Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-519/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 qarşı (Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhəri 19 saylı Notariat Kontoru, Bakı şəhəri 53 saylı Notariat Kontoru, Bakı şəhəri 51 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış 06.04.2018-ci il tarixli, 4Ə-62 reyestr nömrəli, AN- İ№0671488 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh5 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 10 ünvanda, ümumi sahəsi 60 kv/m qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 53 saylı Notariat Kontorunda bağlanmış 20.09.2018-ci il tarixli, 4Ə-1234 reyestr nömrəli, AN-İ№0725883 saylı alqı-satqı müqaviləsinin, onunla Cavabdeh3 arasında Bakı şəhəri. Ə.Naxçıvani küçəsindəuki 39 b saylı binanın zirzəmisində, ümumi sahəsi 35,2 kv\m olan qeyri yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış 16.03.2019-cu il tarixli, 4Ə-321 reyestr nömrəli, AN-İ№0755457 saylı alqı-satqı müqaviləsinin, onunla Cavabdeh2 Yahya oğlu arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 28 saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) Bakı şəhəri 19 saylı Notariat kontorundan bağlanmış 29.03.2018-ci il tarixli, 4Ə-56 reyestr nömrəli, AN-İ№0671483 saylı alqı-satqı müqaviləsinin, Cavabdeh2 Yahya oğlu ilə Cavabdeh6 arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 28 saylı evin qarşısında, ümumi sahəsi 18,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) Bakı şəhəri 51 saylı Notariat kontorundan bağlanmış 08.05.2018-ci il tarixli, 4Ə-486 reyestr nömrəli, AN- İ№0695878 saylı alqı-satqı müqaviləsinin, onunla Cavabdeh2 Yahya oğlu arasında Bakı şəhəri, Ə.Naxçıvani küçəsindəki 24 saylı evin qarşısında, ümumi sahəsi 15,7 kv/m olan qeyri yaşayış sahəsinin (qaraj) Bakı şəhəri 19 saylı Notariat kontorundan bağlanmış 29.03.2018-ci il tarixli, 4Ə-55 reyestr nömrəli, AN-İ№0671484 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsini və əmlakın ona qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(001)-4704/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 qarşı (Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhəri 19 saylı Notariat Kontoru, Bakı şəhəri 53 saylı Notariat Kontoru, Bakı şəhəri 51 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli, 2(001)-4704/2020 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(001)-4704/2020 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 qarşı (Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhəri 19 saylı Notariat Kontoru, Bakı şəhəri 53 saylı Notariat Kontoru, Bakı şəhəri 51 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatətlə müraciət edərək, bildirmişdir ki, iddiaçı mübahisə predmetini təşkil edən əmlakları satmağa məcbur edilmiş, həm də aldadılmışdır və onun dəyəri iddiaçıya ödənilməmişdir. Alğı-satqı müqavilələrində əmlakların dəyəri formal olaraq, göstərilmiş və həqiqətdə müqavilələrdə göstərilmiş dəyərindən xeyli artıqdır. Bu səbəbdən həmin əmlakların müqavilədə göstərilən dəyərinin real olub-olmamasının müəyyən edilməsi üçün əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4704/2020 saylı, 19.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək, iş üzrə icraat dayandırılmışdır. "xxxx" MMC-nin məktubu məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Lakin tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən 04.06.2021-ci il tarixli və 18.06.2021-ci il tarixli məhkəmə baxışı iclaslarında iştirak etməmişdilər. Eyni zamanda, cavabdehlərin məhkəməyə mülki işə mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna imza edilməklə rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (ərizə, protokola qeyd və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Göstərilənləri və iddiaçının məhkəmənin təkrar çağırışına gəlməməsini, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsi ilə yanaşı işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4 qarşı (Bakı şəhəri 9 saylı Notariat Kontoru, Bakı şəhəri 19 saylı Notariat Kontoru, Bakı şəhəri 53 saylı Notariat Kontoru, Bakı şəhəri 51 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-519/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-519/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver