Məhkəmə qərarları › İş №2(001)-5484/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5484/2022

19.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5484/2022 19.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, Kreditor Borclu qarşı “pul tələbi” ilə bağlı məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor Borclu qarşı Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən «3 M -1311» reyestr nömrəsi ilə təsdiq edilmiş 28 avqust 2019-cu il tarixli kredit (borc) müqaviləsində göstərilmiş 31.000 (iyirmi beş min) manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edirəm edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Ərizəyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi”nin 9-cu bəndinə əsasən tərəflər arasında mübahisərin onlarınn razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi müqavilədə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair şərt mövcud olduğu halda buna əməl edilməsini təsdiq edən sübut ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 278, 279 və 280-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ М: Kreditor Borclu qarşı Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən «3 M -1311» reyestr nömrəsi ilə təsdiq edilmiş 28 avqust 2019-cu il tarixli kredit (borc) müqaviləsində göstərilmiş 31.000 (iyirmi beş min) manat borcun və ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizə üzrə "xxxx" ASC-yə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi 5040) büdcədən Kreditor (AZE ********) geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar