Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № 2(3-6)-116/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsaxan qızının cavabdeh Cavabdeh qarşı mәnzilә köçürülmә vә maneәlәrin aradan qaldırılması tәlәbinә dair mülki iş üzrә (açar sözlәr: mәnzilә köçürülmә) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr X5 (sәdrlik edәn vә mәruzәçi), X1 vә X3 ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi X6 katibliyi, cavabdeh Cavabdeh, onun nümayәndәsi vәkil2 iştirakı ilә, iddiaçı İddiaçı İsaxan qızının cavabdeh Cavabdeh qarşı mәnzilә köçürülmә vә maneәlәrin aradan qaldırılması tәlәbinә dair mülki iş üzrә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq aşağıdakı qәtnamәni qәbul etdi. İşin halları
1. Bakı şәhәri Xәtai Rayon İcra Hakimiyyәti Xәtai rayonu Mәnzil Kommunal Tәsәrrüfat Birliyinin ** saylı Mәnzil Kommunal İstismar Sahәsi tәrәfindәn verilmiş ##.##.2023-cü il tarixli, ** saylı arayışa әsasәn İddiaçı İsaxan qızı Bakı şәhәri, General Şıxlinski küçәsi ** saylı evin *** saylı mәnzilindә qeydiyyatdadır.
2. “Övladlığa götürmә haqqında şәhadәtnamәdәn” görünür ki, cavabdehin bacısı X4 ##.##.1983-cü il tәvәllüdlü iddiaçını övladlığa götürmüşdür.
3. Bakı şәhәri Xalq Deputatları Icraiyyә Komitәsinin ##.##.1976-cı il tarixli, ****** saylı orderdәn görünür ki, mübahisәli mәnzil cavabdehin vә cavabdehin bacısı Solmaz Canqirovanın atası, yәni iddiaçının babası Cahangirov Xıdır Adış oğluna verilmişdir. Mәnzilә köçәn şәxslәrin siyahısında Xıdır Cahangirovun özünün, onun arvadı Fәrasәt Cahangirovanın, onların övladları Solmaz Canqirovanın vә cavabdehin adı qeyd olunmuşduir.
4. Bakı şәhәr Texniki İnventarlaşdırma vә Mülkiyyәt Hüquqlarının Qeydiyyat İdarәsi tәrәfindәn “Daşınmaz әmlakın dövlәt reyestrindәn” verilmiş “Qeydiyyat vәsiqәsindәn” görünür ki, mübahisәli mәnzil Xıdır Canqirovun mülkiyyәtindә olmuşdur.
5. Xıdır Canqirov ##.##.2008-ci il tarixdә ölmüşdür.
6. İddiaçının anası Solmaz Canqirova ##.##.2022-ci il tarixdә ölmüşdür.
7. ##.##.2023-cü il tarixdә verilmiş “Qanun üzrә vәrәsәlik hüququ haqqında şәhadәtnamәdәn” görünür ki, ##.##.2008-ci il tarixdә ölmüş Xıdır Cahangirovdan miras qalmış mübahisәli mәnzilin 1/2 hissәsi vәrәsәlik qaydasında mәrhumun vәrәsәsi (övladı) olan cavabdehin mülkiyyәtinә keçmiş, mәnzilin qalan 1/2 hissәsi isә digәr vәrәsәnin payı kimi açıq saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehә qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, qeydiyyatda olduğu vә Bakı şәhәri, Xәtai rayonu, General Şıxlinski küçәsi, ** saylı evdә yerlәşәn *** saylı mәnzilә köçürülmәyi, mәnzilin giriş qapısına vә otaqlardakı qapılara cavabdeh tәrәfindәn qanunsuz vә özbaşına qoyulan maneәlәrin aradan qaldırılması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
9. İddia tәlәbi işin faktiki hallarına istinad edilәrәk onunla әsaslandırılmışdır ki, iddiaçı, anası X4 ilә birlikdә babası Cahangirov Xıdır Adış oğluna mәxsus olan vә yuxarıda qeyd edilәn mәnzildә yaşamışdır. Babası ##.##.2008-ci il tarixdә vәfat etdikdәn sonra da, onlar hәmin mәnzildә yaşamışlar. Anası ##.##.2022-ci il tarixdә vәfat etmiş vә iddiaçı bundan sonra da mәnzildә yaşamaqda davam etmişdir. İddiaçı hәmin mәnzildә ümumilikdә 35 ildәn artıq müddәt әrzindә yaşamışdır. Buna baxmayaraq iddiaçının dayısı olan cavabdeh iddiaçını hәmin mәnzildәn qanunsuz olaraq qeydiyyatdan çıxarmaq istәyir vә bu sәbәbdәn iddiaçını döyәrәk mәnzildәn qovmuşdur. İddiaçı cavabdehin onun dayısı olmasını nәzәrә alaraq cavabdeh tәrәfindәn dәfәlәrlә döyülmәsi barәdә polis orqanlarına şikayәt etmәmişdir. İddiaçıya mәxsus әşyalar hazırda da mübahisәli mәnzildә olsa da, cavabdeh iddiaçını mәnzilә buraxmır.
10. Cavabdeh Cavabdeh mәhkәmә iclasında iddia tәlәbinә etiraz edәrәk göstәrmişdir ki, hazırkı iş üzrә iddiaçı onun mәrhum bacısı X4 övladı deyil, X2 övladıdır. Solmaz iddiaçının xalasıdır vә iddiaçını övladlığa götürmüşdür. İddiaçının onunla eyni mәnzildә yaşaması mümkün deyildir
11. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin (hakim Samirә Eyvazova) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә iddianın tәmin edilmәsi vә iddiaçı İddiaçı İsaxan qızı ünvan 1 ünvanında yerlәşәn mәnzilә köçürülmәsi vә mәnzilin giriş qapısına vә otaqlardakı qapılara cavabdeh tәrәfindәn qanunsuz vә özbaşına qoyulan maneәlәrin aradan qaldırılması qәt olunmuşdur.
12. Mәhkәmә 1983-cü ildә anadan olmuş iddiaçının uşaqlıqdan hәmin mәnzildә yaşamasını, mәnzildәn istifadә hüququna cavabdehin zor tәtbiq etmәklә mane olması hallarını da nәzәrә alaraq qeyd etmişdir ki, iddiaçının hәm mülkiyyәtә gözlәnti hüququ, hәm dә 2009cu ilin oktyabr ayının 01-dәk qüvvәdә olan Azәrbaycan Respublikası Mәnzil Mәcәllәsinin yuxarıda göstәrilәn 60-cı maddәsinin 1-ci hissәsinә әsasәn hәmin mәnzilә istifadә hüququ mövcuddur.
13. Mәhkәmә göstәrmişdir ki, iddiaçının mәnzildәn getmәsi iradәsindәn kәnar hadisәyә görә baş vermiş vә iddiaçı altı aydan qısa bir müddәtdә mәsәlәni mәhkәmәdә mübahisәlәndirmişdir.
14. Mübahisәsi gedәn mәnzilin paylı mülkiyyәt hüququ (mülkiyyәtә gözlәnti hüququ) üzrә hәmçinin iddiaçıya mәxsus olması, onun hәmin mәnzilә istifadә vә sahiblik hüququnun olmasını ehtiva edir, o isә bu hüquqların tanıdığı imkandan istifadә edәrәk özünün mәnzilә köçürülmәsini tәlәb etmәkdә haqlıdır. Hәmçinin cavabdeh tәrәfin izahatından da görünür ki, o iddiaçının gәlәcәkdә mülkiyyәt hüquqlarının hәyata keçirilmәsinә maneәlәr törәdә bilәr. Belә ki, iddiaçının mülkiyyәt hüququ müdafiә olunaraq mülkiyyәtindәn istifadә etmәk hüququ tәmin olunmalı, mәnzilә köçürülmәli vә mәnzilin giriş qapısına vә otaqdakı qapılara cavabdeh tәrәfindәn qanunsuz vә özbaşına qoyulan maneәlәrin aradan qaldırılmalıdır.
15. Mәhkәmә belә qәnaәtә gәlmişdir ki, iddia әsaslıdır. İddiaçı İddiaçı İsaxan qızı ünvan 1 ünvanında yerlәşәn mәnzilә köçürülmәli vә mәnzilin giriş qapısına vә otaqlardakı qapılara cavabdeh tәrәfindәn qanunsuz vә özbaşına qoyulan maneәlәrin aradan qaldırılmalıdır . 16. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 152.1, 152.4, 152.5, 157.4, 215.4, 228.2, 1159.1, 1160-cı maddәlәrinә, 2009-cu ilin oktyabr ayının 01-dәk qüvvәdә olan Azәrbaycan Respublikasının Mәnzil Mәcәllәsinin 53, 60, 123-cü maddәlәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2023-cü il tarixli Plenum Qәrarı, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “M. Bağırovun şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki işlәr üzrә mәhkәmә kollegiyasının ## ### 2007-ci il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qәrarı, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “G.Qәhrәmanovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qәrarlarında ifadә edilmiş hüquqi mövqeyә istinadla әsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Cavabdeh qәtnamәdәn apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv edilmәsini vә iddianın rәdd edilmәsini xahiş etmişdir.
17. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, işә baxmış birinci instansiya mәhkәmәsi iş üzrә sübutları düzgün araşdırmamış, işin hallarına sәhv qiymәt vermiş, maddi hüquq normalarını düzgün tәtbiq etmәmiş vә nәticәdә iş üzrә әsassız qәtnamә qәbul etmişdir. Belә ki, iddiaçı, mübahisәli mәnzildәn başqa yaşayış yerinin olmamasını bildirsә dә, iddiaçının doğma anası Nәsibә Adışovanın mülkiyyәtindә 2 ev var. 1953-cü il tәvәllüdlü cavabdeh II qrup әlildir, onun sәhhәtindә ciddi problemlәr var. İddiaçı isә mәnzildә caduluqla mәşğul olur, gecәlәr şamlar yandırır, qışqırır, әcaib sәslәr salır. İddiaçının bu kimi hәrәkәtlәri cavabdehin sәhhәtinә mәnfi tәsir göstәrir. Bu sәbәbdәn iddiaçı ilә cavabdehin arasında mübahisәlәr olmuş vә cavabdeh polis orqanlarına şikayәt etmişdir. Bundan sonra isә iddiaçı mәnzilә bir daha gәlmәmişdir. İddiaçının mәnzildә formal qeydiyyatda qalması cavabdehin özünün mülkiyyәtindә olan mәnzilindәn sәrbәst istifadәsini vә mәnzil üzәrindә sәrbәst sәrәncam vermәk hüququnu mәhdudlaşdırır. Mәnzilin mülkiyyәtçisi olan cavabdeh, mәnzildә formal qeydiyyatda olan iddiaçının vә digәr qohumlarının mәnzildәn qeydiyyatdan çıxarılması üçün Bakı İnzibatı Mәhkәmәsinә müraciәt etmiş vә hәmin iş hazırda Bakı Apellyasiya Mәhkәmәsinin icraatındadır. Buna görә dә cavabdeh hazırkı işә baxmış Rayon Mәhkәmәsinә vәsatәtlә müraciәt edәrәk hazırkı işin icraatının hәmin inzibati iş üzrә qәbul edilәcәk mәhkәmә aktının qanuni qüvvәyә minәnәdәk dayandırılmasını xahiş etsә dә, rayon mәhkәmәsi işin icraatını dayandırmamışdır. İddiaçı heç vaxt cavabdehin ailә üzvü olmamışdır. Onların arasında etibarlı ailә münasibәtlәri mövcud deyildir.
18. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının (hakimlәr - Mәmmәd Mәmmәdov (mәruzәçi vә sәdrlik edәn), Fuad Talışinski vә Azad İmanov) ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә cavabdeh Cavabdeh apellyasiya şikayәti tәmin edilmәyәrәk, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsi tәrәfindәn qәbul edilmiş ## ###### 2025-ci il tarixli qәtnamә dәyişdirilmәdәn saxlanılmışdır.
19. Apellyasiya mәhkәmәsi qeyd etmişdir ki, iş üzrә tәrәflәrin mәhkәmәlәrә verdiklәri mәlumatlardan görünür ki, iddiaçı mübahisәli mәnzildә uşaqlıqdan yaşamış, mәnzilin 1/2 hissәsi vәrәsәlik qaydasında cavabdehin adına keçdikdәn sonra mәcburiyyәt qarşısında qalaraq mәnzildәn çıxmış vә bundan sonra mәnzilә cavabdeh tәrәfindәn buraxılmamışdır.
20. İş üzrә iddiaçı mübahisәli mәnzildә yerlәşәn yaşayış sahәsindәn istifadә hüququnu hәlә mәnzil onun babası Xıdır Canqirovun icarәsindә vә sonradan mülkiyyәtindә olan vaxt qazanmışdır. Mәnzilin mülkiyyәtçisi olan Xıdır Canqirovun ##.##.2008-ci il tarixdә vәfat etmәsindәn sonra onun övladı Solmaz Canqirovanın mәnzildә yaşamaqda davam etmәsi o demәkdir ki, o, atasından miras qalmış mәnzili miras әmlak kimi faktiki qәbul etmişdir.
21. Apellyasiya mәhkәmәsi hesab etmişdir ki, iddiaçı mübahisәli mәnzili miras әmlak kimi faktiki qәbul etmiş vә bundan sonra, yәni 08.02.22-ci il tarixdә ölmüş Solmaz Canqirovanın vәrәsәsidir, baxmayaraq ki, o Solmaz Cangirova tәrәfindәn övladlığa götürülmüşdür. İddiaçı açıq saxlanılmış payın mülkiyyәtçisi sayılır.
22. İşә baxmış birinci instansiya mәhkәmәsi iddianı tәmin etmәkdә haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayәtindә qeyd edilәn bütün dәlillәr, o cümlәdәn cavabdehin mәnzildә qeydiyyatda olan iddiaçının vә digәr qohumlarının mәnzildәn qeydiyyatdan çıxarılması barәdә mәhkәmәyә müraciәt etmәsi iddiaçının mübahisәli mәnzilә köçürülmәsinin qarşısını ala bilmәz. Rayon mәhkәmәsinin hazırki iş üzrә gәldiyi nәticәsi qanuni, әsaslı vә işin hallarına uyğundur.
23. Apellyasiya mәhkәmәsi öz hüquqi mövqeyini Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 152.1, 152.4, 152.5, 157.4, 215.4, 228.2, 1159.1 vә 1160-cı maddәlәrinә, Azәrbaycan Respublikasında ##.##.2009-cu il tarixәdәk qüvvәdә olmuş Mәnzil Mәcәllәsinin 53 vә 123-cü maddәlәrinә istinad etmәklә әsaslandırmışdır
Kassasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh Cavabdeh (vәkil vәkil2) kassasiya şikayәti verәrәk qәtnamәnin lәğv olunması, iddianın rәdd edilmәsi vә ya yeni apellyasiya baxışına göndәrilmәsi barәdә qәrar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәnin iddiaçı İddiaçı mülkiyyәtçi Tofiq Cahanqirovun ailә üzvü fikiri әsassızdır vә qanunsuzdur. Bu yanlış qanunsuz vә әsassız fikir mәhkәmәni qanunsuz vә әsassız olan qәrarın çıxarılmasına gәtirmişdir. Belәliklә, mәhkәmә qeyd olunan maddi hüquq normalarını pozmuşdur. Digәr tәrәfdәn, İddiaçı Cavabdeh bacısı olan Solmazın bacısı qızı deyil. O Cavabdeh digәr bacısı olan Nәsibәnin qızıdır. Masiyev İsaxan heç vaxt Solmazın әri olmamışdır. O Nәsibәnin әri olaraq Masiyev soyadı ilә vәfat etmişdir. İddiaçı İsaxan Masiyevә dair guya onun soyadı Cangirov olması kimi tәqdim etmişdir. Bu isә saxtakarlıqdır. Bu hallar mәhkәmәlәr tәrәfindәn yoxlanmamışdır. Ona görә Röyalә Cangirova әsassız olaraq mәhkәmәlәr tәrәfindәn Cavabdeh ailә üzvü kimi qәbul olunmuşdur. Bu isә qanunsuzluqdur.
26. Digәr tәrәfdәn mәhkәmә ** saylı MKİS-in arayışda qeyd olunan mәlumata әsaslanaraq İddiaçı iddiaçının mәnzilindә yaşaması barәdә nәticә çıxarmışdır. Bu isә sәhvdir. Çünki MKİS-in arayışında qeyd olunur ki, İddiaçı MKİS-nә gәlәrәk kommunal xәrclәrinin ödәyir. İddiaçı sözlәri ilә hәmin arayış tәrtib olunmuşdur. Hәtta mülkiyyәtçi Tofiq Cahanqirovun öz mәnzilindә yaşayıb - yaşamaması barәdә mәlumat verilmir. Bu da İddiaçı sözlәrindәn mәlumat mәhkәmәni maraqlandırmadı. Buna görә dә müvafiq hüquqi qiymәt verilmәdi. Yanlış nәticә mәhkәmәni yanlış vә qanunsuz qәrarın çıxarılmasına gәtirmişdir.
27. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrәli qәrarı ilә kassasiya şikayәti qismәn tәmin edilmiş, Bakı Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının *(***)-****/**** nömrәli iş üzrә ## #### 2025-ci il tarixli qәtnamәsi lәğv edilәrәk mülki iş yenidәn baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
28. Kassasiya instansiyası mәhkәmәsinin Qәrarının әsaslarına görә, “ - 55. Mәhkәmә kollegiyası hesab edir ki, işә baxan apellyasiya instansiyası mәhkәmәsi tәrәflәrin tәqdim etdiklәri sübutlara tam vә hәrtәrәfli baxmamış, cavabdehin mәnzilә mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınıb-alınmamasının müәyyәn edilmәsinin mübahisәnin düzgün hәlli üçün mühüm әhәmiyyәt kәsb etmәsini diqqәtdәn qaçırmışdır. - 56. İşdәn görünür ki, mübahisәli mәnzil Cahangirov Xıdır Adış oğluna vә onun ailә üzvlәrinә dövlәt tәrәfindәn verilmiş, ## ### 2004-cü il tarixdә Xıdır Cahangirovun ayrıca mülkiyyәti kimi qeydiyyata alınmışdır. Xıdır Cahangirov ## ##### 2008-ci ildә ölәndәn sonra miras әmlak kimi birinci növbәdә vәrәsәlәri olan övladları, cavabdeh Cavabdeh vә iddiaçının anası Solmaz Canqirovaya qalmışdır. Solmaz Canqirova ## ###### 2022-ci ildә ölәndәn sonra isә iddiaçı İddiaçı mirası qәbul etmişdir. Bundan sonra mәnzilә dair ## ###### 2021-ci il tarixdә miras qoyan Cahangirov Xıdır Adış oğlunun adına daşınmaz әmlakı dövlәt reyestrindәn çıxarış verilmiş, ## ###### 2023-cü il tarixdә miras әmlakın ikidә bir hissәsinә vәrәsә Cavabdeh adına Vәrәsәlik hüququ haqqında şәhadәtnamә verilmişdir. Lakin işdә olan “Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn Çıxarışa” görә (i.v.121) mübahisәli Bakı şәhәri, Xәtai rayonu, General Şıxlinski küçәsi, ** saylı evdә yerlәşәn *** saylı mәnzil ## #### 2023-cü il tarixdә tam mülkiyyәt hüququ üzrә cavabdeh Cavabdeh adına dövlәt qeydiyyatına alınmışdır. - 57. İşә axan apellyasiya mәhkәmәsi qeyd olunan Çıxarışı, mәnzilin tam olaraq cavabdeh Cavabdeh mülkiyyәti kimi dövlәt qeydiyyatına alınmasını, bu halın işin düzgün hәlli üçün әhәmiyyәt kәsb etmәsini nәzәrә almamışdır.”
Apellyasiya şikayәtinin vә ona etirazın dәlillәri, mәhkәmә icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayәtinin dәlillәri
29. Apellyasiya şikayәtinin dәlillәri qәtnamәnin 18-ci bәndindә qeyd olunmuşdur.
b) Apellyasiya şikayәtinә qarşı etirazın dәlillәri
30. Apellyasiya şikayәtinә qarşı etiraz verilmәmişdir.
c) Mәhkәmә icraatı iştirakçılarının izahatları
31. Cavabdeh Cavabdeh vә onun nümayәndәsi vәkil2 apellyasiya şikayәti ilә eyni mәzmunlu izahat verәrәk tәmin olunmasını mәhkәmәdәn xahiş etdilәr.
32. İddiaçı İddiaçı İsaxan qızı mәhkәmә iclasının yeri vә vaxtı barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq mәhkәmә iclasına gәlmәdiyi üçün Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 376.2-ci maddәsinә әsasәn işә onun iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq
33. Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi: Maddә 152.1. Mülkiyyәt hüququ - subyektin ona mәnsub әmlaka (әşyaya) öz istәdiyi kimi sahib olmaq, ondan istifadә etmәk vә ona dair sәrәncam vermәk üzrә dövlәt tәrәfindәn tanınan vә qorunan hüququdur. Maddә 152.4. Sәrәncam hüququ - әmlakın (әşyanın) hüquqi müqәddәratını tәyin etmәyin hüquqi cәhәtdәn tәmin edilmiş imkanıdır. Maddә 152.5. Mülkiyyәtçi qanunda vә ya müqavilәdә müәyyәn edilәn mәhdudiyyәtlәr nәzәrә alınmaqla müәyyәnlәşdirilmiş hәdlәrdә әmlaka (әşyaya) sәrbәst surәtdә sahib ola bilәr, ondan istifadә edә bilәr vә ona dair sәrәncam verә bilәr, hәmin әmlaka başqa şәxslәrin sahibliyinә yol vermәyә bilәr, ona mәnsub әmlak barәsindә öz mülahizәsi ilә istәnilәn hәrәkәtlәri edә bilәr, bir şәrtlә ki, hәmin hәrәkәtlәr qonşuların vә ya üçüncü şәxslәrin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadә olmasın. Maddә 228.2. Yaşayış binasının tәrkib hissәsindәn istifadә hüququnun әmәlә gәlmәsi, hәyata keçirilmәsi şәrtlәri vә xitamı mülkiyyәtçi ilә bağlanan, notariat qaydasında tәsdiqlәnәn yazılı razılaşma ilә müәyyәnlәşdirilir. Yaşayış binasının tәrkib hissәsindәn istifadә hüququna xitam verilmәsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyәtçinin mәhkәmә qaydasında tәlәbinә әsasәn bazar qiymәti ilә müvafiq kompensasiya vermәsi yolu ilә xitam verilә bilәr. Maddә 1159.1. Qanun üzrә vәrәsәlik zamanı aşağıdakılar bәrabәr pay hüquqlu vәrәsәlәr sayılırlar: Maddә 1159.1.1. Birinci növbәdә - ölәnin uşaqları, miras qoyanın ölümündәn sonra doğulmuş uşaq, arvad (әr), valideynlәr (övladlığa götürәnlәr). Maddә 1159.1.2. Övladlığa götürülәn vә onun övladları övladlığa götürәnin vәrәsәlәri vә ya qohumları kimi övladlığa götürәnin uşaqlarına vә onların övladlarına bәrabәr tutulurlar. Maddә 1159.1.3. Bu sonuncuların nәvәlәri, nәticәlәri vә uşaqları o halda qanun üzrә vәrәsә sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vәrәsәlәri olacaq valideynlәri sağ olmasın. Onlar qanun üzrә vәrәsәlik zamanı onların ölmüş valideyninә çatası paydan bәrabәr miras alırlar. Maddә 1159.1.4. Sonuncuların nәvәlәri, nәticәlәri vә uşaqları, әgәr onların valideynlәri mirasın qәbulundan imtina etmişlәrsә, vәrәsә ola bilmәzlәr. Maddә 1159.1.5. Övladlığa götürәn vә onun qohumları övladlığa götürülәnin vә onun övladlarının vәrәsәlәri kimi övladlığa götürülәnin valideynlәrinә vә digәr qan qohumlarına bәrabәr tutulurlar. Övladlığa götürülәn vә ya onun övladları öldükdәn sonra övladlığa götürülәnin valideynlәrinә, onun yüksәlәn xәtt üzrә digәr qan qohumlarına, bacı vә qardaşlarına qanun üzrә vәrәsәlik hüququ daha mәnsub olmur.
34. 2009-cu ilin oktyabr ayının 1-dәk qüvvәdә olan Azәrbaycan Respublikasının Mәnzil Mәcәllәsi: Maddә 53. İcarәdarın ailә üzvlәrinin hüquq vә vәzifәlәri İ hissә - İcarәdar ilә birlikdә yaşayan ailә üzvlәri onunla bәrabәr yaşayış sahәsini icarә müqavilәsindәn irәli gәlәn bütün hüquqlara malikdirlәr vә bütün vәzifәlәri yerinә yetirmәlidirlәr. İcarәdarın ailә üzvlәri icarәdarın arvadı (әri), onların uşaqları vә valideynlәri hesab olunur. İcarәdar ilә birlikdә yaşayıb onunla ümumi tәsәrrüfat aparan digәr şәxslәr dә icarәdarın ailә üzvlәri hesab edilә bilәrlәr. Maddә 60. İcarәdar vә ya onun ailә üzvlәri müvәqqәti başqa yerә getdikdә onların yaşayış sahәsi altı ay saxlanır.
35. Azәrbaycan Respublikası Mәnzil Mәcәllәsi: Maddә 30.1. Yaşayış sahәsi mülkiyyәtçisinin ailә üzvlәrinә hәmin mülkiyyәtçi ilә ona mәxsus olan yaşayış sahәsindә birlikdә yaşayan mülkiyyәtçinin arvadı (әri), habelә onun uşaqları vә valideynlәri aid edilir. Digәr qohumlar, mülkiyyәtçinin himayәsindә olan әmәk qabiliyyәti olmayanlar mülkiyyәtçi tәrәfindәn ailә üzvlәri kimi yaşayış sahәsinә köçürüldükdә, onun ailә üzvlәri hesab edilә bilәrlәr. Maddә 30.2. Əgәr yaşayış sahәsinin mülkiyyәtçisi ilә ailә üzvlәri arasında başqa razılaşma yoxdursa, mülkiyyәtçinin ailә üzvlәri hәmin yaşayış sahәsindәn onunla bәrabәr istifadә etmәk hüququna malikdirlәr. Yaşayış sahәsinin mülkiyyәtçisinin onunla birgә yaşayan ailә üzvlәri hәmin yaşayış sahәsindәn tәyinatı üzrә istifadә etmәyә vә onun saxlanmasını tәmin etmәyә borcludurlar.
36. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “X.Mәmmәdovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## #### 2013cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qәrarı: “... Daşınmaz әmlakın dövlәt qeydiyyatına alınması M.Bәylәrovun mübahisәli evә mәhz bu andan sәrәncam vermәk hüququnun hәyata keçirilmәsinin hüquqi faktı kimi qәbul edilmәklә, hәmin daşınmaz әmlaka dair onunla digәr ailә üzvlәri arasında yaranan mülki vә mәnzil münasibәtlәrinә tәsir göstәrir. Nәzәrә alınmalıdır ki, mülki qanunvericiliyin müddәalarına görә tәrәflәrin razılığı ilә yanaşı, daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınması barәdә zәruri şәrt hәmin әşyaya mülkiyyәt hüququnun tam hәcmdә әldә edilmәsi, xüsusilә dә şәxsin onun barәsindә sәrәncam vermәk hüququnun yaranması baxımından mühüm әhәmiyyәt kәsb edir. Belә ki, Mülki Mәcәllәnin 139.1-ci maddәsinә әsasәn daşınmaz әmlaka mülkiyyәt hüququ vә digәr hüquqlar, bu hüquqların mәhdudlaşdırılması, әmәlә gәlmәsi, başqasına keçmәsi vә xitamı dövlәt qeydiyyatına alınmalıdır. ... Konstitusiya Mәhkәmәsinin Plenumu qeyd edir ki, yaşayış sahәsinin mülkiyyәt formasının dәyişdirilmәsinin, yәni xüsusi mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması anı hәmin yaşayış sahәsindә yaşayan şәxslәr vә mülkiyyәtçi arasında mövcud olan hüquq vә vәzifәlәrin hәcminin dәyişilmәsinә sәbәb olur. Bu halda, xüsusi mülkiyyәt hüququ әsasında dövlәt qeydiyyatına alınan belә yaşayış sahәsinә digәr ailә üzvlәrinin yaşayış hüququnun yaranması Mülki Mәcәllәnin 228.1 vә 228.2-ci maddәlәrindә vә ya qüvvәdә olan Mәnzil Mәcәllәsinin 30-cu maddәsindә müәyyәn edilmiş әsaslara vә qaydalara uyğun olaraq hәll olunmalıdır. ... Bununla әlaqәdar, Konstitusiya Mәhkәmәsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası mәhkәmәsi tәqdim olunmuş sübutları tam vә hәrtәrәfli araşdırmamış, işin tәqdim edilmiş sübutlardan irәli gәlәn hallarına vә işin qanuni hәlli baxımından әhәmiyyәt kәsb edәn mәqamlarına, xüsusәn dә mübahisәli fәrdi evin M.Bәylәrovun adına dövlәt qeydiyyatına mәhz 2011-ci ildә alınmasına diqqәt yetirmәmiş, nәticәdә isә tәtbiq edilmәli olan Mәnzil Mәcәllәsinin 30-cu maddәsinin müddәalarını tәtbiq etmәmişdir.”
37. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsi: Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir; Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir; Maddә 217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır; Maddә 217.3. Qәtnamә iş üzrә müәyyәn edilmiş hәqiqi hallara vә tәrәflәrin qarşılıqlı münasibәtinә uyğun әsaslandırılmalıdır; Maddә 384.0. Apellyasiya instansiyası mәhkәmәsi: 384.0.2. qәtnamәni tamamilә vә ya qismәn lәğv edә bilәr vә birinci instansiya mәhkәmәsindә müәyyәn edilmiş hallar vә ya әlavә tәqdim olunmuş sübutlar әsasında yeni qәtnamә qәbul edә bilәr; Maddә 385.1. Mәhkәmә aktının apellyasiya qaydasında lәğv edilmәsi üçün әsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının vә ya prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi; 385.1.2. mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsi; 385.1.4. birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsi; Maddә 389. Mәhkәmә tәrәfindәn müәyyәn olunmuş hesab edilәn iş üçün әhәmiyyәtli olan halların birinci instansiya mәhkәmәsi tәrәfindәn sübut edilmәmәsi o hallarda olur ki, iş üzrә mövcud olan faktlar qәtnamәdә vә ya qәrardadda qanunla göstәrilәn sübutlarla tәsdiq edilmir vә ya qeyri-mötәbәr, ziddiyyәtli, aid olmayan sübutlarla tәsdiq edilir. Маддә 420. Kassasiya instansiyasında işә baxan mәhkәmәnin qәrarında şәrh edilәn göstәrişlәr hәmin işә yenidәn baxan mәhkәmә üçün mәcburidir.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayәti ilә qәtnamәnin lәğv edilәrәk, iddianın rәdd edilmәsi tәlәb edildiyindәn, mәhkәmә aktı şikayәtin dәlillәri üzrә tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası mәhkәmәsinin mövqeyinә görә işdә olan “Hüquqların dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın dövlәt reyestrindәn Çıxarışa” görә Bakı şәhәri, Xәtai rayonu, General Şıxlinski küçәsi, ** saylı evdә yerlәşәn *** saylı mәnzil ## #### 2023-cü il tarixdә tam mülkiyyәt hüququ üzrә cavabdeh Cavabdeh adına dövlәt qeydiyyatına alınmışdır, lakin işә baxan apellyasiya mәhkәmәsi hәmin çıxarışı, mәnzilin tam olaraq cavabdeh Cavabdeh mülkiyyәti kimi dövlәt qeydiyyatına alınmasını, bu halın işin düzgün hәlli üçün әhәmiyyәt kәsb etmәsini nәzәrә almamışdır.
40. Mәhkәmә kollegiyası kassasiya instansiyası mәhkәmәsinin göstәrişlәri ilә razılaşaraq qeyd edir ki, iş materiallarına mübahisә predmeti olan mәnzil üzәrindә cavabdeh Cavabdeh adına dövlәt qeydiyyatına alınması barәdә sәnәd әlavә olunduğu halda birinci instansiya mәhkәmәsinin bunu nәzәrә almadan mәnzilin paylı mülkiyyәt hüququ (mülkiyyәtә gözlәnti hüququ) üzrә iddiaçıya mәxsus olması, onun hәmin mәnzilә istifadә vә sahiblik hüququnun olmasını ehtiva etmәsi barәdә apardığı әsaslandırma düzgün deyildir vә bu әsasla iddia tәmin oluna bilmәz.
41. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “X.Mәmmәdovanın şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasının ## #### 2013cü il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qәrarında әks olunan hüquqi mövqe bundan ibarәtdir ki, daşınmaz әmlakın dövlәt qeydiyyatına alınması mülkiyyәtçinin mübahisәli evә mәhz bu andan sәrәncam vermәk hüququnun hәyata keçirilmәsinin hüquqi faktı kimi qәbul edilmәklә, hәmin daşınmaz әmlaka dair onunla digәr ailә üzvlәri arasında yaranan mülki vә mәnzil münasibәtlәrinә tәsir göstәrir, mülki qanunvericiliyin müddәalarına görә tәrәflәrin razılığı ilә yanaşı, daşınmaz әmlakın dövlәt reyestrindә qeydә alınması barәdә zәruri şәrt hәmin әşyaya mülkiyyәt hüququnun tam hәcmdә әldә edilmәsi, xüsusilә dә şәxsin onun barәsindә sәrәncam vermәk hüququnun yaranması baxımından mühüm әhәmiyyәt kәsb edir, yaşayış sahәsinin mülkiyyәt formasının dәyişdirilmәsinin, yәni xüsusi mülkiyyәt hüququnun dövlәt qeydiyyatına alınması anı hәmin yaşayış sahәsindә yaşayan şәxslәr vә mülkiyyәtçi arasında mövcud olan hüquq vә vәzifәlәrin hәcminin dәyişilmәsinә sәbәb olur.
42. Hәm kassasiya instansiyası mәhkәmәsinin göstәrişlәrini, hәm dә Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun qәrarında әks olunan hüquqi mövqeni nәzәrә alan mәhkәmә kollegiyası qeyd edir ki, mәnzil tam mülkiyyәt hüququ ilә ## #### 2023cü il tarixdә Cavabdeh adına keçmişdir, bundan sonra İddiaçı İsaxan qızının yeni mülkiyyәtçiyә münasibәtdә istifadә hüququnun yaranması üçün әsaslar mövcud deyildir.
43. Belәliklә, hazırkı mülki işә apellyasiya qaydasında baxan mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsinin iddianın tәmin olunması barәdә gәldiyi nәticә әsassızdır, apellyasiya şikayәtinin dәlillәri işin halları ilә tәsdiq olunmaqla, qәtnamәnin lәğvinә әsas verir.
44. Göstәrilәnlәrә әsasәn vә MPM-in 392, 402 vә 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qәt etdi:
Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsindәn cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilsin. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi lәğv edilsin, iş üzrә yeni qәtnamә çıxarılaraq iddia rәdd edilsin. Qәtnamәdәn işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verilә bilәr.