Məhkəmə qərarları › İş №2(001)-4823/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4823/2021

29.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4823/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X8, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 4.700 manat dəyərində 1 ədəd yataq mebel dəstinin və 1 ədəd qonaq otağı mebel dəstinin, 800 manat dəyərində yumşaq mebel dəstinin,80 manat dəyərində 2 ədəd çarpayının, 100 manat dəyərində 1 ədəd çilçıraqğın, 500 manat dəyərində lədəd stol - stul dəstinin, 100 manat dəyərində 1 ədədtelevizor altının, 120 manat dəyərində 1 ədəd tozsoranın, 200 manat dəyərində lədədpaltar asılqanının, 90 manat dəyərində 1 ədəd jurnal stolunun, 200 manat dəyərində 2ədəd xalçanın, 1ədədxrustal gecə lampasının, 500 manat dəyərində 1 ədəd soyuducunun, 180 manat dəyərində 2 ədəd yataq örtüyü dəstinin, 500 manat dəyərində 1 ədədpərdənin, 500 manat dəyərində 1 ədədkarnizin, 200 manat dəyərində 5 dəstdöşəyin, 100 manat dəyərində 5 dəstdöşəyin, 90 manat dəyərində 6 ədədyastığın, 60 manat dəyərində 2 ədəd 2 nəfərlik yorğanın, 80 manat dəyərində 20 metr uzunluğunda parçanın (yorğan üzü üçün), 80 manat dəyərində 20 metr uzunluğunda parçanın (yataq ağı üçün), 100 manat dəyərində 4 ədəd yorğan üzü dəstinin, 300 manat dəyərində 12 ədəd süfrənin, 60 manat dəyərində 2 ədəd mətbəx dəstinin, 250 manat dəyərində 26 ədədəl-üz dəsmalının, 50 manat dəyərində 12 ədədsalfet dəstinin, 80 manat dəyərində 6 ədəd yataq ağının, 66 manat dəyərində 12 ədəd çay dəsmalının, 40 manat dəyərində 4 ədəd yastıq üzünün, 25 manat dəyərində lədəd çaydanın, 15 manat dəyərində 1 ədədçaynikin, 1 ədəd elektrik samovarının, 150 manat dəyərində 1ədəd DVD-playerin, 80 manat dəyərində 1 ədəd çay servisi dəstinin, 65 manat dəyərində 3 ədədli podnos dəstinin, 50 manat dəyərində 2 ədəd saatın, 70 manat dəyərində 1 ədəd şirəçəkənin, 100 manat dəyərində 1 ədəd xrustal kül qabının, 50 manat dəyərində 1 ədədütünün,30 manat dəyərində 1 ədəd bıçaq dəstinin, 60 manat dəyərində 1 ədəd qazan dəstinin, 70 manat dəyərində 3 ədəd qaşıq dəstinin, 25 manat dəyərində 1 ədəd tort qabının, 50 manat dəyərində digər xırdavat əşyalarının və ya həmin əşyaların ümumi dəyərini təşkil edən 10.976 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3714/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu, Yeni yaşayış massivi, döngə 1 ünvanında yerləşən evdə olan və İddiaçı məxsus olan 4.700 (dörd min yeddi yüz) manat dəyərində 1 ədəd yataq mebel dəsti və 1 ədəd qonaq otağı mebel dəsti, 800 (səkkiz yüz) manat dəyərində yumşaq mebel dəsti,80 (səksən) manat dəyərində 2 ədəd çarpayı, 100 (bir yüz) manat dəyərində 1 ədəd çilçıraq, 500 (beş yüz) manat dəyərində lədəd stol - stul dəsti, 100 (bir yüz) manat dəyərində 1 ədədtelevizor altı, 120 (bir yüz iyirmi) manat dəyərində 1 ədəd tozsoran, 200 (iki yüz) manat dəyərində lədədpaltar asılqanı, 90 (doxsan) manat dəyərində 1 ədəd jurnal stolu, 200 (iki yüz) manat dəyərində 2ədəd xalça, 1ədədxrustal gecə lampası, 500 (beş yüz) manat dəyərində 1 ədəd soyuducu, 180 (bir yüz səksən) manat dəyərində 2 ədəd yataq örtüyü dəsti, 500 (beş yüz) manat dəyərində 1 ədədpərdə, 500 (beş yüz) manat dəyərində 1 ədədkarniz, 200 (iki yüz) manat dəyərində 5 dəstdöşək, 100 (bir yüz) manat dəyərində 5 dəstdöşək, 90 (doxsan) manat dəyərində 6 ədədyastıq, 60 (altmış) manat dəyərində 2 ədəd 2 nəfərlik yorğan, 80 (səksən) manat dəyərində 20 metr uzunluğunda parça (yorğan üzü üçün), 80 (səksən) manat dəyərində 20 metr uzunluğunda parça (yataq ağı üçün), 100 (bir yüz) manat dəyərində 4 ədəd yorğan üzü dəsti, 300 (üç yüz) manat dəyərində 12 ədəd süfrə, 60 (altmış) manat dəyərində 2 ədəd mətbəx dəsti, 250 (iki yüz əlli) manat dəyərində 26 ədədəl-üz dəsmalı, 50 (əlli) manat dəyərində 12 ədədsalfet dəsti, 80 (səksən) manat dəyərində 6 ədəd yataq ağı, 66 (altmış altı) manat dəyərində 12 ədəd çay dəsmalı, 40 (qırx) manat dəyərində 4 ədəd yastıq üzü, 25 (iyirmi beş) manat dəyərində lədəd çaydan, 15 (on beş) manat dəyərində 1 ədədçaynik, 1 ədəd elektrik samovarı, 150 (bir yüz əlli) manat dəyərində 1ədəd DVD-player, 80 (səksən) manat dəyərində 1 ədəd çay servisi dəsti, 65 (altmış beş) manat dəyərində 3 ədədli podnos dəsti, 50 (əlli) manat dəyərində 2 ədəd saat, 70 (yetmiş) manat dəyərində 1 ədəd şirəçəkən, 100 (bir yüz) manat dəyərində 1 ədəd xrustal kül qabı, 50 (əlli) manat dəyərində 1 ədədütü,30 (otuz) manat dəyərində 1 ədəd bıçaq dəsti, 60 (altmış) manat dəyərində 1 ədəd qazan dəsti, 70 (yetmiş) manat dəyərində 3 ədəd qaşıq dəsti, 25 (iyirmi beş) manat dəyərində 1 ədəd tort qabı, 50 (əlli) manat dəyərində digər xırdavat əşyaları, bu əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, onun dəyərini təşkil edən 10.976 (on min doqquz yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, rəsmi qeydiyatda olduğu evi xeyli müddətdir alqı-satqı qaydasında başqa bir şəxsə satılmışdır. Bu səbəbdən məhkəmə bildirişlərinin həmin ünvana gəlib gəlməməsi barədə xəbəri olmamışdır. İcra şöbəsi tərəfindən ona icra bildirişi gəldiyi zaman belə bir iddianın olduğundan xəbər tutmuş və məhkəməyə gələrək qətnaməni qəbul etmişdir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmənin qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3714/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3714/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırki iş üzrə qiyabi qətnamə çıxarıldıqdan sonra qarşı tərəflə əldə edilmiş razılığa əsasən ona məxsus olan və cavabdehin evində saxlanılan əşyaların əksəriyyətini götürmüşdür. Lakin iddia üzrə tələb edilən bir sıra əşyalar, o cümlədən 4.700 manat dəyərində 1 ədəd yataq mebel dəsti və 1 ədəd qonaq otağı mebel dəsti, 800 manat dəyərində yumşaq mebel dəsti, 500 manat dəyərində 1 ədəd stol - stul dəsti, 100 manat dəyərində 1 ədəd televizor altı, 120 manat dəyərində 1 ədəd tozsoran, 200 manat dəyərində 1 ədəd paltar asılqanı, 90 manat dəyərində 1 ədəd jurnal stolu, 500 manat dəyərində 1 ədəd soyuducu, 500 manat dəyərində 1 ədəd karniz, 1 ədəd elektrik samovarı, 100 manat dəyərində 1 ədəd xrustal kül qabı və 50 manat dəyərində 1 ədəd ütü ona bugünədək qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və həmin əşyaların və ya onların ümumi dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 05 may 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurlarının və hal şahidlərinin iştirakı ilə iddiaçıya məxsus olan əşyaların yerləşdiyi evə baxış keçirilmiş və həmin vaxt tərtib edilmiş aktda 4.700 manat dəyərində 1 ədəd yataq mebel dəstinin və 1 ədəd qonaq otağı mebel dəstinin, 800 manat dəyərində yumşaq mebel dəstinin, 500 manat dəyərində 1 ədəd stol - stul dəstinin, 100 manat dəyərində 1 ədəd televizor altının, 120 manat dəyərində 1 ədəd tozsoranın, 200 manat dəyərində 1 ədəd paltar asılqanın, 90 manat dəyərində 1 ədəd jurnal stolunun, 500 manat dəyərində 1 ədəd soyuducunun, 50 manat dəyərində 1 ədəd elektrik samovarının və 50 manat dəyərində 1 ədəd ütünün olmadığı qeyd edilmişdir. Digər tərəfdən iddia üzrə əşyaların qiyməti də həddindən artıq yüksək göstərilmişdir. Halbuki, iddiaçının bu iddiadan əvvəl öz xətti ilə yazdığı qiymətlər mövcuddur, həmin əşyalar da iddiaçının özü tərəfindən aparılmış və ya satılmışdır. Belə ki, onun tərəfindən tərtib edilmiş əlyazma da nəzərə alınmaqla 1 ədəd şfanerin qiyməti 100 manat, 2 ədəd tumboçkanın qiyməti 40 manat, 1 ədəd 2 nəfərlik taxtın qiyməti 150 manat, 1 ədəd Qorkanın qiyməti 100 manat, 1 ədəd tozsoranın qiyməti 120 manat, 1 ədəd soyuducunun qiyməti 250 manat, 1 ədəd elektrik samovarın qiyməti 50 manat, 1 ədəd ütünün qiyməti 50 manat olmuş və bu əşyaları iddiaçı özü ilə aparmışdır. 1 ədəd termonun qiyməti 60 manat olmuş və iddiaçı həmin əşyanı Ofelya adlı şəxsə satmışdır. 1 ədəd stolun qiyməti 80 manat, 6 ədəd stulun hər birinin qiyməti 15 manat, 1 ədəd jurnal stolunun qiyməti 50 manat, 1 ədəd televizor altının qiyməti 100 manat, 1 ədəd paltar asılqanının qiyməti 200 manat olmuş və bu əşyaları iddiaçı Fikrət adlı şəxsin mağazasına yerləşdirməklə satmışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianı rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, sifariş əsasında müxtəlif şəxslərə məxsus əşyaların müxtəlif ünvanlara daşınması ilə məşğul olur. Belə bir sifariş əsasında iddiaçıya məxsus əşyaların da daşınmasını həyata keçirmiş və sifarişə uyğun olaraq Binə qəsəbəsi, Südçülük Sovxozu adlanan yerdə yerləşən evdən soyuducu, paltaryuyan və digər əşyaları iddiaçının göstərdiyi Zığ qəsəbəsində yerləşən evə daşımışdır. Digər sifariş əsasında isə Alatava adlanan yerdən 1 ədəd dolab, uşaq paltarları və digər əşyaları yenə də Zığ qəsəbəsində yerləşən həmin evə aparmışdır. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının eltisidir. Onlar iki qardaşın arvadları olmuşlar. İddiaçının xahişi ilə iddiaçıya məxsus olan və cavabdehin yaşadığı ünvanda yerləşən taxtın sökülməsinə ona köməklik etmişdir. Onlar taxtı sökəndən sonra iddiaçı taxtı özü ilə həmin evdən aparmışdır. Məhkəmə tərəflərin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra iddiaçı özünə məxsus əşyaları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu, Yeni yaşayış massivi, döngə 1 ünvanında yerləşən evə köçmüş və cavabdehlə birlikdə həmin mənzildə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, vaxtı ilə iddiaçı ilə bir yerdə yaşadığı və birgə təsərrüfat apardığı evdə artıq yaşamadığını, lakin ona məxsus olan əşyaların həmin evdə, cavabdehin istifadə və sahibliyində qaldığını iddia etmiş və həmin əşyaların qaytarılmasını, onlar olmadıqda isə onların dəyərinin cavabdehdən tutulmasını tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3714/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş və iddia üzrə göstərilən əşyaların cavabdehə qaytarılması, onlar olmadıqda isə həmin əşyaları dəyərinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh ərizəsinə əsasən qeyd edilən qiyabi qətnamə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3714/2021 saylı, 25 may 2021-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Hazırda iddiaçı qiyabi qətnamə çıxarıldıqdan sonra qarşı tərəflə əldə edilmiş razılığa əsasən ona məxsus olan və cavabdehin evində saxlanılan əşyaların əksəriyyətini götürdüyünü, lakin iddia üzrə tələb edilən bir sıra əşyaların, o cümlədən 4.700 manat dəyərində 1 ədəd yataq mebel dəstinin və 1 ədəd qonaq otağı mebel dəstinin, 800 manat dəyərində yumşaq mebel dəstinin, 500 manat dəyərində 1 ədəd stol - stul dəstinin, 100 manat dəyərində 1 ədəd televizor altının, 120 manat dəyərində 1 ədəd tozsoranın, 200 manat dəyərində 1 ədəd paltar asılqanının, 90 manat dəyərində 1 ədəd jurnal stolunun, 500 manat dəyərində 1 ədəd soyuducunun, 500 manat dəyərində 1 ədəd karnizin, 1 ədəd elektrik samovarın, 100 manat dəyərində 1 ədəd xrustal kül qabının və 50 manat dəyərində 1 ədəd ütünün ona bugünədək qaytarılmadığını bildirir və həmin əşyaların və ya onların ümumi dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçıya məxsus olan əşyaların ona təhvil verildiyini, hazırda iddiaçının tələb etdiyi əşyaların həm qiymətinin həddindən artıq yüksək göstərildiyini, həm də onların iddiaçı tərəfindən götürüldüyünü və ya satıldığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iddia üzrə tələb edilən bir sıra əşyaların qiymətini əks etdirən qırmızı qələmlə yazılmış əlyazmanın (bu əlyazmada olan bir sıra əşyaların qiyməti iddia üzrə göstərilən qiymətlərdən daha aşağıdır) onun tərəfindən yazılmadığını bildirmir, əlyazmanı ona məxsus olduğunu etiraf edir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmurları və tərəflərin iştirakı ilə 05 may 2021-ci il tarixdə tərtib edilmiş akta əsasən 4.700 manat dəyərində 1 ədəd yataq mebel dəsti və 1 ədəd qonaq otağı mebel dəsti, 800 manat dəyərində yumşaq mebel dəsti, 500 manat dəyərində 1 ədəd stol - stul dəsti, 100 manat dəyərində 1 ədəd televizor altı, 120 manat dəyərində 1 ədəd tozsoran, 200 manat dəyərində 1 ədəd paltar asılqan, 90 manat dəyərində 1 ədəd jurnal stolu, 500 manat dəyərində 1 ədəd soyuducu, 50 manat dəyərində 1 ədəd elektrik samovarı və 50 manat dəyərində 1 ədəd ütü istisna olmaqla cavabdehin evində saxlanılan və iddiaçıya məxsus olan bütün əşyalar iddiaçıya təhvil verildi. Məhkəmə iclasında ifadəsi alınmış şahid X1 qəsəbəsi, Südçülük Sovxozu adlanan yerdə yerləşən evdən soyuducu, paltaryuyan və digər əşyaları iddiaçının göstərdiyi Zığ qəsəbəsində yerləşən evə daşıdığını, şahid X3 isə iddiaçının xahişi ilə iddiaçıya məxsus olan və cavabdehin yaşadığı ünvanda yerləşən taxtın sökülməsinə ona köməklik etdiyini, taxt söküləndən sonra iddiaçının taxtı özü ilə həmin evdən apardığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı ardıcıllıqla iddiada göstərilən əşyaların ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu (özü ilə birlikdə cavabdehlərin evinə gətirdiyini və ya öz vəsaiti hesabına aldığını), sonra isə bu əşyaların hazırda cavabdehlərin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli idi. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, ötən dövrdə iddia üzrə tələb edilən əşyaların əksəriyyəti cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Hazırda iddiada göstərilən, lakin iddiaçıya təhvil verilməyən bir sıra digər əşyaların da mövcudluğu və onların iddiaçıya məxsus olması mübahisə doğurmur. Belə ki, cavabdeh bu halı özü də etiraf edir. Lakin bu əşyaların iddiaçı tərəfindən aparıldığını və ya satıldığını vurğulayır. Şahidlər də öz ifadələrində iddia üzrə hazırda tələb edilən bir neçə əşyanın iddiaçı tərəfindən aparıldığını göstərirlər. İddiaçı isə tələbinə uyğun olaraq bu əşyaların hazırda cavabdehdə olduğunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İddia üzrə hazırda tələb edilən 1 ədəd 500 manat dəyərində karnizin və 1 ədəd 100 manat dəyərində xrustal kül qabının olmaması barədə isə 21 may 2021-ci il tarixli aktda hər hansı məlumat yoxdur. Bu iki əşyanın ümumiyyətlə mövcud olması barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Bununla belə, iddiaçı tərəfindən hazırda ona qaytarılmadığı iddia edilən əşyaların cavabdehdə olması hüquqi nəticə etibarı ilə öz təsdiqini tapmır. Bu da öz növbəsində iddianın əsassız olmasına dəlalət etməklə onun rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar