Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5615/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı ərizə ilə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 4.373 manat əsas, 843 manat dəbbə, ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 5.316 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədə borclunun 843 manat məbləğində cərimə borcunun yarandığı göstərilsə də həmin məbləğin hansı qaydada hesablandığı göstərilməmiş, o cümlədən bu barədə ərizəyə hər hansı bir arayış əlavə edilməmişdir. Bununla yanaşı borclu tərəfindən aparılmış ödənişlərin tarixi və məbləği, onların mövcud borcdan (əsas və cərimə) silinməsi qaydası ərizədə göstərilməmiş, habelə ərizəyə əlavə edilmiş maliyyə arayışında bununla bağlı hər hansı açıqlama verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər; 279.2.2-ci və 279.2.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir; 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bununla belə, hesab edirəm ki, hazırki iş üzrə məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən, xüsusilə də tərəflərin izahatları dinlənilmədən kreditor tərəfindən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı aşkar hesab edilə bilməz və mübahisəlidir. Bu da öz növbəsində hazırki ərizəyə əmr icraatı qaydasında baxılmasını qeyri-mümkün edir və ərizənin icraata qəbulundan imtina edilməsini şərtləndirir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 276-cı, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hazırki qərardadın kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması və bu halda ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanacağı izah olunsun. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-5615/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5615/2022
26.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver