Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5299/2020 26.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızının vəkili və nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızı ilə Cavabdeh1 xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr məhəllə 3123 F.Məlikov küçəsi 3V saylı evin 27 saylı mənzilinə gəlin köçmüş, və iddia ərizəsində qeyd olunan dəyəri 58407 manat olan 141 adda cehiz əmlaklarını həmin mənzilə gətirmişdir. Tərəflərin ailə münasibətləri pozulduğundan iddiaçı nikahın pozulması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona görə də iddiaçı Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızına məxsus dəyəri 58407 manat olan 141 adda əşyaların, yəni çarpayı, döşək, dolab-termo, 2 ədəd tumbadan ibarət yataq mebeli, gecə lampası, gəlincik, dovşan suveniri, tısbağa suveniri, ördək suveniri, tovuzquşu suveniri, ramka şəkil üçün suvenir, 2 ədəd yekə balınc, 4 ədəd balaca balınc, 1 dəst pakrıvallı dəst, 1 ədəd pakrıval, 2 dəst pastel dəsti, 1 dəst yarpaqlı sarı dəst, 3 ədəd tüklü xalça, 2 ədəd örtük, 1 ədəd Arçelik markalı ütü, 1 ədəd düzləşdirici fen, 1 ədəd buran fen, kosmetika və ətirlər, yataq otağı üçün çilçıraq, 4 otaqlıq 2 qat pərdələr, qonaq otağı üçün 82 sm ekran LG televizor, 2 ədəd jurnal stolu, 5 döşəkçə ilə künclü divan, 2 ədəd divanüstü, stol, 8 ədəd stul, fil balaları ilə suvenir, 1 ədəd xalça, 4 dəstli Bulmarin süfrə, 1 ədəd qırmızı rəngli tozsoran, çilçıraq, mənzilin girəcəyi üçün, 1 ədəd mətbəx üçün və 1 ədəd qapı ağzı üçün palaz, çilçıraq, 6 qapılı güzgülü şkaf, 1 ədəd qızılı dabankeş, saat, eyvan üçün 1 ədəd 4 qapılı şkaf, 6 ədəd dəmirayaqlı taburet, qadın və kişi üçün başmaqlar, 18 ədəd paltar asılqanları, telefon altlığı, mətbəx mebeli, Arçelik markalı 2 qapılı soyuducu, yemək bişirmək üçün qaz paneli, asperator, Arçelik markalı paltaryuyan maşın, səsgücləndirici, Karaca markalı toster, uzunladıcı, 2 tərəfli mətbəx asılqanı, 2 ədəd 2 mərtəbəli asılqan, ətçəkən maşın, sokçəkən maşın, samovar çaynik, 1 ədəd çörək qabı, 1 ədəd tort şotkası, qazan tutan, 1 ədəd balıq çarqo, bıçaq dəsti (1 böyük, 6 balaca), çaynik, güllü çaydan, böyük çaydan, 2 ədəd kauçuk qab, mebelin içi üçün qaşıq qabı, 24 ədəd çay dəsmalı (1 ədəd nəmçəkən süfrə, 2 ədəd kəpənəkli üz dəsmalı, 2 ədəd düyməli üz dəsmalı, 2 ədəd ağ üz dəsmalı, 2 ədəd oğlan üz dəsmalı), 2 ədəd aşsüzən, 2 ədəd qırmızı süfrə, 8 ədəd balaca süfrə, çaydan, şəkər tozu qabı, 6 ədəd nəlbəki, 6 ədəd stəkandan ibarət çay servisi, 9 ədəd göy qapaqlı soyuducu qabı, qazanaltı kipkəc, 4 ədəd qazan üçün plastik Tefal qaşıq, masaj üçün aparat, 1 ədəd duz-istiot qabı, 1 ədəd üzərlik qabı, 6 ədəd ərzaq saxlamaq üçün qab, 6 ədəd büllur duz qabı, 2 ədəd kofe bişirən, 2 ədəd ədviyyat üyüdücü, 2 ədəd büllur kül qabı, 4 ədəd büllur mürəbbə qabı, 2 ədəd büllur meyvə qabı, Karaca bıçaq dəsti, 2 ədəd Bagema yaşıl mürəbbə qabı, 2 ədəd Bagema yaşıl meyvə qabı, 1 ədəd Bagema yaşıl gül qabı, 1 ədəd dördlü qızılı çərəz qabı, 1 ədəd qızılı konfet qabı, 2 ədəd qızılı ayaqlı şirniyyat qabı, 1 ədəd qızılı padnos, 12 nəfərlik ağ rəngli lumunak servis, 24 ədəd ipəzor, 24 ədəd Çexiya istehsalı bakal, 12 ədəd elektrik yuvası, qazan dəsti, qırmızı qazan dəsti, 6 ədəd qızılı armudu stəkan nəlbəki ilə, 3 ədəd süfrə, 12 ədəd qızılı bıçaq dəsti, 12 ədəd balaca-böyük çəngəl, 12 ədəd balaca-böyük qaşıq, 12 ədəd kofe stəkanı, 1 ədəd zeytun qabı, dəm çayniki, krem rəngli qızılı qaşlı çay servisi, qaz qaşlı krem rəngli meyvə qabı, 2 qab qızılı çəngəl-qaşıq, 3 ədəd Karaca ağ qapaqlı yağ qabı, 1 ədəd tort qaşığı, mətbəx oyuncaqları (çalğıçı 2 ədəd kişi, kloun 3 ədəd, siçan 2 ədəd, qadın 1 ədəd, kişi 1 ədəd), mətbəx stolu, 4 ədəd stul, göyərti doğramaq üçün taxta, limon doğramaq üçün taxta, 4 ədəd banka açan, ağ qızılı ləpə qabı, kötük, büllur ləpə qabı, 2 ədəd su qabı, Novruz xonça səbəti, 1 ədəd ağ badnos, nərdtaxta, ağ rəngli gül dibçəyi, 2 ədəd boz və qara rəngli şuba, 1 ədəd qaşlı palto, 3 ədəd qara, boz və sarımtıl rəngli palto, 3 ədəd qara, göy və yaşıl rəngli gödəkçə, 1 ədəd dəri gödəkçə, 1 ədəd kostyum, 4 ədəd çəkmə, 6 ədəd qara paltar, 7 cüt ayaqqabı, 2 ədəd çanta, 3 ədəd ağ paltar, 3 dəst yubka-kofta (yaşıl, yasəməni, çəhrayı yubka ağ kofta), 1 ədəd uzun qırmızı paltar, 3 dəst idman geyim dəsti, 2 ədəd ağ köynək, 3 ədəd dəri, sadə qara rəngli qış yubkası, 7 ədəd kapron kalqotka, 1 ədəd şaxta baba corabı, 6 ədəd hörmə corab, 1 ədəd hamam xalatı, 2 ədəd xidməti polis köynəyi, göz muncuğu, 3 ədəd gün eynəyi, dərs dəftərləri və kitablarından ibarət əşyaların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili və nümayəndəsi X3 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-5299\2020 saylı qərardadının icrası zamanı iddia ərizəsində qeyd olunan 141 adda əşyalar icra məmuru tərəfindən sayılaraq siyahıya alınmış və saxlanılması üçün cavabdehlərə təhvil verilmişdir. Cavabdehlər özləri həmin əşyaların mənzildən çıxarılmasında maraqlıdırlar, belə ki, onlar mənzildə öz əşyalarını yerləşdirmək istəyirlər. İddiaçıya məxsus əşyaların dəyərinin 58407 manat olması müəyyən edilmədiyi üçün cavabdehlər iddia ərizəsini qismən qəbul edir və iddia ərizəsində sadalanan 141 adda əşyaları iddiaçıya qısa müddət ərzində qaytarmağa razıdırlar. Ona iddia ərizəsini qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1.-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 384824 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X2 xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 288 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Məmmədzadə soyadı verilmişdir. Akgul Mobilyanın xx.xx.2020-ci il tarixli qaimə fakturasının surətindən müəyyən olunur ki, Ramiz Ocaqverdiyev qiyməti 5000 manat olan 1 dəst mətbəx mebeli, qiyməti 1200 manat olan 1 ədəd dəhliz mebeli, qiyməti 500 manat olan 1 ədəd balkon şkafı və qiyməti 50 manat olan 1 ədəd telefon altlığı üçün cəmi 6750 manat ödəniş etmişdir. Merinos Mebelin xx.xx.2020-ci il tarixli satış qaiməsindən müəyyən olunur ki, X4 Balat yataq dəstini 4800 manata almışdır. Baku Elektroniks MMC-nin zəmanət talonundan müəyyən olunur ki, X2 xx.xx.2020-ci il tarixdə LG markalı televizorunu 1 il zəmanətlə 1749 manata almışdır. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Ə.Hüseynovun xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7 mik, 3123-cü məhəllə F.Məlikov küçəsi 3V saylı evin 27 saylı mənzilində tələbkar X1 məxsus icra sənədində sadalanan əmlaklar siyahıya alınmaqla üzərinə həbs qoyulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5299\2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X9 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçıya məxsus iddia ərizəsində qeyd olunan 141 adda əşyalar cavabdehlərin yaşadıqları Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr məhəllə 3123 F.Məlikov küçəsi 3V saylı evin 27 saylı mənzilində yerləşir, cavabdehlər həmin əşyaları iddiaçıya qaytarmağa razıdırlar. İddiaçı ona məxsus olan və iddia ərizəsində sadalanan əşyaların dəyərinin 58407 manat olmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hall öz təsdiqini tapmamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi 141 adda əşyanın cavabdehlər tərəfindən ona qaytarılmasına dair tərəflər arasında mübahisə olmadığından iddia ərizəsi qismən təmin edilməklə həmin əşyalar cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 çarpayı, döşək, dolab-termo, 2 ədəd tumbadan ibarət yataq mebeli, gecə lampası, gəlincik, dovşan suveniri, tısbağa suveniri, ördək suveniri, tovuzquşu suveniri, ramka şəkil üçün suvenir, 2 ədəd yekə balınc, 4 ədəd balaca balınc, 1 dəst pakrıvallı dəst, 1 ədəd pakrıval, 2 dəst pastel dəsti, 1 dəst yarpaqlı sarı dəst, 3 ədəd tüklü xalça, 2 ədəd örtük, 1 ədəd Arçelik markalı ütü, 1 ədəd düzləşdirici fen, 1 ədəd buran fen, kosmetika və ətirlər, yataq otağı üçün çilçıraq, 4 otaqlıq 2 qat pərdələr, qonaq otağı üçün 82 sm ekran LG televizor, 2 ədəd jurnal stolu, 5 döşəkçə ilə künclü divan, 2 ədəd divanüstü, stol, 8 ədəd stul, fil balaları ilə suvenir, 1 ədəd xalça, 4 dəstli Bulmarin süfrə, 1 ədəd qırmızı rəngli tozsoran, çilçıraq, mənzilin girəcəyi üçün, 1 ədəd mətbəx üçün və 1 ədəd qapı ağzı üçün palaz, çilçıraq, 6 qapılı güzgülü şkaf, 1 ədəd qızılı dabankeş, saat, eyvan üçün 1 ədəd 4 qapılı şkaf, 6 ədəd dəmirayaqlı taburet, qadın və kişi üçün başmaqlar, 18 ədəd paltar asılqanları, telefon altlığı, mətbəx mebeli, Arçelik markalı 2 qapılı soyuducu, yemək bişirmək üçün qaz paneli, asperator, Arçelik markalı paltaryuyan maşın, səsgücləndirici, Karaca markalı toster, uzunladıcı, 2 tərəfli mətbəx asılqanı, 2 ədəd 2 mərtəbəli asılqan, ətçəkən maşın, sokçəkən maşın, samovar çaynik, 1 ədəd çörək qabı, 1 ədəd tort şotkası, qazan tutan, 1 ədəd balıq çarqo, bıçaq dəsti (1 böyük, 6 balaca), çaynik, güllü çaydan, böyük çaydan, 2 ədəd kauçuk qab, mebelin içi üçün qaşıq qabı, 24 ədəd çay dəsmalı (1 ədəd nəmçəkən süfrə, 2 ədəd kəpənəkli üz dəsmalı, 2 ədəd düyməli üz dəsmalı, 2 ədəd ağ üz dəsmalı, 2 ədəd oğlan üz dəsmalı), 2 ədəd aşsüzən, 2 ədəd qırmızı süfrə, 8 ədəd balaca süfrə, çaydan, şəkər tozu qabı, 6 ədəd nəlbəki, 6 ədəd stəkandan ibarət çay servisi, 9 ədəd göy qapaqlı soyuducu qabı, qazanaltı kipkəc, 4 ədəd qazan üçün plastik Tefal qaşıq, masaj üçün aparat, 1 ədəd duz-istiot qabı, 1 ədəd üzərlik qabı, 6 ədəd ərzaq saxlamaq üçün qab, 6 ədəd büllur duz qabı, 2 ədəd kofe bişirən, 2 ədəd ədviyyat üyüdücü, 2 ədəd büllur kül qabı, 4 ədəd büllur mürəbbə qabı, 2 ədəd büllur meyvə qabı, Karaca bıçaq dəsti, 2 ədəd Bagema yaşıl mürəbbə qabı, 2 ədəd Bagema yaşıl meyvə qabı, 1 ədəd Bagema yaşıl gül qabı, 1 ədəd dördlü qızılı çərəz qabı, 1 ədəd qızılı konfet qabı, 2 ədəd qızılı ayaqlı şirniyyat qabı, 1 ədəd qızılı padnos, 12 nəfərlik ağ rəngli lumunak servis, 24 ədəd ipəzor, 24 ədəd Çexiya istehsalı bakal, 12 ədəd elektrik yuvası, qazan dəsti, qırmızı qazan dəsti, 6 ədəd qızılı armudu stəkan nəlbəki ilə, 3 ədəd süfrə, 12 ədəd qızılı bıçaq dəsti, 12 ədəd balaca-böyük çəngəl, 12 ədəd balaca-böyük qaşıq, 12 ədəd kofe stəkanı, 1 ədəd zeytun qabı, dəm çayniki, krem rəngli qızılı qaşlı çay servisi, qaz qaşlı krem rəngli meyvə qabı, 2 qab qızılı çəngəl-qaşıq, 3 ədəd Karaca ağ qapaqlı yağ qabı, 1 ədəd tort qaşığı, mətbəx oyuncaqları (çalğıçı 2 ədəd kişi, kloun 3 ədəd, siçan 2 ədəd, qadın 1 ədəd, kişi 1 ədəd), mətbəx stolu, 4 ədəd stul, göyərti doğramaq üçün taxta, limon doğramaq üçün taxta, 4 ədəd banka açan, ağ qızılı ləpə qabı, kötük, büllur ləpə qabı, 2 ədəd su qabı, Novruz xonça səbəti, 1 ədəd ağ badnos, nərdtaxta, ağ rəngli gül dibçəyi, 2 ədəd boz və qara rəngli şuba, 1 ədəd qaşlı palto, 3 ədəd qara, boz və sarımtıl rəngli palto, 3 ədəd qara, göy və yaşıl rəngli gödəkçə, 1 ədəd dəri gödəkçə, 1 ədəd kostyum, 4 ədəd çəkmə, 6 ədəd qara paltar, 7 cüt ayaqqabı, 2 ədəd çanta, 3 ədəd ağ paltar, 3 dəst yubka-kofta (yaşıl, yasəməni, çəhrayı yubka ağ kofta), 1 ədəd uzun qırmızı paltar, 3 dəst idman geyim dəsti, 2 ədəd ağ köynək, 3 ədəd dəri, sadə qara rəngli qış yubkası, 7 ədəd kapron kalqotka, 1 ədəd şaxta baba corabı, 6 ədəd hörmə corab, 1 ədəd hamam xalatı, 2 ədəd xidməti polis köynəyi, göz muncuğu, 3 ədəd gün eynəyi, dərs dəftərləri və kitabları alınaraq Məmmədzadə (Ocaqverdiyeva) Aytac Ramiz qızına verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5299/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5299/2020
26.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver