Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-527/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı MTK-nin nümayəndəsi X6, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanılmış 25 iyun 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 2 saylı binanın, 70 kv.m. olan 2 otaqlı 2C saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzil satıldıqdan sonra cavabdehin öhdəliyi olan 41.964 manat məbləğində vəsaitdən, onun iddiaçıya ödəməli olduğu 29.200 manat məbləğində cərimə məbləği çıxılmaqla qalan 12.764 manat məbləğində pul vəsaitinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı MTK-nin nümayəndəsi X1 Taleh Kərim oğlunu da cavabdeh qismində işə cəlb edərək, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanılmış 25 iyun 2018-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (yetkinlik yaşına çatmayan uşaqları (X4 və X5 ilə birlikdə) Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 1 saylı binanın, 70 kv.m ibarət olan 2 otaqlı 2C saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzil satıldıqdan sonra cavabdehin öhdəliyi olan 41.964 manat məbləğində vəsaitdən, onun iddiaçıya ödəməli olduğu 29.200 manat məbləğində cərimə məbləği çıxılmaqla qalan 12.764 manat məbləğində pul vəsaitinin Cavabdeh1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Kristal Abşeron” MTK-nin nümayəndəsi X8 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil öz aralarında razılığa gəldiklərini və razılığın nəticəsi olaraq barışıq sazişi bağladıqlarını bildirərək, məhkəməyə mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə və barışıq sazişi təqdim etmişlər və həmin sazişin təsdiq olunmasını, habelə iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Həm iddiaçı, həm cavabdeh tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Bu mübahisələrin həlli üçün tərəflər arasında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində olan 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə bütün mübahisələrə barışıq ilə son qoyulmasını elan edirlər.
2. Tərəflər təsdiq edir ki, 147.980 manat müqavilə öhdəliyi üzrə 41.964,60 manatı iddia verilən tarixə kimi, 2.000 manatı iddia verildikdən sonra xx.xx.2021-ci il tarixdə ödənilmiş, qalıq borc barışıq sazişi imzalanan günə 104.015,40 manat olaraq 10.015,40 manat ödənildikdən sonra qalıq borc 94.000 manat təşkil edir. Bundan əlavə tərəflər razılaşırlar ki, ödəmələri ödəniş gecikdirilmiş aylara görə cəmi 10.000 (on min) manat olmaqla Cavabdeh1 tərəfindən cərimə məbləği ödəniləcək. Qalan hissədə cərimə məbləği cavabdehdən tələb edilməyəcək. Beləliklə də, cavabdehlər tərəfindən ödənilməli qalıq məbləğ barışıq sazişi bağlanandan sonra 104.000 (bir yüz dörd min) manat təşkil edir.
3. Cavabdehlər öhdələrinə götürür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 1 saylı bina, mənzil 2 C-yə görə cavabdehlərin ödəməli olduqları 25 iyun 2018-ci il tarixli ********* saylı payçı müqaviləsi üzrə iddiaçının tələb etdiyi 147.980 manat müqavilə öhdəliyi üzrə əsas borc və qalıq borc üzrə ödənilməli olan cəmi 104.015,40 manat borcdan 10.015,40 (on min on beş manat qırx qəpik) manatını xx.xx.2022-ci il tarixdə, qalıq borc olaraq əsas borc və cərimə məbləği olaraq 104.000 (bir yüz dörd min) manatı isə hər ay 5.000 (beş min) manat olmaqla 10 fevral 2022-ci il tarixdən etibarən 21 ay ərzində ödəməyi və barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verməyi öhdəsinə götürür;
4. İddiaçı öz üzərinə götürür ki, 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə 10.000 (on min) manat pulu 10 yanvar 2022-ci il tarixdə qəbul edir və hər ayın 13-dən gec olmamaqla aylıq 5.000 (beş min) manat pay haqqını tələb edir və barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edir.
5. Tərəflər razılaşır ki, cavabdehlər aylıq pay haqqını iddiaçıya ödəməyi 1 ay gecikdirdiyi halda, iddiaçı ərizə ilə məcburi icra tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır və mübahisəsiz qaydada mənzilin cavabdehlər tərəfindən boşaldılmasını və mənzilin təhvil verilməsini cavabdehlər öz üzərlərinə götürürlər.
6. İddiaçı bu Sazişlə təsdiq edir ki, cavabdehlərin bu Saziş təsdiq edildikdən sonra mübahisəli mənzilə köçməsinə etiraz etmir.
7. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin təsdiq edildiyi andan 10.000 faiz məbləği istisna olmaqla digər faiz və cərimə məbləğləri hissəsində tələblər mövcud olmur və Kooperativ (iddiaçı) 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə tələb etdiyi 94.000 (doxsan dörd min) əsas borc məbləğindən və 10.000 (on min) cərimə məbləğindən əlavə hər hansı bir məbləği tələb etmir.
8. Bu barışıq sazişinə əsasən İddiaçı və cavabdeh üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdikdən sonra bir-birinə qarşı hər hansı şikayəti və iddiası qalmır.
9. Bu saziş 4 (dörd) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilib, 1-ci nüsxəsi məhkəmədə,, 2 nüsxəsi cavabdehlərdə qalır, 4-cü nüsxəsi iddiaçıya verilir.
10. Bu barışıq sazişi təsdiq edildikdən sonra 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)- 527/2022) saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə iddiaçı və cavabdehlərin təqdim etdiyii barışıq sazişini, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər; 52.4-cü maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş və bu barədə məhkəmə iclasının protokolunda müvafiq qeydlər aparılmışdır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MTK və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 10 yanvar 2022-ci il tarixdə Bakı şəhərində bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Sazişin şərtləri:
1. Həm iddiaçı, həm cavabdeh tərəf bəyan edir ki, aralarında yaranmış bütün hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Bu mübahisələrin həlli üçün tərəflər arasında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində olan 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə bütün mübahisələrə barışıq ilə son qoyulmasını elan edirlər.
2. Tərəflər təsdiq edir ki, 147.980 manat müqavilə öhdəliyi üzrə 41.964,60 manatı iddia verilən tarixə kimi, 2.000 manatı iddia verildikdən sonra xx.xx.2021-ci il tarixdə ödənilmiş, qalıq borc barışıq sazişi imzalanan günə 104.015,40 manat olaraq 10.015,40 manat ödənildikdən sonra qalıq borc 94.000 manat təşkil edir. Bundan əlavə tərəflər razılaşırlar ki, ödəmələri ödəniş gecikdirilmiş aylara görə cəmi 10.000 (on min) manat olmaqla Cavabdeh1 tərəfindən cərimə məbləği ödəniləcək. Qalan hissədə cərimə məbləği cavabdehdən tələb edilməyəcək. Beləliklə də, cavabdehlər tərəfindən ödənilməli qalıq məbləğ barışıq sazişi bağlanandan sonra 104.000 (bir yüz dörd min) manat təşkil edir.
3. Cavabdehlər öhdələrinə götürür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 1 saylı bina, mənzil 2 C-yə görə cavabdehlərin ödəməli olduqları 25 iyun 2018-ci il tarixli ********* saylı payçı müqaviləsi üzrə iddiaçının tələb etdiyi 147.980 manat müqavilə öhdəliyi üzrə əsas borc və qalıq borc üzrə ödənilməli olan cəmi 104.015,40 manat borcdan 10.015,40 (on min on beş manat qırx qəpik) manatını xx.xx.2022-ci il tarixdə, qalıq borc olaraq əsas borc və cərimə məbləği olaraq 104.000 (bir yüz dörd min) manatı isə hər ay 5.000 (beş min) manat olmaqla 10 fevral 2022-ci il tarixdən etibarən 21 ay ərzində ödəməyi və barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verməyi öhdəsinə götürür;
4. İddiaçı öz üzərinə götürür ki, 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə 10.000 (on min) manat pulu 10 yanvar 2022-ci il tarixdə qəbul edir və hər ayın 13-dən gec olmamaqla aylıq 5.000 (beş min) manat pay haqqını tələb edir və barışıq sazişinin təsdiq edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edir.
5. Tərəflər razılaşır ki, cavabdehlər aylıq pay haqqını iddiaçıya ödəməyi 1 ay gecikdirdiyi halda, iddiaçı ərizə ilə məcburi icra tədbirlərinin görülməsi üçün məhkəməyə müraciət etməyə haqlıdır və mübahisəsiz qaydada mənzilin cavabdehlər tərəfindən boşaldılmasını və mənzilin təhvil verilməsini cavabdehlər öz üzərlərinə götürürlər.
6. İddiaçı bu Sazişlə təsdiq edir ki, cavabdehlərin bu Saziş təsdiq edildikdən sonra mübahisəli mənzilə köçməsinə etiraz etmir.
7. Tərəflər təsdiq edirlər ki, bu barışıq sazişinin təsdiq edildiyi andan 10.000 faiz məbləği istisna olmaqla digər faiz və cərimə məbləğləri hissəsində tələblər mövcud olmur və Kooperativ (iddiaçı) 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)-527/2022) saylı mülki iş üzrə tələb etdiyi 94.000 (doxsan dörd min) əsas borc məbləğindən və 10.000 (on min) cərimə məbləğindən əlavə hər hansı bir məbləği tələb etmir.
8. Bu barışıq sazişinə əsasən İddiaçı və cavabdeh üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdikdən sonra bir-birinə qarşı hər hansı şikayəti və iddiası qalmır.
9. Bu saziş 4 (dörd) nüsxədə yazılır, nüsxələr eyni hüquqi qüvvəyə malik olmaqla Azərbaycan dilində tərtib edilib, 1-ci nüsxəsi məhkəmədə,, 2 nüsxəsi cavabdehlərdə qalır, 4-cü nüsxəsi iddiaçıya verilir.
10. Bu barışıq sazişi təsdiq edildikdən sonra 2(001)-7981/2021 (yeni nömrəsi 2(001)- 527/2022) saylı mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Fuad Abdıyev