Məhkəmə qərarları › İş №2(001)-539/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-539/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-539/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı “əmlak və zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan və iddia ərizəsində sadalanan cehiz əşyalarının, nikah dövründə hədiyyə olunan ona məxsus geyim əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərinin natura şəklində geri ödənilməsi(ümumi dəyəri 21790 manat) və ödənilmiş 157 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 iyul 2022-ci ildə rəsmi nikaha daxil olmuşdur. Evləndikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, ev 171-ə köçərək, orada yaşamışdır.Təxmini olaraq bir ay sonra ailədə yaranan ona qarşı güvənsizlik və ona qarşı söylədiyi iyrənc böhtanın ardından o, avqust ayının sonlarında valideynlərinin yaşadığı evə geri qayıtmışdır. Halhazırda nikahın pozulması ilə bağlı iddia qaldırmış və 2(001)-6362/2022 saylı mülki iş Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin icraatındadır. Gəlin köçərkən ona valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyalarının cavabdehin yaşadığı evə aparmış və orada qalmaqdadır. Ailə qurduqları an mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Belə ki, Cavabdeh xeyli müddət keçdikdən sonra evdə yaranan pul itkisinə görə ona qarşı şər, böhtan ataraq evdəkilərin fikrini təsdiq etmişdir. Bu barədə özlərinə dəfələrlə etmədiyini bildirsə də, ona qarşı etimad göstərməmiş və öz fikirlərindən yayınmamışdır. Belə olduğu təqdirdə o, evi tərk edərək, valideynlərinin yaşadığı evə təzədən qayıtmışdır. Valideynlərinin yaşadığı evə geri döndükdə heç bir palpaltar və ya avadanlıq apara bilməmiş və sonda bu kimi problemləri həll etmək üçün məhkəməyə müraciət edərək, məhkəmə qaydasında tələb etməyi qərara almışdır. O, evdən qovulduğu zaman toy vaxtı valideynləri tərəfindən hədiyyə olaraq alınmış cehiz əşyaları, yəni – mebellər: Şfoner 6 qapılı, taxt, 2 ədəd tumbalar, termo+oturacaqları, balaca xalça oval, kamod, 6 ədəd stol, divan+2 kreslo, 2 ədəd lüstur, 2 ədəd qoşa jurnalnıcəmi dəyəri 7700 manat, 2.5 m və 3.5 m ölçülərdə xalça-400 manat+100 manat, zal və yataq otağı üçün pərdələr-dəyəri 1000 manat, 160 sm-lik televizor-2000 manat, “Bosch” markalı qabyuyan maşın-1100 manat, “Bosch” markalı elektrikli soba-800 manat, dəyəri 600 manat olan 1 dəst taxt döşəyi, 1 dəst taxt yorğanı, 4 ədəd balış və göy rəngli yay pakrıvalı, 2 ədəd balışüzü-50 manat, 6 ədəd çay dəsmalı-40 manat, 5 ədəd əl-üz dəsmalı - 70 manat, 2 ədəd “qətvə”-40 manat, 5 ədəd pastel dəsti-400 manat, 4 ədəd “skater”-270 manat, ütü stolu+pol vedrəsi-100 manat, çəhrayı rəngli balışüzü ilə birlikdə tək nəfərlik pakrıval, “Hofmann” markalı ətçəkən maşın -200 manat, “Hofmann” markalı sokçəkən maşın-100 manat, “Tefal” markalı ütü-150 manat, “Philips” markalı tozsoran-350 manat, qırmızı rəngli blender dəsti-180 manat, toster-70 manat, 4 dəst “Karaca” markalı qazan dəsti-300 manat, “Karaca” markalı servis dəsti-160 manat, 132 predmet servis dəsti-1000 manat, 2 ədəd ayaqlı qəndqabı-20 manat, 6 ədəd ağ rəngli boşqab -30 manat, 4bucaq qara qırmızı güllü boşqablar-40 manat, yarım xrustal ləpə qabı-50 manat, güllər+kukla+7 ədəd toy diskləri-180 manat, 24 parça göy rəngli boşqab dəsti-200 manat, bıçaq dəsti nabor zenmarka-60 manat, 12 ədəd çamadan qaşıq dəsti-400 manat, 7 ədəd Zen nabor dəsti-120 manat, 3 ədəd padnos dəsti-50 manat, Arten home boz rəngli qəfədan-60 manat, 6 ədəd Lav bakal dəsti-10 manat, 6 ədəd Lav armudu stəkan-30 manat, 12 ədəd ağ rəngli mürəbbə qabı-20 manat, çamadan pakrıval-400 manat, Madame coco yorğanı- 170 manat, 6 ədəd ayaqlı və 6 ədəd ayaqsız olmaqla 12 ədəd xrustal bakallar-250 manat, 6 ədəd Bagema bakalı-60 manat, 6 ədəd çaynı nabor- 100 manat, 2 ədəd xrustal “lodka”- 150 manat, xrustal külqabı-70 manat, qara rəngli çaynik-20 manat, 2 ədəd konfet qabı+ 1ədəd meyvə qabı (3lü bogema)-300 manat, 2 ədəd 4bucaq xrustal qənd qabı-50 manat, 1 ədəd xrustal güldan-150 manat, 3 ədəd xrustal meyvə vazı-500 manat, xrustal ağzı qapaqlı mürəbbə qabı-100 manat, 2 ədəd səbət konfet qabı -150 manat, 1 ədəd lepkalı ağ meyvə qabı-50 manat, 2 ədəd güllü bulud-40 manat, 3 ədəd ağ lepkalı şirniyyat qabı-120 manat, 6 parça “Galaxy” markalı granite qazan dəsti-300 manat, 7 ədəd ağ rəngli mətbəx naboru-120 manat, 3 ədəd saxlama qranit qab-100 manat, 2 ədəd borcam şüşə qab-50 manat, paltar dəstləri:-göy rəngli dəst kostyum, 1 ədəd qırmızı uzun don, 1 ədəd mavi uzun don, 2 ədəd qara qısa don, 4 ədəd şalvar, 1 ədəd yupka, 3 ədəd ayaqqabı, 4 ədəd çanta, alt-paltarları+üst paltarları, 1 ədəd boz rəngli vilur don, koftalar, qış paltarları+yay paltarları, 2 ədəd botinka, kitablar, hamam dəsti, gecə paltarları və 1 ədəd tulum gəlin köçdüyü mənzildə qalmışdır.Cehiz əşyalarının ümumi dəyəri 21820 manat təşkil edir. Cavabdeh ilk iddia ərizəsinə etiraz edərək, İddiaçı ona qarşı olan “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia tələbləri əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə o, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra iddiaçı Bakı şəhəri,Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evə gəlin köçmüş və onlar orada yaşamışlar. İddaçının tələbində göstərdiyi televizor və geyim əşyaları istisna olmaqla, cehiz əşyaları gəlin köçdüyü Bakı şəhəri,Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evdədir. Tələb olunan əşyalardan geyim əşyalarını evi tərk edib gedərkən özü ilə aparmışdır. Həmin əşyaları aparması faktı həyətdə aparılan kamerə çəkilişində öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı gəlin gələrkən cehiz əşyası kimi televizor gətirməmişdir. Onun qeyd etdiyi “LG 65” markalı televizoru ailə həyatı qurmamışdan əvvəl "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə satış müqaviləsinə əsasən aylıq 99.00 manat ödənilməklə, ümumi dəyəri 1.889,99 manat olmaqla, almışdır. Bundan başqa, iş üzrə iddiaçı iddia tələbində irəli sürdüyü mebel dəsti, pərdə, qab yuyan, elektrik soba, taxt döşəyi, taxt yorğanı 4 ədəd balınc pakrıval, balış üzü, çay dəsmalı, əl-üz dəsmalı, qətvə, pastel dəsti, süfrə, ütü stolu, döşəmə vedrəsi, şirəçəkən maşın, ütü tefal, tozsoran, blinder dəsti, toster, karaca qazan, karaca servis dəsti, servis dəsti, ayaqlı qənd qabı, boşqab dəsti, güllü boşqablar, ləpə qabı, bıçaq dəsti, qaşıq dəsti, padnos dəsti, qəfədan, mürəbbə qabları, yorğan, xrustal bakal, külqabı, çaydan, meyvə qabı, konfet qabı, lepkalı meyvə qabı, güllü bulud, şirniyyat qabı, digər şüşə qab bu gündə də, iddiaçının gəlin gəldiyi mənzildədir. İddiaçının gəlin gətirdiyi əmlak siyahısında mebellə bağlı hissədə mebelin dəyərini 7500 manat müəyyən etsə də, həmin mebelin dəyərinin 4.400 manatını o, ödəsə də, qaıan 3100 manatını satıcıya ödəməmişdir. Bu günə qədər mebeli satan şəxslər iddiaçı tərəfindən telefonlarını söndürdükləri səbəbindən qalıq borcla bağlı onları narahat edirlər. Eyni zamanda, iddiaçının əmlak tələbi ilə bağlı pərdəyə gəldikdə isə, pərdənin dəyəri 1500 manat təşkil edir, lakin pərdəni satan şəxslər onu onlara rəğmən 1000 manata iddiaçıya satmalarına baxmayaraq, həmin əmlakın dəyəri ödənilmədiyindən, pərdənin sahibləri onları bu günə kimi ödənişin edilməsi ilə bağlı narahat edirlər. Cavabdeh İddiaçı qarşı “əmlak və zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı olan “cehiz əşyalarının qaytarılması” tələbinə dair ilk iddia tələblərinin tamamilə rədd edilməsi, onun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak və qızıl zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin tam həcmdə təmin edilərək, ona məxsus dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, ona hədiyyə olunan 585 əyyar, 6 qramlıq dəyəri 450(dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan qızıl sep klonla birlikdə natura şəklində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ona qaytarılması, bu mümkün olmadıqda isə, həmin əşyaların real bazar dəyərininin- 1.579,96(min beş yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə o, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Evləndikdən sonra iddiaçı Bakı şəhəri,Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evə gəlin köçmüş və onlar orada yaşamışlar. İlk iddia üzrə iddiaçının tələbində göstərdiyi cehiz əşyaları gəlin köçdüyü Bakı şəhəri,Binəqədi rayonu,28 May qəsəbəsi, İzlivnoy küçəsi 171 saylı evdədir. Tələb olunan əşyalardan geyim əşyalarını evi tərk edib gedərkən özü ilə aparmışdır. Həmin əşyaları aparması faktı həyətdə aparılan kamerə çəkilişində öz əksini tapmışdır. ilk iddia üzrə İddiaçı evi tərk edib gedərkən ona məxsus dəyəri 579,96 manat olan “Samsung Galaxy A 32” markalı mobil telefonu, atamın dostu Yasin müəllimin ona toyda hədiyyə etdiyi 585 əyyar, 6 qramlıq, dəyəri 450 manat olan qızıl kişi üzüyünü, yaxın tanışı Sona xanımın toyda ona hədiyyə etdiyi 585 əyyar, 8 qramlıq dəyəri 550 manat qızıl sepi klonla birlikdə özü ilə aparmışdır. Bununla da ilk iddia üzrə İddiaçı evi tərk edib gedərkən ona məxsus ümumi dəyəri 1579 (min beş yüz yetmiş doqquz )manat təşkil edən telefonunu və qızıl zinət əşyalarını da özü ilə aparmışdır. Beləliklə də hesab edir ki, ilk iddia tələbləri əsassız və qanunsuz olduğu üçün tamamilə rədd edilməsi, onun iddiası isə əsaslı və qanuni olduğu üçün tam həcmdə təmin edilməsi həm qanuni, həm əsaslı, həm də ədalətli olardı. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı ilk iddiasını müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddianı qəbul etmədiyini, qarşılıqlı iddiada qeyd edilən əşyaların onda olmadığını bildirərək qarşılıqlı iddia tələbinin təmin edilməsinə etiraz etdiyini bildirdi. Həmçinin nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini və hazırda mülki işin Binəqədi Rayon Məhkəməsinin icraatında olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X2 etiraza və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddianın qismən təmin edilməsinə etiraz etmədiklərini bildirib, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda suallara cavab olaraq bildirmişdir ki, ilk iddia üzrə iddiaçının iddia tələbində göstərdiyi cehiz əşyalarından 2.5, 3.5 metr ölçüdə olan xalçalardan birinin və 4 ədəd skaterdən 2 ədədinin onlarda olduqlarını, televizoru toydan əvvəl özlərinin aldıqlarını, 2 ədəd balış üzünün, 7 ədəd toy diskini, 12 ədəd ağ rəngdə mürəbbə qabının və eyni zamanda paltar dəstlərinin və kitabların onlarda olmadığını, qalan cehiz əşyalarının onlarda olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil ilk iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirib, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 523768 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 01 iyul 2022ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2388 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Süleymanova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixliİlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* №-li qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 157 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh 01 iyul 2022-ci il tarixdə nikaha daxil olmuşdur. Daha sonra tərəflər arasında münasibətlər korlanmış, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və hal-hazırda mülki iş məhkəmənin icraatındadır. Hazırda ilk iddia üzrə iddiaçı iddia ərizəsində əmlakların cavabdehdən alınıb ona qaytarılmasını xahiş edir, Cavabdeh isə iddianı qismən qəbul edərək iddia ərizəsində qeyd edilmiş əmlakların bir qisminin onda olduğunu etiraf edir və həmin əmlakların ondan alınıb iddiaçıya verilməsinə etiraz etmir. Eyni zamanda ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, ona hədiyyə olunan 585 əyyar, 6 qramlıq dəyəri 450(dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan qızıl sep klonla birlikdə natura şəklində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ona qaytarılmasını xahış edir, qarşılıqlı iddia üzrə cavabdeh isə telefonun və qızıl zinət əşyalarının onda olmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənlərə əsasən məhkəmə ilk növbədə ilk iddia ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində əmlakların hamısının cavabdehdə olduğunu bildirərək, həmin əmlakları cavabdehdən tələb etsə də, onların hamısının cavabdehdə olduğu barədə və eləcə də əmlakların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də, məhkəmə ilk iddia üzrə Cavabdeh iddia ərizəsində qeyd edilmiş əmlakların bir qisminin onda olması barədə etirafını nəzərə alaraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, 6 qapılı Şifoner, taxt, 2 ədəd tumbalar, termo+oturacaqları, balaca xalça oval, kamod, 6 ədəd stol, divan+2 kreslo, 2 ədəd lüstur, 2 ədəd qoşa jurnalnı, 3.5 m ölçüdə xalça, zal və yataq otağı üçün pərdələr, “Bosch” markalı qabyuyan maşın, “Bosch” markalı elektrikli soba, 1 dəst taxt döşəyi, 1 dəst taxt yorğanı, 4 ədəd balış və göy rəngli yay pakrıvalı, 6 ədəd çay dəsmalı, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd qətvə, 5 ədəd pastel dəsti, 2 ədəd skater, ütü stolu+pol vedrəsi, çəhrayı rəngli balışüzü ilə birlikdə tək nəfərlik pakrıval, “Hofmann” markalı ətçəkən maşın, “Hofmann” markalı sokçəkən maşın, “Tefal” markalı ütü, “Philips” markalı tozsoran, qırmızı rəngli blender dəsti, toster, 4 dəst “Karaca” markalı qazan dəsti, “Karaca” markalı servis dəsti, 132 predmet servis dəsti, 2 ədəd ayaqlı qəndqabı, 6 ədəd ağ rəngli boşqab, 4bucaq qara qırmızı güllü boşqablar, yarım xrustal ləpə qabı, güllər+kukla, 24 parça göy rəngli boşqab dəsti, bıçaq dəsti nabor zenmarka, 12 ədəd çamadan qaşıq dəsti, 7 ədəd Zen nabor dəsti, 3 ədəd padnos dəsti, Arten home boz rəngli qəfədan, 6 ədəd Lav bakal dəsti, 6 ədəd Lav armudu stəkan, çamadan pakrıval, Madame coco yorğanı, 6 ədəd ayaqlı və 6 ədəd ayaqsız olmaqla 12 ədəd xrustal bakal, 6 ədəd Bagema bakalı, 6 ədəd çaynı nabor, 2 ədəd xrustal “lodka”, xrustal külqabı, qara rəngli çaynik, 2 ədəd konfet qabı+ 1ədəd meyvə qabı (3lü bogema), 2 ədəd 4bucaq xrustal qənd qabı-, 1 ədəd xrustal güldan, 3 ədəd xrustal meyvə vazı, xrustal ağzı qapaqlı mürəbbə qabı, 2 ədəd səbət konfet qabı, 1 ədəd lepkalı ağ meyvə qabı, 2 ədəd güllü bulud, 3 ədəd ağ lepkalı şirniyyat qabı, 6 parça “Galaxy” markalı granite qazan dəsti, 7 ədəd ağ rəngli mətbəx naboru, 3 ədəd saxlama qranit qab, 2 ədəd borcam şüşə qab ilk iddia üzrə Cavabdeh alınaraq ilk iddia üzrə İddiaçı verilməli, qalan hissədə ilk iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi lazım bilir ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsinə müvafiq ödəniş qəbzləri əlavə edilmiş olsa da, həmin qəbzlər ona məxsus olmadığından və həmin qəbzlərin məhkəmə araşdırması zamanı ona məxsus cehiz əmlaklarının alınması ilə əlaqədar olmasını müəyyən etmək mümkün olmadığından, ilk iddia tələbi üzrə sübut qismində nəzərə alına bilməz. Eyni zamanda məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsində qeyd edilən dəyəri 579,96 manat olan “Samsung Galaxy A32” markalı mobil telefonunun, 585 əyyar, 6 qramlıq dəyəri 450(dörd yüz əlli) manat olan qızıl kişi üzüyünün, 8 qramlıq dəyəri 550 (beş yüz əlli) manat olan klonla birlikdə qızıl sepin qarşılıqlı iddia üzrə cavabdehdə olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki,qarşılıqlı iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən iş üzrə ilk iddiaçı tərəfindən ödənilmiş 157 (yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun 120 (yüz iyirmi) manatı ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsi, 171 nömrəli evdə olan 6 qapılı şifoner, taxt, 2 ədəd tumbalar, termo+oturacaqları, balaca xalça oval, kamod, 6 ədəd stol, divan+2 kreslo, 2 ədəd lüstur, 2 ədəd qoşa jurnalnı, 1 ədəd 3.5 m ölçüdə xalça, zal və yataq otağı üçün pərdələr, “Bosch” markalı qabyuyan maşın, “Bosch” markalı elektrikli soba, 1 dəst taxt döşəyi, 1 dəst taxt yorğanı, 4 ədəd balış və göy rəngli yay pakrıvalı, 6 ədəd çay dəsmalı, 5 ədəd əl-üz dəsmalı, 2 ədəd qətvə, 5 ədəd pastel dəsti, 2 ədəd skater, ütü stolu+pol vedrəsi, çəhrayı rəngli balışüzü ilə birlikdə tək nəfərlik pakrıval, “Hofmann” markalı ətçəkən maşın, “Hofmann” markalı sokçəkən maşın, “Tefal” markalı ütü, “Philips” markalı tozsoran, qırmızı rəngli blender dəsti, toster, 4 dəst “Karaca” markalı qazan dəsti, “Karaca” markalı servis dəsti, 132 predmet servis dəsti, 2 ədəd ayaqlı qətdan, 6 ədəd ağ rəngli boşqab, 4bucaq qara qırmızı güllü boşqablar, yarım xrustal ləpə qabı, güllər+kukla, 24 parça göy rəngli boşqab dəsti, bıçaq dəsti nabor zenmarka, 12 ədəd çamadan qaşıq dəsti, 7 ədəd Zen nabor dəsti, 3 ədəd padnos dəsti, Arten home boz rəngli qəfədan, 6 ədəd Lav bakal dəsti, 6 ədəd Lav armudu stəkan, çamadan pakrıval, Madame coco yorğanı, 6 ədəd ayaqlı və 6 ədəd ayaqsız olmaqla, 12 ədəd xrustal bakal, 6 ədəd Bagema bakalı, 6 ədəd çaynı nabor, 2 ədəd xrustal “lodka”, xrustal külqabı, qara rəngli çaynik, 2 ədəd konfet qabı+ 1ədəd meyvə qabı (3lü bogema), 2 ədəd 4bucaq xrustal qənd qabı-, 1 ədəd xrustal güldan, 3 ədəd xrustal meyvə vazı, xrustal ağzı qapaqlı mürəbbə qabı, 2 ədəd səbət konfet qabı, 1 ədəd lepkalı ağ meyvə qabı, 2 ədəd güllü bulud, 3 ədəd ağ lepkalı şirniyyat qabı, 6 parça “Galaxy” markalı granite qazan dəsti, 7 ədəd ağ rəngli mətbəx naboru, 3 ədəd saxlama qranit qab, 2 ədəd borcam şüşə qab Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 120 (yüz iyirmi) manatı Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar