Məhkəmə qərarları › İş №2(001)-5091/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5091/2020

20.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5091/2020 20.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti X1rşı əmək haqqının və son haqqhesabın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq əmək kitabçası verilən günə qədər olan dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi, şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Bakı şəhər X3 sex rəisi vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixində işdən azad edilmişdir. İşdən çıxdığı gün son haqq hesabı və əmək kitabçası ona təqdim edilməmişdir. xx.xx.2020-ci il tarixdə işdən çıxmağına baxmayaraq son haqq hesabı xx.xx.2020-ci tarixində ona ödənilmiş, lakin bu günə qədər əmək kitabçası verilməmişdir. Dəfələrlə müəssisənin kadrlar şöbəsinin rəisinə müraciət etsə də əmək kitabçası ona verilməmişdir. Bundan başqa işlədiyi müddət ərzində tərəfindən müəssisə üçün öz vəsaiti hesabına parnik təsərrüfatı sahəsinin damının bağlanması , iki kilometrə yaxın su xəttinin çəkilməsi, 550 kvadrat metr yardımçı təsərrüfatın tikilməsi üçün materialını almış və bütün işləri öz şəxsi vəsaiti hesabına gördürmüşdür. Bundan əlavə bir ədəd işıq transfarmatoru, transfarmatorun işə salınması üçün lazım olan bütün material və bir ədəd özünə məxsus qaynaq aparatı (SAK) şəxsi vəsaiti ilə alınaraq lazımı sənədləri mühasibatlığa təqdim etmiş və müəssisənin rəhbəri tender keçiriləcəyini bildirərək onun pullarını veriləcəyini demişdir. Lakin tender keçirilsə də pulu ödənilməmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiyini bildirərək iddiaçıya məxsus əmək kitabçasını iddiaçıya təqdim edib izahatında göstərdi ki, iddiaçıya məxsus əmək kitabçasının qaytarılması ilə bağlı dəfələrlə iddiaçıya zənglər olunsa da, iddiaçı bilərəkdən kitabçanı götürməkdən imtina etmişdir. Birlik tərəfindən iddiaçıya xx xxxxx 2020-ci il tarixdə 815,05 manat, xx xxx 2020-ci il tarixdə 2731,21 manat əmək haqqı və son haqq-hesab ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan digər işlərin görülməsinə xərclənmiş vəsaitlə bağlı isə sübut mövcud deyil. Birlik dövlət tərəfindən maliyyələşdirilir və çəkilmiş bütün xərcləri dövlət qarşılayır. Buna görə də, iddia bu hissədə tamamilə əsassızdır. Sonda C.M.Əliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: xx xxxx 2020-ci il tarixli ərizədən və xx xxxx 2020-ci il tarixli, 08 nömrəli əmrdən görünür ki, İddiaçı şəxsi ərizəsi və sovxoz direktorunun rəyi əsasında xx xxxxx 2020-ci ildən X8 Sovxozunun 1 nömrəli Tingliyinin 13-cü dər.sex rəisi vəzifəsindən azad edilmişdir. xx xxxxx 2020-ci il tarixli, 27 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının hesabına həmin tarixdə 815,05 manat pul köçürülmüşdür. xx xxx 2020-ci il tarixli, 50 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçının hesabına həmin tarixdə 2731,21 manat pul köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə, eləcə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin: - 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; - 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. - 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. - 172.4 və 172.5-ci maddələrinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddia tələbinin əmək haqqının hesablanaraq ödənilməsi, son haqq hesabının vaxtında ödənilməməsinə görə gecikdirilmiş aylar üzrə son haqq hesabının hər gününə bir faizdən az olmamaq şərtilə ödəncin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edildi ki, iddiaçıya xx.xx.2020-ci ildə işdən azad edildiyinə görə 2731 manat 21 qəpik pul (işdə olan əmək haqqı üzrə hesabat forma T-52) hesablanaraq xx.xx.2020-ci il tarixli 50 nömrəli ödəniş tapşırığı ilə ödənilmişdir. Bununla yanaşı iddiaçıya məxsus əmək kitabçası cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında ona təqdim etmişdir. İddia tələbinin iddiaçının şəxsi vəsaiti hesabına aldığı mal material və tikililər üçün ödədiyi vəsaitin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən bu barədə məhkəməyə heç bir rəsmi sənəd təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia rədd edildiyindən iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıy aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Bakı şəhəri X2rşı əmək haqqının və son haqq-hesabın ödənilməsi, habelə pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar