Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4644/2020 02.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, kreditor İddiaçı borclu Cavabdeh qarşı “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor İddiaçı borclu Cavabdeh qarşı ərizə ilə müraciət edərək, xx xxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin borclu Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, kreditorla borclunun birgə nikahından xx xxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X2 doğulmuşdur. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Beləki, Azərbaycan RespublikasıMülki-ProsessualMəcəlləsinin: 275.1-cı maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi sadələşdirilmiş qaydasına yol verilir. 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. 276.2-ci və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. 279.2.2 və 279.2.3-cü maddələrinəəsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəməəmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunmalıdır ki, kreditor bir neçə aydır borcludan ayrı yaşadığını və birgə nikahdan olmuş uşaqların onun himayəsində olduğunu, borclunun onlara ümumiyyətlə maddi yardım göstərmədiyini bildirir, lakin bu halları təsdiq edən hər hansı sənəd əlavə etmir. Tərəflər arasında alimentin ödənilməsi ilə bağlı sazişin olub-olmamasının, habelə borclunun ümumiyyətlə ödəniş qabiliyyətli olub-olmamasının araşdırılmasına da zərurət var. Bu səbəbdən hesab edirəm ki, hazırki iş üzrə məhkəmə iclası keçirilmədən, əlavə sübutların mövcudluğu müəyyən edilmədən, xüsusilə də tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən alimentin tutulmasına dair tələbin tam əsaslılığı hazırda aşkar hesab edilə bilməz. Ona görə dəərizənin icraata qəbulundan imtina edilməli vəərizəonaəlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor İddiaçı borclu Cavabdeh qarşı “alimentin tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hazırki qərardad kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4644/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4644/2020
02.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver