Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5467/2020 22.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi, həmçimin Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadəyə yaradılmış maneələrə son qoyulması və mənzilə köçürülmə tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 nömrəli evin 26 nömrəli mənzilinə köçürülməsinə, orada yaşamasına və həmin mənzildən istifadə etməsinə cavabdehlər tərəfindən yaradılmış maneələrə son qoyulması, həmin hərəkətlərin edilməsinə cavabdehlər tərəfindən qeyd-şərtsiz şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə Cavabdeh3 xx xxxxxxxx 1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Aralarında yaranmış ailədaxili münqaişələrdən sonra Cavabdeh3 xx xxxxxx 2020-ci il tarixdə iddiaçını evdən qovmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-3519/2020 saylı qətnaməsinə əsasən, iddiaçı ilə Cavabdeh3 arasındakı nikah pozulmuşdur. Bundan əvvəl isə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 18-də yerləşən 26 nömrəli mənzil xx xxxxxxxx 2012-ci il tarixdə iddiaçı ilə X2 arasında Bakı şəhəri 22 saylı Notariat Kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında iddiaçı almışdır. Lakin, cavabdehlərin iddiaçını özünə məxsus mənzilə buraxmamaları iddiaçının özünə məxsus mənzildən istifadə hüquqlarını pozmaqdadır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, iddiaçı ilə aralarındakı nikahın pozulması sırf iddiaçının təkidi, istəyi ilə olmuşdur. İddia tələbində göstərilən mənzili o, oğlu Cavabdeh2 üçün almış, lakin alğı-satqı iddiaçının iştirakı ilə aparılmışdır. Mənzil hazırda da oğlu Əlinin istifadəsindədir və o, iddiaçını evdən qovmamışdır. İddiaçı öz xoşu ilə mənzili tərk etmişdir. Hazırda o özü də həmin evdə yaşamır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və digər Cavabdeh2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh3 onun atası, Cavabdeh1 arvadı, iddiaçı isə anasıdır. İddia tələbində göstərilən mənzil ona alınmış, lakin alğısatqıda anası iştirak etmişdir. O, anasının həmin evdə yaşamasına etiraz etməmişdir. Lakin, iddiaçı məhkəməyə müraciət etdiyindən o, hazırda məhkəmə qərarı olmadan anasının həmin evdə yaşamasına razı deyildir. İş materiallarında olan: Bakı şəhəri 22 saylı notariat kontorunda (ofis) bağlanmış AN-İ seriyalı, ******* nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi,Musabəyov küçəsi, 18 saylı evin 26 sayl mənzilini 39215 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlandırılmış məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 18, mənzil 26 ünvanına texniki pasportun tərtib edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində cari dəyişikliyin edilməsi ilə bağlı ərizəsi ilə əlaqədar bildirilmişdir ki, qeyd edilən mənzilə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamış, buna görə də hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 3519/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh3 ilə İddiaçı arasındakı nikah pozulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan konstusion normanın tələbinə əsasən yaşayış sahəsinə köçürülmə ilə bağlı iddialara mahiyyəti üzrə baxılarkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: - şəxs köçürülmək istədiyi yerdə yaşamışdırmı? - şəxs yaşadığı yerdən məhrum edilmişdirmi? - şəxsin yaşadığı yerdən məhrum edilməsi qanuni olmuşdurmu? İlk 2 xüsusat, yəni, iddiaçının mübahisə predmeti olan mənzildə yaşaması və yaşadığı yerdən məhrum edilməsi, yuxarıda qeyd olunduğu kimi işin mübahisələndirilməyən hallarıdır. Sonuncu hal, yəni şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub – olmaması ilə bağlı məhkəmə aşağıdakılar qeyd etməyi zəruri hesab edir: Belə ki, işin halları ilə təsdiq olunur ki, mübahisəli mənzil üzərində tərəflərin hüquqları qeydə alınmasa da, həmin evdə cavabdeh Əli və Könülün yaşamaları işin mübahisələndirilməyən halıdır. Onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Hal-hazırda cavabdehlən ikisi həmin evdə yaşayaraq evə olan ehtiyaclarını təmin etmişdir. Belə olan halda cavabdehlər mübahisəli evdə yaşayaraq bir iqtisadi dəyər kimi ondan yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. İddiaçının yaşayış sahəsindən öz iradəsindən asılı olmayan səbəblərə görə çıxması onun həmin sahədə yaşamaq hüququnun itirilməsinə səbəb ola bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddia tələbində göstərilən mənzilin faktiki olaraq Cavabdeh2 üçün alındığını bildirsələr də, iddiaçının sözügedən mənzildə yaşamasına etirazlarını bildirməmişlər. İş materialları ilə də görünür ki, mənzil İddiaçı adına alğı-satqı edilmiş, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi isə inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən mümkün olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin 26 saylı mənzilinə köçürülməli, həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Şirin qızı tərəfindən yaradılmış maneələrə son qoyulmalıdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadəyə yaradılmış maneələrə son qoyulması və mənzilə köçürülmə tələbi barədə iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, 18 saylı evin 26 saylı mənzilinə köçürülsün, həmin mənzildə yaşamasına və mənzildən istifadə etməsinə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Şirin qızı tərəfindən yaradılmış maneələrə son qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-5467/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5467/2020
22.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver