Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4703/2020 24.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması, çatışmayan əşyaların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi, döngə 5-də olan 1 ədəd yataq dəsti (3.500 manat dəyərində 1 ədəd yataq, 2 ədəd tumba, 1 ədəd dolab, 1 ədəd komod, 1 ədəd stul və 1 ədəd döşək), 1 ədəd çil-çıraq (8 gözlü, 360 mnaat dəyərində), 2 ədəd astar üzlü pərdə (uzunluğu 10 metr, dəyəri 400 manat), geyim əşyaları (20 ədəd ayaqqabı, 10 ədəd çanta, 2 ədəd palto, 1 ədəd balonka, 1 ədəd xəz dəri (dəyəri 400 manat), 1 ədəd kurtka (dəyəri 180 manat), 3 dəst kostyum (dəyəri 250, 190, 100 manat), 4 ədəd kostyum (hər biri 50 manat), 70 ədəd gündılik geyim əşyaları və 3 qutu geyinilməmiş geyim əşyaları, kosmetik əşyalar, 1 ədəd ətir (dəyəri 350 manat), 1 ədəd ikinəfərlik döşək, 2 ədəd ikinəfərlik yorğan, 2 ədəd birnəfərlik yorğan, 4 ədəd yastıq, 2 dəst yataq örtüyü, 12 ədəd çexol, 20 ədəd dəsmal, 12 ədəd süfrə, rəfdə olan kitablar, 3 ədəd diplom, xarici pasport, sertifikatlar, 6 brilliant qaşlı qaşlı qol saatı (dəyəri 1.000 manat), 1 ədəd çemodan, 20 ədəd paltar asılqanı, ağ rəngli Asus noutbuk (dəyəri 999 manat) olan əşyaların çıxarılması və çatışmayan əşyaların dəyərinin kompensasiya ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 151.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, hazırki mübahisənin predmeti olan əşyaların Sabunçu rayonunda yerləşən fərdi yaşayış evində olduğunu, iddiaçının həmin əşyaların cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsini tələb etməsini nəzərə alıb belə qənaətə gəlirəm ki, hazırki mülki iş müstəsna aidiyyat baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bılməz. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması və çatışmayan əşyaların dəyərinin kompensasiya ilə əvəz edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması, çatışmayan əşyaların dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4703/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4703/2020
24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver