Məhkəmə qərarları › İş №2(001)-5438/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5438/2020

25.09.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5438/2020 25.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi “notarius tərəfindən aparılan icra qeydinin qanunsuz hesab edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi “notarius tərəfindən aparılan icra qeydinin qanunsuz hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu Maraqlı şəxs1 onunla Maraqlı şəxs2 Güloğlan oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə 5.300 manat pulun tutulması barədə 8İ-4567 saylı, xx xxxx 2020-ci il tarixli qeydini qanunsuz hesab edərək ləğv edilməsi və sənədin icra orqanından geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinin mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində xüsusi icraat qaydasında baxılan işlərin siyahısı təsbit edilmişdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin ərizəsindən isə görünür ki, ərizəçi icra qeydini mübahisələndirirək onun ləğv edilməsini və sənədin icra orqanından geri qaytarılmasını tələb edir. Bu qəbildən olan işlərə isə xüsusi icraatı qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci və 307.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, ərizə iddia icraatı qaydasında iddia ərizəsi kimi deyil, xüsusi icraat qaydasında ərizə kimi verildiyindən həmin ərizənin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Təsvir olunanlara əsasən hesab edirəm ki, Ərizəçi “notarius tərəfindən aparılan icra qeydinin qanunsuz hesab edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəçiyə ərizəsini mülki prosessual qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaqla iddia icraatı qaydasında iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizəçi “notarius tərəfindən aparılan icra qeydinin qanunsuz hesab edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, o, ərizəsini mülki prosessual qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaqla iddia icraatı qaydasında iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar