Məhkəmə qərarları › İş №2(001)-4977/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4977/2024

23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4977/2024 23.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı və xx.xx.2013-cü il təvəllüdlü İddiaçı Elşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 fevral 2008-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 27 iyul 2009-cu il tarixdə Musayeva Rövşanə Elşən qızı, 28 iyun 2013-cü il tarixdə X4 dünyaya gəlmişlər. Tovuz Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş 27 iyul 2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı və 28 iyun 2013-cü il təvəllüdlü İddiaçı Elşən qızının onun yanında saxlanılması qət edilmişdir. Nikahları pozulduqdan sonra 2024-cü ilin yanvar ayınadək biryerdə, sonradan isə ayrı yaşamışlar. Qeyd edir ki, övladlarının hər ikisi anadangəlmə xəstəlikdən əziyyət çəkdiklərindən və hər ikisində də hərəkət məhdudluğu olduğundan xüsusi qayğıya və daimi müalicə və müayinələrə ehtiyacları vardır. Belə ki, 27 iyul 2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı sağlamlıq imkanları məhdud uşaq kateqoriyasına aid olmaqla “Uşaq serebral iflici tetroporetik forma Mikrosefaliya albinism görmə və gözün hərəki dezadapatasiya sindromları Anadangəlmə nistaqm” xəstəliyindən, 28 iyun 2013-cü il təvəllüdlü İddiaçı Elşən qızı isə "Psixo fiziki inkişaf geriliyi, fenilketonuriya anadangəlmə xəstəliyindən əziyyət çəkirlər. Ayrı yaşadıqları gündən övladları Rövşanə və Lalə onunla birlikdə yaşayırlar, uşaqların maddi və mənəvi tələbatları da onun tərəfindən ödənilir. Anadangəlmə xəstə olan uşaqlara qulluq etdiyinə görə işləyə bilmədiyindən uşaqların saxlanılması, eyni zamanda müayinə və müalicələri, dərman preparatlarının alınması üçün tələb olunan maddi vəsaitin ödənilməsində çətinliklər yaranır. Cavabdeh isə ayrıldıqları gündən uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsindən yayınmışdır. Eyni zamanda Bakı 13 saylı Mediasiya təşkilatının İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 15 iyul 2024-cü il tarixli, MŞB/13/2024-00931 nömrəli Arayışından görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Beləliklə hesab edir ki, 27 iyul 2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı və 28 iyun 2013-cü il təvəllüdlü İddiaçı Elşən qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 2024-cü ildə hər ay hər uşaq üçün müəyyən edilmiş 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında onun xeyrinə tutulmalıdır. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər uşağa 150 manat, cəmi 300 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zaman cavabdeh iddianı qəbul edərək bildirdi ki, 300 manat məbləğində alimenti iddiaçıya ödəməyə razıdır. O, bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 469743 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızının atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, Musayeva Rövşanə Elşən qızına uşaq serebral iflici tetroporetik forma Mikrosefaliya albinism görmə və gözün hərəki dezadaptasiya sindromları Anadangəlmə nistaqm diaqnozları qoyulmuşdur. AZ-İİİ seriyalı 139994 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin çıxarışının surətindən görünür ki, X3 Fenilketonuriya diaqnozu qoyulmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-2649/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 107 sayla qeydə alınmış nikah qeydinin pozulması, nikahın pozulması zamanı Cavabdeh 15 manat dövlət rüsumunun alınması, İddiaçı bu rüsumdan azad edilməsi, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş Rövşanə və xx.xx.2013-cü il tarixdə doğulmuş Jalı adlı uşaqların İddiaçı yanında saxlanılmaları qət edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsində məsləhətçi vəzifəsində işləyir, aylıq əmək haqqısı 445 manat təşkil edir. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)- 2649/2018 saylı qətnaməsi ilə tərəflərin arasında olan nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızı və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızının və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulmasını xahiş edir. Hazırki halda xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızının və xx.xx.2013-cü il təvəllüdlü X2 yaşlarını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını, həmçinin cavabdeh tərəfin razılğını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızının və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Musayeva Rövşanə Elşən qızının və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 56 (əlli aktı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar