Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4805/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə ilkin və Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2008-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 19 may 2006-cı il tarixdə ailə qurmuşdur. Həmin nikahdan 14 fevral 2007-ci il təvəllüdlü X7 və 13 iyul 2008-ci il təvəllüdlü X8 doğulmuşdur. Övladları olan X7 atası Cavabdeh ilə yaşayır, qızı X8 isə onun yanında yaşayır. İlk vaxtlar cavabdehlə mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Faktiki olaraq cavabdehlə xasiyyətləri uyğun gəlmir. Onlar çoxdan ayrılmışlar. Cavabdeh birgə nikahdan olan qızlarının saxlanması üçün hər hansı məbləğdə aliment ödəmir. O, heç bir yerdə işləmir, ona görə də uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh isə rəsmi qaydada işləməsə də, sabit əmək haqqı almasa da fərdi qaydada əmək fəailiyyəti ilə məşğuldur və gəlirləri yaxşı olmaqla, maddi vəziyyəti normaldır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra isə Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə faktiki nikahlarından doğulmuş 14 fevral 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay (minimum məbləğdən az olmayan) sabit pul məbləğində 175 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 19 may 2006-cı il tarixdə faktiki ailə quraraq təxminən 11 ay bundan əvvələ qədər (cavabdeh evdən çıxıb gedənədək) birlikdə yaşamışlar. Faktiki nikahlarından 14 fevral 2007-ci il təvəllüdlü X7 və 13 iyul 2008-ci il təvəllüdlü X8 doğulmuşdur. O, təxminən 2020-ci ilin iyun-iyul aylarında axşam işdən qayıdarkən cavabdehin özbaşına evdə olan əşyalarını da yığıb qızları Aysunu da götürürək getdiyinin, oğlu Rəvanın isə evdə tək qaldığının şahidi olmuşdur. Həmin vaxt cavabdehlə əlaqə saxlamaq istəsə də onun zənglərinə cavab verməmiş, onun zəngini əngəlləmişdir. Səhəri gün o və yaxın qohumları (böyük bacı və qardaşları) cavabdehin xalasıgildə olduğunu öyrənərək, onunla orda görüşmüşdür. Getməyinin səbəbini soruşan zaman cavabdeh bildirmişdir ki, onunla yaşamaq istəmir. Həmin vaxtdan onlar ayrı yaşayırlar. Qarşılıqlı razılıqları (uşaqların da istəyi ilə) əsasında qızları anasında, oğulları isə onunla birlikdə yaşayır. Cavabdeh özü könüllü olaraq yaşadıqları evi tərk edib getdikdən sonra oğlu onunla birlikdə yaşamağa davam edir. Onun bütün qayğısı və problemləri ilə o, məşğul olur. Qızları Aysu isə cavabdehlə yaşayır. Bütün yuxarıda sadaladıqlarına baxmayaraq o, bu müddət ərzində dəfələrlə Aysu ilə görüşmək, ona qayğı göstərmək, hətta “whats app” proqramı vasitəsi ilə yazışmaq istəsədə cavabdeh imkan verməmişdir. Oğulları Rəvan onunla, qızları cavabdehlə qaldığından hesab edir ki, oğulları Rəvanın yetkinlik yaşına çatanadək cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Bundan başqa, əgər cavabdeh qızları Aysunu saxlaya bilmirsə, o, qızını da saxlamağa onun qayğısına qalmağa hazırdır. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, qarşı tərəfin yanında qalan oğluna baxılmasında köməklik göstərsə də, lakin qarşı tərəf onun yanında qalan qızlarının saxlanması üçün hər hansı köməklik göstərmir. Halbuki, cavabdehin rəsmi iş yeri olmamasına baxmayaraq o, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olur və gəliri yüksəkdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, qarşı tərəflə arasında olan razılığa görə uşaqlardan biri onun yanında, digəri isə atasının yanında saxlanılmışdır. O, hazırda işsizdir. Ona görə də ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, qarşı tərəflə belə razılaşmışdır ki, hər biri öz yanında qalan uşağı saxlasın. Lakin, qarşı tərəf onun hazırda işsiz olduğunu bilə-bilə məhkəməyə müraciət edərək, ondan aliment tələb edir. Ona görə o, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddialar əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 120857 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 179416 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 13 iyul 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 163596 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 14 fevral 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə ilkin və qarşılıqlı iddialarla bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühitdə yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin faktiki nikah münasibətlərindən 14 fevral 2007-ci il təvəllüdlü X7 və 13 iyul 2008ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin münasibətləri pozulduqdan sonra aralarında uşaqların yaşayış yerinin müəyyən edilməsi barədə razılıq əldə edilmiş və onlar, faktiki nikahlarından olan qızlarının anası İddiaçı ilə yaşaması, oğullarının isə atası Cavabdeh ilə yaşaması barədə razılığa gəlmişlər. Hazırda isə tərəflərin hər biri öz yanında yaşayan uşağın saxlanılması üçün digər tərəfdən alimentin tutulmasını xahiş edir. Göründüyü kimi, tərəflərin iki uşaqları var, onlardan biri ananın, digəri isə atanın yanında qalır və nə qədər ki, uşaqların biri ananın yanında, digəri isə atanın yanında saxlanılır, onların bir-birinə qarşı himayələrində olan uşaqları saxlamaq öhdəliyi var. Belə olan halda, məhkəmə uşaqların yaş həddini, onların saxlanması ilə bağlı gündəlik qayğıların hər iki tərəfin üzərinə eyni həcmdə düşməsini, tərəflərin maddi vəziyyətini, daimi iş yerlərinin olmaması hallarını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, bir uşağa görə atadan aliment tutulub anaya verilməsinə, digər uşağa görə isə anadan aliment tutularaq ataya verilməsinə zərurət yoxdur. Belə ki, məhkəmənin qənaətinə görə, tərəflərin bir-birinə aliment ödəmək öhdəliyi maddi vəziyyətləri ilə əlaqədar təqribən barəbər olduğu üçün qarşılıqlı tələblər əvəzləşdirilməli və tərəflərin aliment tələbi ilə bağlı ilkin və qarşılıqlı iddiaları təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və gəlirinin yüksək olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə ilkin iddiası təmin edilməsin. Cavabdeh İddiaçı qarşı “aliment” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4805/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4805/2021
14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver