Məhkəmə qərarları › İş №2(001)-5303/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5303/2021

15.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5303/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 27 oktyabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək hər ay onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə 100 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)-1995/2021 saylı qətnaməsi ilə 21 yanvar 2021-ci il tarixdən hesablanmaqla 10 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi ilə alimentin hesablanması onun məhkəməyə iddia ərizəsi verdiyi gündən hesablanmışdır. 2020-ci ilin oktyabr ayının 27-dən etibarən o, keçmiş həyat yoldaşı ilə ayrı yaşayırlar. Həmin müddətdə o, uşağa təkbaşına baxmışdır. Uşağın atası 2020-ci il oktyabr ayının 27-dən 2021-ci il yanvar ayının 21-dək maraqlanmamış və heç bir maddi kömək göstərməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, 2020-ci ilin oktyabr ayının 27-də cavabdeh tərəfindən evdən qovulmuşdur. 15 noyabr 2020-ci il tarixdə o, iddiaçıya zəng edərək uşağın xəstə olduğunu, temperaturunun yüksək olduğunu bildirmişdir. Həmin vaxt cavabdehdən uşağın saxlanması üçün maddi köməklik istəməmiş, sadəcə uşağın xəstə olması barədə atasına məlumat vermişdir. Daha sonra o, 06 dekabr 2020-ci il tarixdə barışıq üçün cavabdehin evinə getsə də, o, yenə də cavabdehin anası tərəfindən evə buraxılmamışdır. Həmin vaxtı da o, uşağın saxlanması üçün vəsait tələb etməmişdir. 22 dekabr 2020-ci il tarixdə isə o, cavabdehin iş yerinə müraciət edərək, cavabdehin ailəsinə kobud davranmasını, onu döyməsini, uşağın saxlanmasında kömək etməməsini bildirmişdir. Cavabdehin anası ona 200 manat məbləğində pulun verilməsini bildirsə də, ona həmin pul verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı evi tərk edərək 2020-ci ilin oktyabr ayının 27-dən öz evinə getmişdir. İddiaçı cavabdeh tərəfindən döyülməmiş, təhqir edilməmişdir. İddiaçı evi tərk etdikdən sonra cavabdehə zəng etmiş, uşağın temperaturunun olduğunu bildirmişdir. İddiaçı uşağın saxlanması ilə bağlı cavabdehdən maddi yardım istəməmiş, 2021-ci ilin yanvar ayında birbaşa məhkəməyə aliment tələbi ilə bağlı iddia ərizəsi vermişdir. Ərizə verildiyi tarixdən də 368 manat iddiaçıya aliment ödənilir. Ondan qabaq o, iddiaçıya uşağın saxlanması üçün 200 manat məbləğində pul vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(001)- 1995/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 28 fevral 2019-cu il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 416 nömrə ilə qeydə alınmış nikahın pozulması, 10 aprel 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 10 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarda alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 10 aprel 2020-ci il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, aliment məbləğinin 21 yanvar 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X6 tərəfindən İddiaçı ünvanlanmış 11 yanvar 2021-ci il tarixli məktubunun surətindən görünür ki, onun həyat yoldaşı, Alayın 9-cu patrul bölüyünün polis nəfəri Cavabdeh onu işdən çıxarması, ona qarşı kobud davranaraq döyməsi, onun və uşağının qayğısına qalmayaraq ehtiyaclarını ödəməməsi, qızıl-zinət əşyalarının geri qaytarmasına köməklik edilməsi barədə 22 dekabr 2020-ci il tarixdə Alay Rəhbərliyinə ünvanladığı müraciətə baxılmış və ona bildirilmişdir ki, cəmiyyətdə qəbul olunmuş normalara riayət etməyərək ailə münasibətlərini düzgün qura bilmədiyinə, məsuliyyətsiz, laqeyd davranışı ilə ailədaxili məişət xarakterli münaqişənin daha da kəskinləşməsinə səbəb olduğuna, həyat yoldaşı və azyaşlı övladının qayğısına qalmamaqla cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədiyinə görə polis nəfəri Cavabdeh intizam məsuliyyətinə cəlb olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, məhkəmənin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan uşaq iddiaçının himayəsində saxlanmış və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən 21 yanvar 2021-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin, habelə uşaq üç yaşına çatanadək cavabdehdən 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı 27 oktyabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixə qədər cavabdehin uşağın saxlanmasında iştirak etmədiyini əsas gətirərək həmin vaxt üçün alimentin tutulmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddələrinə əsasən aiment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd olunan ailə qanunvericiliyinin normasına əsasən məhkəmə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən etdikdə, əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tuta bilər. Hazırki iş üzrə isə iddiaçı özü etiraf edir ki, o, cavabdehə zəng edərək uşağın sağlamlıq vəziyyəti ilə bağlı məlumat versə də, lakin ondan uşağın saxlanması üçün aliment tələb etməmişdir. Daha sonra isə cavabdehlə barışıq əldə etmək üçün tədbirlər görsə də, nəticəsi olmamışdır. Bütün bunlardan sonra isə o, 22 dekabr 2020-ci il tarixdə cavabdehin iş yerinə müraciət edərək, cavabdehin ona qarşı kobud davranaraq döyməsini, onun və uşağının qayğısına qalmayaraq ehtiyaclarını ödəməməsini bildirmiş, qeyd olunan hallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X6 tərəfindən araşdırılmış və cavabdeh intizam məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı 27 oktyabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və əlavə 100 manat aliment tutulmasını xahiş etsə də, iddiaçının yalnız 22 dekabr 2020-ci il tarixdə aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. 22 dekabr 2020-ci il tarixə qədər isə iddiaçı cavabdehdən uşağın saxlanması üçün hər hansı məbləğdə aliment tələb etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 22 dekabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək 10 aprel 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment, habelə iddiaçının saxlanması üçün 100 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 dekabr 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək 10 aprel 2020-ci il təvəllüdlü X1 üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarda aliment, habelə iddiaçının saxlanması üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar