Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-520/2022 13.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1(eyni zamanda Cavabdeh2 nümayəndəsidir) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsızlığı, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə digər Cavabdeh3 arasında bağlanmış avtomobilin 10 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onunla Cavabdeh1 birgə nikah vaxtı əldə etdikləri “BMW – D” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun ½ hissədə, Cavabdeh1 ½ hissədə paylarının müəyyən olunması, Cavabdeh2 xüsusi mülkiyyətində olan və Cavabdeh1 yaşadığı ünvan 1 ünvanında yerləşən ona hədiyyə olaraq anası X1 tərəfindən bağışlanılmış, məişətdə istifadə olunan əşyaların - 1 ədəd “LG 55” markalı televizorun, 1 ədəd TV altlığının, 3 dəst qab-qacağın, 2 ədəd divanın, 1 ədəd kreslonun, 2 ədəd taxta sehpanın, 1 ədəd yan qara sehpanın, 1 ədəd dırnaq stolunun, 1 ədəd dırnaq stolunun şkafı ləvazimatlarla birlikdə, 1 ədəd yemək stolunun, 8 ədəd stulun, 2 ədəd qaz sobasının, 1 ədəd qaz üstü havalandırmanın, 1 ədəd paltaryuyanın, 1 ədəd soyuducunun, 1 ədəd sobanın, 1 ədəd yemək dəstinin, 2 ədəd fujerin, 2 dəst qazanın, 1 ədəd yataq dəstinin, 1 ədəd ortopedik döşəyin, 1 ədəd paltar şkafının, 3 ədəd paltar komodunun, 4 dəst pərdənin, 14 ədəd xalçanın, 1 ədəd güzgülü komodun, 1 ədəd şirəçəkənin, 1 ədəd ət maşınının, 1 ədəd türk kofe maşınının, 2 ədəd ütünün, 1 dəst uşaq mebel dəstinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona qaytarılması, habelə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı çəkilmiş 59 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 13 yanvar 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh3nən cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və Cavabdeh3 cavabdehlər sırasından çıxarılmışdır. 13 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər məhkəməyə 13 yanvar 2022-ci il tarixli barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsini, 13 yanvar 2022-ci il tarixli barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “əqdin etibarsızlığı, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Bir tərəfdən ünvan 2 ünvanda yaşayan İddiaçı (ş/v AZE 0*******) və digər tərəfdən ünvan 3 ünvanda yaşayan Cavabdeh2 (ş/v AZE 00******) və ünvan 4 ünvanda yaşayan Cavabdeh1 (ş/v AA*******) arasında, birlikdə bundan sonra «Tərəflər» adlandırılacaq, aşağıdakı şərtlər daxilində bağlanmışdır.
1. Bizlər, İddiaçı və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 olaraq bildiririk ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatında olan 2(001)-520/2022 saylı mülki iş üzrə açılan “Əqdin etibarsızlığı, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsində sadalanan və məhkəmədə bölüşdürülməsi tələb olunan **-ZR-*** nömrəli BMW 525D markalı avtomobil və Bakı şəhəri, ünvan 1 ünvanında sadalanan digər cehiz və qeyri-cehiz olan əşyaların bölüşdürülməsini qarşılıqlı razılıq əsasında öz aramızda qarşlıqlı razılığa gələrək özümüz könüllü olaraq bölmüşük. Bu bölgü razılaşmasında cavabdehlərdən biri olan Cavabdeh2 tərəfdən onun etibarnamə üzrə qanuni nümayəndəsi Cavabdeh1 çıxış edir.
2. Beləliklə sözügedən iddia ərizəsində qeyd olunan və olunmayan, bütün tərəflərə məxsus olan və aşağıda sadalanan əmlaklar üzrə bölüşdürülmə razılaşması bu cürdür: 2.1. İddiaçı, 2(001)-520/2022 saylı mülki iş üzrə keçmişdə cavabdeh olan, hazırda vəfat etmiş mərhumə Cavabdeh3 sağlığında məxsus olan **-ZR-*** nömrəli BMW 525D markalı avtomobilə olan iddiasından bütövlükdə imtina edir və həmin avtomobilə dair hər hansı tələb, etiraz irəli sürmür və sonradan heç bir halda bu mövzuda heç bir iddiası, ərizəsi, şikayəti, vəsatəti və yaxud hər hansı digər bir müraciəti (tələbi) heç bir instansiya məhkəməyə və ya digər dövlət qurumlarına (sair orqanlara və təşkilatlara) olmayacaqdır. 2.2. İddiaçı və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilmiş ev əşyalarını aşağıdakı cədvələ uyğun olaraq öz aralarında bölüşdürmək razılığına gəldilər. Hər bir şəxsin adının altında qeyd olunan əşyalar ona qalacaq və ona məxsus olacaqdır:
İddiaçı Cavabdeh1 Bu sadalanan 4 cihazın qarşılığında Hər biri “BOSCH” markalı olan: Cavabdeh1 tərəfdən İddiaçı Expressbank- ağ Soyuducu; gümüşü havaçəkən dakı AZN plastik kartına köçürüləcək 1000 Aspirator; qara Qaz plitəsi; qara Elektrik (bir min) AZN pul bişirmə plitəsi “Bosch” Paltaryuyan + “Bosch” Elektrik soba Yumru jurnalnılar + Side Table qara kub jurnalnı Üçü birində qara kofe masaları Bazalı yataq çarpayısı + yatağın ortopedik matrası “LG 55” TV və altlığı + Samsung audiosistem “Sharp 32” Televizor + “Epson” Printer 2 qəhvəyi və 1 ağ yataq paltar rəfləri Raminin kabinetindəki bütün rəflər, stol, polkalar İki əd. bej rəngli Divan + qırmızı Kreslo Uşaq otağındakı boz divanlar və divar dərs masası Yataq şkafı və Ağ yataq otağı trümosu Dəhliz şkafı və uşaq otağında divar rəfləri güzgülü yığması Uşaqların ağ şkafı və ağ komodu Uşaqların ikimərtəbəli yataq-şkaf dəsti Mavi Pərdələr 2 əd. və ağ Tül (4 əd.) Ağ atlas günlük pərdələr (4 əd.) Bütün digər xalçalar (5-6 ədəd) 1 böyük boz-mavi xalça/1 göy dorojka/3 göy palaz Elektrik meyvə şirəsi çəkən qırmızı Moulinex Elektrik meyvə şirəsi çəkən ağ Panasonic Elektrik 2/1 gümüşü çaydan (Vüsalədədir Elektrik Qara çaydan Siemens hazırda) Elektrik qırmızı Türk kofe maşını “Okka Minio” X4 maşını Siemens Elektrik Sitrus sıxan Kenwood (Vüsalədədir X3 Siemens indi) 1 əd. qara saç qurudan fen “Comet” 1 əd. qara saç qurudan fen “Jaguar” 1 əd. elektrik böyük ütü Philips 1 əd. elektrik kiçik ütü Philips 1 əd. elektrik uzunsov qril tava (Sevil) 1 əd. elektrik yumru tava (özündədir) Elektrik Blender “Braun” + Mikser “Philips” Evdəki bütün Noutbuklar (5 ədəd) + 1 Kompüter Elektrik Ətçəkən maşın “Siemens” Elektrik TİENS ayaq massajoru Elektrik Buxarla bişirən “Tefal” Elektrik Tozsoran “Blissel” Evdəki 2 dəst Fujerlər + stəkanlar Raminə aid olan bəzi stəkanlar və fincanlar Evdəki qalan 2 qab-qacaq dəsti (3-cü Raminə aid olan “Arshia Germany” mətbəx özündədir) dəsti Evdəki 1 dəst qazanlar (2-ci dəst özündədir Kork.) Evdəki 1 dəst tavalar Raminə aid olan qaşıq-çəngəl; bəzi mətbəx alətləri Əl ilə Nar şirəsi çəkən
Mətbəxdəki yemək masası (oturacaqlarsız) Bu aşağıda sadalananlar bir-birləri ilə başabaş ixtisarlaşma hesabı ilə güzəştə gedilir və silinir. Dırnaq masası və Dırnaq rəfi ləvazimatlarla 2021 iyul ayında satılmış bütün stullara görə, Yusu-bova Vüsalə, onlara olan tələbindən imtina edir. Dırnaq cihazları olan və 2021 avqust ayında Bu sadalananların qarşılığında Cavabdeh1 satılmış – yonma aparatı, tozçəkən, tərəfdən İddiaçı Expressbank-dakı AZN sterilizator, dırnaq quruducusu, müxtəlif iş plastik kartına köçürüləcək 500 (beş yüz) kağızları AZN pul (mart 2022)
3. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.
4. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.
5. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi, icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.
6. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarsızlığı, əmlak tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı, 2(001)-520/2022 saylı mülki iş üzrə keçmişdə cavabdeh olan, hazırda vəfat etmiş mərhumə Cavabdeh3 sağlığında məxsus olan **-ZR-*** nömrəli BMW 525D markalı avtomobilə olan iddiasından bütövlükdə imtina edir və həmin avtomobilə dair hər hansı tələb, etiraz irəli sürmür və sonradan heç bir halda bu mövzuda heç bir iddiası, ərizəsi, şikayəti, vəsatəti və yaxud hər hansı digər bir müraciəti (tələbi) heç bir instansiya məhkəməyə və ya digər dövlət qurumlarına (sair orqanlara və təşkilatlara) olmayacaqdır.
2. İddiaçı və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən və birgə nikah dövründə əldə edilmiş ev əşyalarını aşağıdakı cədvələ uyğun olaraq öz aralarında bölüşdürmək razılığına gəldilər. Hər bir şəxsin adının altında qeyd olunan əşyalar ona qalacaq və ona məxsus olacaqdır: İddiaçı Cavabdeh1 Bu sadalanan 4 cihazın qarşılığında Hər biri “BOSCH” markalı olan: Cavabdeh1 tərəfdən İddiaçı Expressbank- ağ Soyuducu; gümüşü havaçəkən dakı AZN plastik kartına köçürüləcək 1000 Aspirator; qara Qaz plitəsi; qara Elektrik (bir min) AZN pul bişirmə plitəsi “Bosch” Paltaryuyan + “Bosch” Elektrik soba Yumru jurnalnılar + Side Table qara kub jurnalnı Üçü birində qara kofe masaları Bazalı yataq çarpayısı + yatağın ortopedik matrası “LG 55” TV və altlığı + Samsung audiosistem “Sharp 32” Televizor + “Epson” Printer 2 qəhvəyi və 1 ağ yataq paltar rəfləri Raminin kabinetindəki bütün rəflər, stol, polkalar İki əd. bej rəngli Divan + qırmızı Kreslo Uşaq otağındakı boz divanlar və divar dərs masası Yataq şkafı və Ağ yataq otağı trümosu Dəhliz şkafı və uşaq otağında divar rəfləri güzgülü yığması Uşaqların ağ şkafı və ağ komodu Uşaqların ikimərtəbəli yataq-şkaf dəsti Mavi Pərdələr 2 əd. və ağ Tül (4 əd.) Ağ atlas günlük pərdələr (4 əd.) Bütün digər xalçalar (5-6 ədəd) 1 böyük boz-mavi xalça/1 göy dorojka/3 göy palaz Elektrik meyvə şirəsi çəkən qırmızı Moulinex Elektrik meyvə şirəsi çəkən ağ Panasonic Elektrik 2/1 gümüşü çaydan (Vüsalədədir Elektrik Qara çaydan Siemens hazırda) Elektrik qırmızı Türk kofe maşını “Okka Minio” X4 maşını Siemens Elektrik Sitrus sıxan Kenwood (Vüsalədədir X3 Siemens indi) 1 əd. qara saç qurudan fen “Comet” 1 əd. qara saç qurudan fen “Jaguar” 1 əd. elektrik böyük ütü Philips 1 əd. elektrik kiçik ütü Philips 1 əd. elektrik uzunsov qril tava (Sevil) 1 əd. elektrik yumru tava (özündədir) Elektrik Blender “Braun” + Mikser “Philips” Evdəki bütün Noutbuklar (5 ədəd) + 1 Kompüter Elektrik Ətçəkən maşın “Siemens” Elektrik TİENS ayaq massajoru Elektrik Buxarla bişirən “Tefal” Elektrik Tozsoran “Blissel” Evdəki 2 dəst Fujerlər + stəkanlar Raminə aid olan bəzi stəkanlar və fincanlar Evdəki qalan 2 qab-qacaq dəsti (3-cü Raminə aid olan “Arshia Germany” mətbəx özündədir) dəsti Evdəki 1 dəst qazanlar (2-ci dəst özündədir Kork.) Evdəki 1 dəst tavalar Raminə aid olan qaşıq-çəngəl; bəzi mətbəx alətləri Əl ilə Nar şirəsi çəkən Mətbəxdəki yemək masası (oturacaqlarsız) Bu aşağıda sadalananlar bir-birləri ilə başabaş ixtisarlaşma hesabı ilə güzəştə gedilir və silinir. Dırnaq masası və Dırnaq rəfi ləvazimatlarla 2021 iyul ayında satılmış bütün stullara görə, Yusu-bova Vüsalə, onlara olan tələbindən imtina edir. Dırnaq cihazları olan və 2021 avqust ayında Bu sadalananların qarşılığında Cavabdeh1 satılmış – yonma aparatı, tozçəkən, tərəfdən İddiaçı Expressbank-dakı AZN sterilizator, dırnaq quruducusu, müxtəlif iş plastik kartına köçürüləcək 500 (beş yüz) kağızları AZN pul (mart 2022)
Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması və borcun məcburi qaydada tutulması ilə bağlı məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərid Hətəmzadə