Məhkəmə qərarları › İş №2(001)-5351/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5351/2021

24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5351/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan imtina edilməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan imtina edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin tələbin məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, qanunvericilik məhkəmə qaydasında valideynlik hüquqlarından məhrumetməni nəzərdə tutsa da, valideynlik hüququndan məhkəmə qaydasında imtinanı nəzərdə tutmayıb. Hətta valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədən isə görünür ki, məhkəməyə müraciət edilməsinin məqsədi cavabdeh tərəfindən onun uşaqları ilə görüşməsinə maneə törədildikdən, aliment alınması vasitəsilə "ondan istifadə etməyə" yol verməməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya izah olunmalıdır ki, cavabdeh tərəfindən onun uşaqları ilə ünsiyyətinə maneə törədildiyi halda, onun məhkəməyə həmin maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə müraciət etmək hüququ var. Bundan əlavə qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ərizəsinə hər hansı sənəd əlavə etməmiş, yalnız ərizəsini məhkəməyə təqdim etməklə kifayətlənmiş, bu isə eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin də tələblərinə cavab vermir. Həmçinin cavabdeh iddia ərizəsində qeyd olunduğu kimi, Cəbrayıl rayonunda qeydiyyatda olduğu təqdirdə, iddia ərizəsi də həmin rayonun məhkəməsinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan imtina edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar