Məhkəmə qərarları › İş №2(001)-498/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-498/2025

13.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-498/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: cehiz əmlakları, birgə nikah dövründə əldə edilmiş əmlak) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı və nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili Vəkil1 Cavabdeh, Cavabdehin nümayəndəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarının – yataq mebel (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti – 4000 manat; 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı – 1500 manat; 2 mərtəbəli dəmir çarpayı – 200 manat; 1 ədəd soyuducu Toshiba – 2000 manat; 1 ədəd paltaryuyan Samsung – 2500 manat; 1 ədəd televizor Samsung – 2500 manat; 1 ədəd televizor– 1500 manat; 1 ədəd kompyuter Toshiba – 1000 manat; 1 ədəd elektrik sobası (duxovka) – 300 manat; 1 ədəd divan – 2000 manat; 1 ədəd mətbəx stolu və 4 stulu – 500 manat; 1 stol (yazı stolu) 200 manat; 3 ədəd çilçıraq – 500 manat; 1 ədəd xalça (4x5) – 700 manat; 1 ədəd yeni Təbriz xalçası – 500 manat; 1 ədəd qırmızı çarpayı – 200 manat; 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf) – 2000 manat; 1 ədəd 12 lampalı çilçıraq – 200 manat; 1 ədəd böyük taxt döşəyi – 100 manat; 2 ədəd tək döşək – 100 manat; 4 ədəd yorğan – 200 manat; 6 ədəd yastıq – 150 manat; 1 ədəd termos – 20 manat; 3 ədəd yemək servis dəsti – 500 manat; 4 ədəd çaynı servis dəsti – 450 manat; 4 ədəd kofeynı servis – 300 manat; 1 ədəd dəmir bak – 30 manat; 3 ədəd plastik vanna – 50 manat və aşsüzənlər (dəmir, plastik) – 60 manat Cavabdeh alınaraq ona qaytarılması, dəyəri göstərilmiş cehiz əşyaları olmadığı təqdirdə dəyərini təşkil edən 24260 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarının yataq mebel (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti – 4000 manat; 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı – 1500 manat; 2 mərtəbəli dəmir çarpayı – 200 manat; 1 ədəd soyuducu Toshiba – 2000 manat; 1 ədəd paltaryuyan Samsung – 2500 manat; 1 ədəd televizor Samsung – 2500 manat; 1 ədəd televizor– 1500 manat; 1 ədəd kompyuter Toshiba – 1000 manat; 1 ədəd kompyuter Acer Etensa – 1351 manat; 1 ədəd elektrik sobası (duxovka) – 300 manat; 1 ədəd divan – 2000 manat; 1 ədəd mətbəx stolu və 4 stulu – 500 manat; 1 stol (pismennı) 200 manat; 3 ədəd çilçıraq – 500 manat; 1 ədəd xalça (4x5) – 700 manat; 1 ədəd yeni Təbriz xalçası – 500 manat; 1 ədəd qırmızı çarpayı – 200 manat; 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf) – 2000 manat; 1 ədəd 12 lampalı çilçıraq – 200 manat; 1 ədəd böyük taxt döşəyi – 100 manat; 2 ədəd tək döşək – 100 manat; 4 ədəd yorğan – 200 manat; 6 ədəd yastıq – 150 manat; 1 ədəd termos – 20 manat; 3 ədəd yemək servis dəsti – 500 manat; 4 ədəd çaynı servis dəsti – 450 manat; 4 ədəd kofeynı servis – 300 manat; 1 ədəd dəmir bak – 30 manat; 3 ədəd plastik vanna – 50 manat və aşsüzənlər (dəmir, plastik) – 60 manat Cavabdeh alınaraq ona qaytarılması, dəyəri göstərilmiş cehiz əşyaları olmadığı təqdirdə dəyərini təşkil edən 25611 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2008-ci il təvəllüdlü X3 ve xx.xx.2011-cü il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-351/2021 saylı iş üzrə xx.xx.2021-ci tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı cavabdehlə nikaha daxil olarkən ailəsi tərəfindən cehiz əşyaları hədiyyə olaraq ona verilmişdir. Lakin onlar ayrılsalar da, cavabdeh tərəfindən cehiz əşyaları ona qaytarılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində sadaladığı cehiz əşyaları, olmadığı təqdirdə isə dəyəri cavabdehdən alınaraq ona qaytarılmalıdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və izahatına əlavə olaraq bildirmişdir ki, cavabdehlə ailə quran zaman kirayə 1 otaqlı mənzildə yaşamağa başlamış, bu səbəbdən həmin vaxt cehiz əşyalarını tam apara bilməmişdir. Daha sonra özlərinə ev aldıqdan sonra sadalanan əşyaları ailə üzvləri ona cehiz əmlak kimi alaraq hədiyyə etmişlər. Onun qardaşı tərəfindən öz oğluna notbook kreditə götürülsə də, cavabdeh həmin notbook uşağa verməkdən imtina etmişdir. Nikah pozulan zaman evdən çıxarkən yalnız özünə və uşaqlarına aid geyim və şəxsi əşyaları götürmüş, həmçinin video çəkiliş aparmışdır. Evin açarları əvvəl özündə olmuş, lazım olduqda şəxsi əşyasını almaq üçün evə gəlmiş, evdən gedən zaman video çəkiliş etmişdir. Bu zaman məqsədi həm əşyalarla bağlı, həm də cavabdehin şərxətasından qorunmaq olmuşdur. Məhkəməyə təqdim edilmiş video çəkilişdə Acer markalı notbook görülür, həmin çəkilişdən sonra bir dəfə də evə qayıtmışdır. Ümumiyyətlə bir il yarım həmin evə gedib-gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 verdiyi izahatında bildirdi ki, iddianı müdafiə edir, iddiaçı münaqişə nəticəsində evi tərk edən zaman evi video görüntüsünü çəkib çıxmışdır. Onda da evdə nə qalmışdırsa çəkmişdir. Daha sonra bir il yarım həmin evə gedib-gəlmişdir. Cavabdeh sonra qapının açarını dəyişmiş və iddiaçı həmin evə gedib-gələ bilməmişdir. Aktda göstərilən əşyalar həmin evin zirzəmisində yerləşir, bu da gələcəkdə həmin əşyaların yararsız hala düşməsinə səbəb olacaqdır. Əlavə olaraqda bildirir ki, bəzi əşyalar isə aktda göstərilməmişdir. Bu səbəbdən həmin əşyaların dəyərini cavabdehdən tutulmasını tələb edir. 2500 manat dəyərində olan televizor, 1 ədəd Toshiba kompyuter, 1 ədəd Acer markalı kompyuter, 300 manat dəyəri olan elektrik sobası, 500 manat dəyəri olan 3 ədəd servis, 450 manat dəyəri olan 4 ədəd çay servis və 400 manat dəyəri olan 4 ədəd kofe servisi yoxdur. Acer kompyuter tələb edir, notebook iddiaçının oğlunun istifadəsi iddiaçının bacısının yoldaşı almışdır. Video görüntü vardır. İddfiaçı hazırda olmayan əşyaların pulunu tələb edir. Əşyaların qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndirici cəlb edilsə də, iddiaçının maddi imkanı yoxdur. Cavabdeh qiymətləndirməni özü həyata keçirməlidir, belə ki, etirazında əmlakların dəyərini tələb edir. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və məhkəməyə ünvanladığı yazılı etirazında bildirmişdir ki, iddiaçı çəkilişi edib qabları aparmış, sonra yenidən gəlib yenidən çəkilişlər etmişdir. Onların evi balaca bir evdir. İddiaçının dediyi əşyaların hamısı həmin evə yerləşməzdi. Hal-hazırda həmin evdə hnası cehiz əşyası varsa gəlib götürməyinə etiraz etmir. Əlavə olaraq da bildirir ki, iddiaçı bəzi əşyaları – servis əşyalarını ucuz dəyərə xadiməyə özü vermişdir. Paltar yuyanı, televizoru və toshiba soyuducunu o almışdır, qalan əşyaları götürə bilər. Sözü gedən notebookdan məlumatı yoxdur. Onun istifadəsində olan kompyuter var idi, o da yararsız olduğu üçün atmışdır. Toshiba markalı kompyuterin hazırda hər hansı bir sənədi yoxdur. Astarada göstərilən bütün əşyaları da götürülməsinə etiraz etmir. Xanımın məhkəməyə təqdim etdiyi siyahıda yataq mebeli iddiaçıya məxsusdur, onu apara bilər. Dolab ona məxsusdur, amma uşaq yazı stolunu apara bilər. 2 mərtəbəli dəmir çarpayı xanımındır. Soyuducu isə onlarda 2 ədəd olmuşdur. İkisini də, o özü almışdır. Birini nikahdan əvvəl o almış, digərini birgə nikah dövründə almışdır. Samsung paltaryuyan və Toshiba soyuducu birgə nikah dövründə alınmışdır. Televizoru iddiaçı götürə bilər. Toshiba kompyuter isə 14 il əvvəl alınmışdır, hazırda yoxdur. Bir ədəd elektrik sobasını isə iddiaçı xadiməyə vermişdir. Bir ədəd divan isə evdədir, onu da o almışdır. Mətbəx dəsti isə apara bilər. Bir ədəd yazı stolunu özü almışdır. Üç ədəd çilçıraq var. Bir ədəd təbriz xalçası, bir ədəd xalça və çarpayı isə Astara rayonundadır. Bir dəst Bellona o da astara rayonundadır. Bir ədəd 12 lampalı çilcıraq Astaradadır. Bir ədəd taxt döşəyi, iki ədəd tək döşəyi, bir ədəd taxt döşəyini isə iddiaçı özü aparmışdır. Bir ədəd termos və 3 ədəd servisdən xəbəri yoxdur. Dörd ədəd çay servis dəsti, 4 ədəd kofe servisi 1 ədəd dəmir bak, 3 ədəd plastik vanna və aş süzənlərdən məlumatlı deyil, Astarada da ola bilər. İddiaçı iddia tələbində onu bildirmişdir ki, nikaha daxil olarkən ailəsi tərəfindən cehiz əşyaları hədiyyə olaraq ona verilmişdir. İddiaçı tərəfindən verilən iddia ərizəsinə dair qeyd edir ki, adları qeyd olunan və “cehiz əşyalarının qaytarılmasına dair” iddia ərizəsinin predmetini təşkil edən əşyaların bir çoxu ilə bağlı dəqiq olmayan məlumatlar iddia ərizəsinə əlavə olunmuş və iddianın bu hissəsində əsassız olmasına gətirib çıxarmışdır. Belə ki, ilk olaraq iddiaçı tərəfindən iddiada qeyd olunan əşyaların bəziləri (1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı – 1500 manat, 2 mərtəbəli dəmir çarpayı – 200 manat, 1 ədəd soyuducu Toshiba - 2000 manat, 1 ədəd paltaryuyan Samsung – 2500 manat, 1 ədəd televizor Samsung – 2500 manat, 1 ədəd komputer Toshiba – 1000 manat, 1 ədəd divan – 2000 manat, 1 dəst mətbəx stolu və 4 stulu – 500 manat, 1 stol (yazı) – 200 manat, 3 ədəd çılçıraq – 500 manat) birgə nikah dövründə ailənin birgə qazancından şəxsi istifadə üçün alınmışdır. Belə ki, adı çəkilən əşyaların bəzilərinin qəbzi də hələ də onda qalmaqdadır. Bu əşyaların da hansının cehiz, hansının nikahdan çox sonralar alındığını iddiaçı dəqiq şəkildə bilir. 2007-ci ildən sonra alınan əşyaların bir çoxunun aradan uzun müddət keçdiyindən çeklərinin, qəbzlərinin olmayacağını düşünərək onları cehiz əşyası kimi qələmə verməsi bir başa əsassız və qanunsuzdur. İddiaçı bu hərəkəti ilə məhkəməni aldatmağa çalışsa da, həmin əşyaların alınma tarixinin əks olunduğu çeklər və qəbzlər iddianın bu hissədə əsassız olması üçün hesab edir ki, yetərlidir. Qeyd olunan 3 ədəd çılçıraq evi aldıqları zaman evdə əvvəlcədən mövcud olan çilçıraqlardır. Ayrıca qeyd olunan 1 ədəd çilçırağı yalnız iddiaçı cehiz olaraq gətirmişdir. Qeyd olunan soyuducu da 2014-cü ildə, divan isə 2015-ci ildə alınmışdır. Bu fakt, məhkəmə zərurət hesab elədiyi təqdirdə alındığı yer üzrə də araşdırılıb müəyyən oluna bilər. Bundan başqa, qeyd olunan Toshiba komputer 2010-cu ildə nikah dövründə alınmışdır. 14 il əvvəl alınmış həmin komputer elə nikah dövründə istifadə olunmuş və öz istifadə müddətini bitirmişdir. İllər əvvəl alınmış, istifadə olunmuş və istifadə olunduğuna görə yararsız vəziyyətə düşmüş həmin əşya ümumiyyətlə cehiz əmlakı hesab edilə bilməz. İkincisi, iddiada qeyd olunan əşyaların bir çoxu “cehiz əmlakı” olaraq qeyd olunsa da, əslində onlar nikah dövründə onun özü tərəfindən öz qazancından əldə olunan pul hesabına şəxsi istifadə üçün nikah bağlandıqdan çox sonralar alınmış əşyalardır. Bunu təsdiq edən sənədləri “iddiaya etiraz” ilə birlikdə bu iş üzrə sübut kimi tərəfindən əlavə olunmuşdur. Misal olaraq işə əlavə olunmuş “BL403435” saylı alqı-satqı müqaviləsinə 1 saylı 12 yanvar 2020-ci il tarixli əlavədən də göründüyü kimi, cehiz əmlakı kimi iddiada göstərilən “Samsung” markalı paltaryuyan maşın və “Samsung” markalı televizor nikah dövründə alınmışdır və ödənişləri birbaşa onun tərəfindən edilmişdir. Bu cür iddialar üzrə əsas təşkil edən cehiz əmlakı, bir qayda olaraq, nikahdan əvvəl alınmış olan əşyalar olmalı olduğu halda, iddiaçı qanunsuz və əsassız şəkildə nikahdan 13 il sonra alınan əşyaları “cehiz əşyası” adı altında məhkəmə qaydasından ondan tələb edərək əsassız varlanmaq istəyir. Bununla əlaqədar qarşı tərəf yaşadığı evdə əşyaların 10 il əvvəl və ya sonra alındığını bilməməsi nə dərəcədə inandırıcıdır? Bilirdisə əgər əsassız olduğunu bildiyi iddianı hər kəsə yalan deyərək “nikahdan əvvəl alınmış cehiz əmlakı” adı ilə nəyə görə iddia ərizəsinə daxil etmişdir? Üçüncüsü, iddiada qeyd olunan əşyaların qiymətlərinin nəyə əsasən yazıldığı müəyyən olunmamışdır.İddiaçı sobanın cehiz olduğunu tələb etsə də, onun cehiz əmlak kimi gətirdiyi soba köhnəldiyindən özü tərəfindən tanımadığı şəxsə verilmiş, şəxsi vəsaiti hesabına soba almışdır. Daha sonra həmin sobanı ofisinə aparmışdır. Belə ki, orda qeyd olunan qiymətlər tamamilə iddiaçının təxayülündən ibarət olmuş, bu faktı təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə olunmamışdır. Qeyd olunan qiymətlər iddiaçı tərəfindən süni şəkildə şişirdilmiş qiymətlər olmaqla yanaşı, həqiqəti əks etdirmir və heç bir sübutla təsdiq olunmur. Əvvəlki etirazında bəzi əşyaları iddiaçıya verməyə razı olduğunu bildirsə də, hazırda məhkəmədən birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsini, iddiaçı dəyərini tam ona ödədikdə ona verməyə razı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini tam qəbul etməyərək bildirdi ki, prosessual hüquq normasının tələbinə görə hazırki mərhələdə iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı əsas yoxdur. İddiaçı bunu məhkəmə proseslərini lüzumsuz şəkildə uzatmaq məqsədilə edir, hər dəfə iddia tələbinin artırdığını bildirdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən birgə nikah dövründə alınmış əşyalar, həmçinin 2007ci ildə cehiz kimi gətirilmiş əşyalar aşağıdakılardır: yataq mebel (taxt, dolab, termo 2 tumba) ve 1 stol, 12 stul Bellona dəsti cehiz əmlakıdır,1 ədəd dolab ve 1 ədəd uşaq yazı stol və dolabı - cehiz deyil-İstismar olunublar. 2 mərtəbəli demir çarpayı (cehiz deyil)-200 manat 1 ədəd soyuducu Toshiba (2014-də 680 manata alınıbdır, cehiz deyil), 1 ədəd paltaryuyan Samsung — 2020-ci ildə 1199 manata alınıbdır, cehiz deyil, 1 ədəd televizor Samsung — 2020-ci ildə 2299 manata alınıbdır, cehiz deyil, 1 ədəd televizor— 200 manat

8. 1 ədəd komputer Toshiba — 1000 manat –2010-cu ildə kreditlə alınmışdır, istismar müdəti bitib. 1 ədəd elektik sobası (duxovka) — 300 manat- 2015-ci ildə alınıbdır, cehiz deyil, 1 ədəd divan — 1200 manata 2015-ci ildə düzəltdirilib, cehiz deyil, 1 dəst mətbəx stolu ve 4 stulu — 250 manat – 2016-cı ildə alınıbdır, cehiz deyil, 1 stol (yazı) — 200 manat- 2013-cü ildə 150 manata alınıbdır, cehiz deyil, 3 aded çilçıraq —170 manat- 2014cü ildə alınıb, cehiz deyil, 1 ədəd xalça (4x5) —120 manat – cehiz, 1 ədəd yeni Tebriz xalçası — 200 manat – cehizdir. Birəgə nikah dövründə alınan xalçaları aparıbdır. 1 ədəd qırmızı çarpayı —60 manat – 2008-ci ildə uşaqlar bir yaşında olan zaman düzəltdirilib, 1 dəst Bellona (1 ədəd kamod 1 ədəd qorka, 1 ədəd şüşeli şkaf) —350 manat cehizdir. 1 ədəd 12 lampalı çilçıraq —150 manat cehizdir, 1 ədəd böyük taxt döşəyi — 100 manat, 2 ədəd tek döşek — 100 manat- 2014 ildə alınıbdır, cehiz deyildir. 4 ədəd yorğan —200 manat – 2014 ildə alınıbdır, cehiz deyildir, yorğan 3-nü aparıbdır, 1-i qalıbdır. 4 ədəd yastıq —150 manat- 2014-cü ildə alınıbdır, cehiz deyildir, 2 yastığı iddiaçı aparıbdır. 1 ədəd termos — 20 manat – cehizdir, 3 ədəd yemək servis dəsti — 350 manat iddiaçı binada işləyən xadimə qadına satmışdır, 1 ədəd kofe servis — 60 manat özü ilə aparmışdır. 1 ədəd dəmir bak — 30 manat, 3 ədəd plastik vanna — 15 manat, aşsüzən (demir) — 15 manat. İddiaçı soyuducunun cehiz olduğunu bildirsə də, hazırda həmin soyuducu evdədir, üzərində istehsal tarixi öz əksini tapmışdır. Bundan başqa aktda göstərilən qonaq otağında olan stol 12 nəfərlik deyil, həmin stolun ölçüsü 8 stul yerləşə bilər. İcra məmuru texniki olaraq qərardadda olan sayı yazıb. Qeyd olunanların nəzərə alınmasını və cehiz qismində evdə saxlanılan əmlakların iddiaçıya verilməsini, birgə nikah dövründə alınmış əmlakların ümumi dəyərlərinin 1/2 hissəsinin pulunun iddiaçı tərəfindən cavabdehə ödənilməklə əmlakların iddiaçıya verilməsini, iddiaçı dəyərini ödəmədikdə isə əşyaların bölünməsini məhkəmədən xahiş etmişdir.

İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - AZ-İ seriyalı, 416247 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. - BL403435 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavə və xx.xx.2020-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, 2299 manat dərəyində olan “Samsung” markalı televizor və “Samsung” markalı paltaryuyan Cavabdeh tərəfindən alınmışdır. - 27.01.2021-ci il tarixli 22237244 saylı müqavilənin surətindən görünür ki, X5 tərəfindən "xxxx" MMC-dən Acer Extensa markalı EX215-22-R7S5 modelli 1351,2 manat dəyərində notebook alınmışdır. - Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli Aktının surətindən görünür ki, ünvan 1i ünvanda yerləşən evdə 1 ədəd termos, 1 ədəd dəmir bak, 3 ədəd plastik vanna və aşsüzənlər (dəmir, plastik) aşkar edilərək siyahıya alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli Aktının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzildə 1 ədəd yataq dəsti (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti, 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı, 2 mərtəbəli dəmir çarpayı, 1 ədəd soyuducu Toshiba, 1 ədəd Samsung markalı televizor, 1 ədəd Samsung markalı paltaryuyan, 1 ədəd divan, 4 ədəd stul, 1 ədəd yazı stolu, 3 ədəd çilçıraq, 1 ədəd taxt döşəyi olmaqla ümumilikdə 11 adda əmlak aşkar edilərək siyahıya alınmışdır. - Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli Aktının surətindən görünür ki, ünvan 1i ünvanda yerləşən evdə 1 ədəd xalça, 1 ədəd yeni Təbriz xalçası, 1 ədəd qırmızı çarpayı, 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf), 1 ədəd 12 lampalı çilçıraq, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq üzərinə həbs qoyulmuşdur.

İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir; 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər; 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət keçdikdən sonra aralarında olan münasibətləri pozulmuş, məhkəmə qərarı ilə nikaha xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Nikah bağlanan zaman iddiaçı tərəfindən cehiz əşyalar əldə edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, həmin cehiz əşyalarının geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsinin cehiz əşyalarının və ya onlar olmadıqda, onların dəyərinin tələbinə dair hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: iddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir; mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu üç komponentin hamısının mövcudluğu öz təsdiqini tapır. İstinad edilən komponentlərdən birincisi, yəni iddia ərizəsində olan cehiz əşyalarından fotoşəkillərdə əks olunmuşlarının mövcudluğu və onların iddiaçıya cehiz hədiyyə edilməsi işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 225-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumu Qərarının: 5.8. Ailə qanunvericiliyi birgə nikah dövründə ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın ümumi mülkiyyəti sayılmayan əşyaların da dairəsini müəyyən etmişdir. Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 36.6-cı maddəsinə müvafiq olaraq yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) də bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmin Məcəllənin 36.7-ci maddəsinə müvafiq olaraq isə ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, bu maddə zinət əşyalarını qeyd olunan qaydadan istisna etmişdir. Nəzərə alınmalıdır ki, zinət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir. 5.10. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. 9.8. Birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə əşyaların dəyəri ilə bağlı mübahisə olduğundan əşyaların dəyərinin müəyyən edilməsi üçün iddiaçı və cavabdehə bütün məhkəmə iclasları zamanı sübutlar təqdim etməyi təklif etsə də, həmçinin məhkəmə tərəfindən bununla bağlı qiymətləndirici cəlb edilsə də, tərəflər bununla bağlı hərəkətsizlik göstərdiyindən həmin əmlakların dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddia tələbinin əsasını tərəflər arasında cehiz əşyaların cavabdeh tərəfindən qaytarılmaması təşkil etmiş və cavabdehin həmin əmlakların iddiaçıya qaytarılmaması səbəbindən o, hazırkı iddia tələbini irəli sürmüşdür. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2, Ailə Məcəlləsinin 32.1; 34-cü maddələri təşkil edir. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir;

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. 4.Başqa şəxsin sahibliyinin qanunsuz olması;

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi müəyyən əşya) olmalıdır; 6.Əşyanın mülkiyyətçisi və faktiki sahibi bir-biri ilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalıdır. Belə ki mülki işin materiallarında olan foto və video görüntülərdən, icra məmuru tərəfindən tərtib edilmiş aktlardan, həmçinin tərəflərin izahatından məlum olur ki, iddia predmetini təşkil edən əşyaları tamamilə cehiz əşyaları olmamaqla tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaklarda mövcuddur. İş materiallarında olan BL403435 saylı nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavə və xx.xx.2020-ci il tarixli zəmanət talonunun surətindən görünür ki, mübahisə predmetini təşkil edən “Samsung” markalı televizor və “Samsung” markalı paltaryuyan dəyəri 2299 manat olmaqla nisyə alqı-satqı müqavilə üzrə Cavabdeh tərəfindən alınmışdır. Bundan başqa 1 ədəd yazı stolu, 1 ədəd divan, 1 ədəd soba, 1 ədəd Toshiba markalı soyuducu, 1 ədəd mətbəxt stolu və 4 stulu tərəflərin birgə nikah dövründə əldə edilməsi onların məhkəmə iclasları zamanı verdiyi izahatlarla öz təsdiqini tapmış, hjəmin əşyaların cehiz əşyaları olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmənin müvəqqəti təminat tədbirinin tədbiqinə dair məhkəmənin qəbul etdiyi qərardadın icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli Aktı ilə ünvan 2 ünvanda yerləşən mənzildə 1 ədəd yataq dəsti (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti, 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı, 2 mərtəbəli dəmir çarpayı, 1 ədəd soyuducu Toshiba, 1 ədəd Samsung markalı televizor, 1 ədəd Samsung markalı paltaryuyan, 1 ədəd divan, 4 ədəd stul, 1 ədəd yazı stolu, 3 ədəd çilçıraq, 1 ədəd taxt döşəyi olmaqla ümumilikdə 11 adda əmlak aşkar edilərək siyahıya alınmış, həmçinin Astara rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli Aktı ilə ünvan 1i ünvanda yerləşən evdə 1 ədəd xalça, 1 ədəd yeni Təbriz xalçası, 1 ədəd qırmızı çarpayı, 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf), 1 ədəd 12 lampalı çilçıraq, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq üzərinə həbs qoyulmuş, iddia ərizəsində göstərilən digər əşyaların mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı izahatında qardaşı tərəfindən oğlunun istifadəsi üçün Acer Etensa markalı notbook alındığını və cavabdehin qanunsuz sahibliyində olmasını, buna dair evdən videoçəkiliş olmasını bildirsə də, özünün izahatı ilə həmin çəkilişdən sonra bir neçə dəfə evə gedib-gəlməsi, gəldiyi zaman cavabdehin mənzildə olmaması münaqişəli tərəflər arasında həmin əşyanın bu müddətdə evdə qalması ağlabatan sayılmır. Beləliklə, məhkəmə belə qərara gəlir ki, ünvan 2 ünvanda yerləşən yataq mebel (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı, 2 mərtəbəli dəmir çarpayı; ünvan 1i ünvanda yerləşən evdə olan 1 ədəd yeni Təbriz xalçası, 1 ədəd qırmızı çarpayı, 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf), 1 ədəd 12 lampalı çilçıraq, 1 ədəd böyük taxt döşəyi, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, 1 ədəd termos, 1 ədəd dəmir bak, 3 ədəd plastik vanna və aşsüzənlər İddiaçı cehiz əşyalarıdır. Bu səbəbdən iddia həmin hissədə əsaslıdır və təmin edilməli, həmin cehiz əşyaları, olmadığı təqdirdə dəyəri Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Həmçinin, ünvan 2 ünvanda yerləşən 1 ədəd yazı stolu, 1 ədəd Samsung markalı televizor, 1 ədəd divan birgə nikah dövründə əldə edilməsi müəyyən edilmiş, həmin əşyalar Cavabdeh, 1 ədəd soba, 1 ədəd soyuducu, 1 ədəd Toshiba markalı paltaryuyan, 1 ədəd mətbəx stolu və 4 ədəd stul birgə nikah dövründə əldə edilməsi müəyyən edilmiş, həmin əşyalar İddiaçı verilməlidir. İddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən yataq mebel (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı, 2 mərtəbəli dəmir çarpayı; ünvan 1i ünvanda yerləşən evdə olan 1 ədəd yeni Təbriz xalçası, 1 ədəd qırmızı çarpayı, 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf), 1 ədəd 12 lampalı çilçıraq, 1 ədəd böyük taxt döşəyi, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, 1 ədəd termos, 1 ədəd dəmir bak, 3 ədəd plastik vanna və aşsüzənlər (dəmir, plastik) cehiz əşyaları, olmadığı təqdirdə dəyəri Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, ünvan 2 ünvanda yerləşən birgə nikah dövründə əldə edilmiş 1 ədəd yazı stolu, 1 ədəd Samsung markalı televizor, 1 ədəd divan Cavabdeh, 1 ədəd soba, 1 ədəd soyuducu, 1 ədəd Toshiba markalı paltaryuyan, 1 ədəd mətbəx stolu və 4 ədəd stul İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat və mediasiya xərcinin 25 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

V. Nəticə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən yataq mebel (taxt, dolab, termo, 2 tumba) və 1 stol, 12 stul Bellona dəsti 1 ədəd dolab və 1 ədəd uşaq yazı stol və dolabı, 2 mərtəbəli dəmir çarpayı; ünvan 1i ünvanda yerləşən evdə olan 1 ədəd yeni Təbriz xalçası, 1 ədəd qırmızı çarpayı, 1 ədəd Bellona (1 ədəd kamot, 1 ədəd qorka, 1 ədəd şüşəli şkaf), 1 ədəd 12 lampalı çilçıraq, 1 ədəd böyük taxt döşəyi, 2 ədəd tək döşək, 2 ədəd yorğan, 2 ədəd yastıq, 1 ədəd termos, 1 ədəd dəmir bak, 3 ədəd plastik vanna və aşsüzənlər (dəmir, plastik) cehiz əşyaları, olmadığı təqdirdə dəyəri Cavabdeh alınaraq İddiaçı qaytarılsın. ünvan 2 ünvanda yerləşən birgə nikah dövründə əldə edilmiş 1 ədəd yazı stolu, 1 ədəd Samsung markalı televizor, 1 ədəd divan Cavabdeh, 1 ədəd soba, 1 ədəd soyuducu, 1 ədəd Toshiba markalı paltaryuyan, 1 ədəd mətbəx stolu və 4 ədəd stul İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat və mediasiya xərcinin 25 (əlli) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar