunsuz və hüquqazidd hərəkəti bilavasitə onun Konstitusiyon hüquqlarını pozmuşdur. Bildiyimiz kimi, əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işəgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Lakin cavabdeh bu şərti əsassız olaraq pozmuşdur. Ümumiyyətlə şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında pödəmək imkanı əldə edir. Ancaq o, bu imkandan qanunsuz və əsassız olaraq məhrum olmuşdur. Qeyd edir ki, öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə görə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhz bu səbəbdən cavabdehin qanunazidd hərəkətinə görə məsuliyyət nəzərdə tutulmalıdır. Hesab edir ki, əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi qanuna uyğundur. Buna müvafiq olaraq gecikdirilmiş əmək haqqının hesablama qaydası aşağıdakı kimidir; Gecikdirilmiş əmək haqqının hesablanması düsturu: Gecikdirilmiş əmək haqqı = əsas əmək haqqı + (əsas əmək haqqı x Gecikm faizi x gecikm günlerinin sayı/365) 1-ci ay üçün gecikdirilmiş əmək haqqı= 669.71+ (669.71x1x 37/365) 737.59 manat; 2-ci ay üçün gecikdirilmiş əmək haqqı= 669.71+ (669.7lxlx 6/365) 680.72 manat Bundan başqa, 1 günlük məzuniyyət haqqının hesablanma düsturu belədir: 1 günlük məzuniyyət haqqı = aylıq mk haqqı/ayda olan günlərin sayı. 1 günlük məzuniyyt haqqı= 669.71/30= 22.3 manat. 5 günlük məzuniyyt haqqı= 111.5 manat Cəmi: 737.59 manat + 680.72 manat+ 111.5 manat 1529.81 manat Belliklə, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi müddət ərzində gecikdirilmiş əmək haqqına və 5 günlük məzuniyyət haqqına görə o, ümumilikdə, 1529.81 manat (bir min beş yüz iyirmi doqquz manat səksən bir qəpik) məbləğində ödniş verilməsini məqsədə uyğun hesab edir. Bildirir ki, sözügedən əmək mübahisəsini cavabdehlə məhkəmədən kənar həll etməyə çalışsa da, bunun bir nəticəsi olmamış, müraciətinə laqeyd münasibət göstərilmişdir. Bu səbəbdən tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidmtinə rəsmi qaydada müraciət edilmiş və ona həmin təşkilat tərəfindən ona verilmiş cavab məktubunda əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona heç bir ödənişin edilmədiyi faktı bir daha öz təsdiqini tapmışdır. Məhz bu səbəbdən də işə götürən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa tərəfindən qeyd edilən ödəmələrin 10 gün müddətində ödənilməsi və nəticəsi barədə həmin idarəyə məlumat verilməsinə dair cavabdehə məktub ünvanlandığı da, bildirilmişdir. Bundan başqa mübahisənin məhkəmədən kənar mediasiya prosesində həll edilməsi üçün mediasiya prosesinin tətbiq edilməsi barədə tərəfindən təklif göndərilsə də, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Odur ki, yuxarıda qeyd etdiyi xüsusatları əsas götürərək, xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqının, 5 əmək məzuniyyət gününün əvəzi olaraq 111.5 manat (bir yüz on bir manat əlli qəpik) məbləğində pul vəsaitinin, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin tərtibatına görə 50 (əlli) manat məbləğində vəkil xidmət haqqının, ümumilikdə, 6579.81 (altı min beş yüz yetmiş doqquz manat səksən bir qəpik) məbləğində pul vəsaitinin cavabdeh "xxxx" MMCdən tutularaq xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi "xxxx" MMC-də çalışmışdır. Lakin ona gecikdirilmiş əmək haqqına və məzuniyyət haqqına görə pul ödənilməmişdir. İndi cavabdeh şirkət həmin ofisdə deyil, fəaliyyəti ilə bağlı da, onda məlumat yoxdur. Həmin şirkət təmir-tikinti işləri məşğul olan şirkətdir. İndiyədək ona heç bir əmək haqqı ödənilməyibdir. İddia ərizəsində göstərilən məbləği isə həm öz mühasibləri, həm də müfəttişlik tərəfindən hesablanmış məbləğdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidməti tərəfindən onun sorğusuna verilmiş cavab məktubunda da, əmək haqqı bank hesabından çıxarışa baxış zamanı ona heç bir ödənişin edilmədiyi faktı bir daha öz təsdiqini tapmışdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Əmək müqaviləsinin bağlanması ilə bağlı (sistemə daxil edilmə arixi) xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müddətli əmək müqaviləsi bağlanaraq, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iki ay) dizayner vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqısının məbləği 669.71 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar araşdırmaya tərəfinizdən müvafiüq qaydada izahat və əmək haqqı bankı hesabından çıxarış təqdim olunmuşdur. Həmçinin müraciətdə qeyd edilən məsələnin araşdırması məqsədi ilə tərəflərindən "xxxx" MMC-nin Baki şəhəroi, Ağ Şəhər Biznes Mərkəzi, 5-ci mərtəbədə yerlşən ünvanına 3-17-5/2-K-24933/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, lakin, tələb olunan sənədlər müəssisə tərəfindən təqdim olunmadığından müraciətin araşdırılması başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən əmək və əhalinin Sosial Müdafiəsinin “Əmək və Məşğulluq alt sisteminə ” baxış zamanı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli bağlanılmış əmək müqaviləsi bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış zamanı isə heç bir ödənişin olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən işə götürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin bildirilmişdir ki, "xxxx" MMC tərəfindən sənədlər Xidmətin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Eyni zamanda bildirilmişdir ki, tərəflərin "xxxx" MMCnin vəzifəli şəxsinə qeyd olunan ödəmələrin 10 gün müddətində ödənilməsi və nəticəsi barədə X2 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməyi məqsədi ilə 3-17- 5/229533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlı sahəsində aparılan yoxlamaların dayandırılması haqqıda” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan espublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından, müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. - xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı məxsus 510307*****4126 nömrəli X4 xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək məxaric və mədaxil olunmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin xx.xx.2024-cü il arixli, ********** nömrəli məşğulluq haqqında arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı işsiz kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən; İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 7.2-1-ci maddəsinə əsasən 2-1 siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 9-cu maddənin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; 9-cu maddənin “n” bəndinə əsasən iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq; 9-cu maddənin “o” bəndinə əsasən elektron informasiya sistemindən əmək müqaviləsini, habelə əmək münasibətlərinə (iş yeri, əməkhaqqı və s.) dair arayışları real vaxt rejimində əldə etmək. 43-cü maddənin “ə” bəndinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində göğstrilməlidir. 55-ci maddəsinə əsasən Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 68 əmək müqaviləsinə xitam verilməsinin əsasları;

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 131.1-ci maddəsinə əsasən İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 131.2-ci maddəsinə işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 157.5-ci maddəsinə əsasən əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk olaraq iddia tələbinin xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqının ödənilməsi hissəsinə dair məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müddətli əmək müqaviləsi bağlanaraq, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dizayner vəzifəsinə təyin edilmiş və onun aylıq əmək haqqısının məbləği 669.71 manat müəyyən edilmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidmətinə müraciət etmiş və ona qurum tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, müraciətlə əlaqədar araşdırmaya tərəfinizdən müvafiüq qaydada izahat və əmək haqqı bankı hesabından çıxarış təqdim olunmuşdur. Həmçinin müraciətdə qeyd edilən məsələnin araşdırması məqsədi ilə tərəflərindən "xxxx" MMC-nin Baki şəhəroi, Ağ Şəhər Biznes Mərkəzi, 5-ci mərtəbədə yerlşən ünvanına 3-17-5/2-K-24933/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuş, lakin, tələb olunan sənədlər müəssisə tərəfindən təqdim olunmadığından müraciətin araşdırılması başa çatdırmaq mümkün olmamışdır. Tərəflərindən əmək və əhalinin Sosial Müdafiəsinin “Əmək və Məşğulluq alt sisteminə ” baxış zamanı İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli bağlanılmış əmək müqaviləsi bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verildiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışa baxış zamanı isə heç bir ödənişin olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən işə götürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin bildirilmişdir ki, "xxxx" MMC tərəfindən sənədlər Xidmətin Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. Eyni zamanda bildirilmişdir ki, tərəflərin "xxxx" MMCnin vəzifəli şəxsinə qeyd olunan ödəmələrin 10 gün müddətində ödənilməsi və nəticəsi barədə X2 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verməyi məqsədi ilə 3-17- 5/229533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Nəzərinə çatdırılmışdır ki, “Sahibkarlı sahəsində aparılan yoxlamaların dayandırılması haqqıda” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan espublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından, müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli ödəniş kartı üzrə çıxarışla müəyyən edilmişdir ki, İddiaçı məxsus 510307*****4126 nömrəli X4 xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək məxaric və mədaxil olunmamışdır. Yuxarıda qeyd edilənlərdən bir daha müəyyən edilir ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müddətli əmək müqaviləsi üzrə İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (iki ay) ona verilməsi nəzərdə tutulan aylıq əmək haqqının ödənilməməsi işi mübahisəsiz halıdır. Həmçinin xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında X2 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində (işçiyə əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək haqqı ödənilmədiyindən) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Bununla yanaşı “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, “......Beləliklə, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 5 əmək məzuniyyət gününün əvəzi olaraq 111.5 manat (bir yüz on bir manat əlli qəpik) məbləğində pul vəsaitin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi 2 ay qüvvədə olmuşdur. Halbu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin 5 əmək məzuniyyət gününün əvəzi olaraq 111.5 manat (bir yüz on bir manat əlli qəpik) məbləğində pul vəsaitin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə həmçinin iddia tələbinin 5000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin iddia ərizəsinin tərtibatına görə 50 manat məbləğində vəkil xidmət haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən 34 saylı Vəkil Bürosunun hesabına iddia ərizəsinin tərtibatı üçün, xidmət haqqı qismində 50 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqı, eləcə də iddiaçı tərəfindən 34 saylı Vəkil Bürosunun hesabına iddia ərizəsinin tərtibatı üçün, xidmət haqqı qismində ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixindən cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xxxxxxx000401 saylı əmək müqaviləsi qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixinə kimi 1418.31 manat (bir min dörd yüz on səkkiz manat otuz bir qəpik) məbləğində gecikdirilmiş əmək haqqı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən 34 saylı Vəkil Bürosunun hesabına iddia ərizəsinin tərtibatı üçün, xidmət haqqı qismində ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar