Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5616/2023 11.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş öhdəliyin bölünməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə yaranmış borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən birgə dövründə onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli NRPU- 10635 nömrəli kredit müqaviləsi üzrə götürülmüş 13000 manatın ½ hissəsinin bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı birgə nigah dövründə "xxxx" ASC İçərişəhər filialından xx.xx.2021-ci il tarixində götürülmüş gündəlil tələbat krediti olaraq 5800 manat borcun yarısı 2900 manat və birgə vəsait hesabına alınmış ünvan 1 ünvanında olan 2 otaqlı mənzilin satışından qalan 22950 manat pulun yarısı 11475, cəmi 14375 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi yazılı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadənin icraatındadır və hazırlıq mərhələsində olmaqla baxılmaqdadır. Odur ki, hazırki işin həmin mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi, vəkil vəsatətin dəlillərinə uyğun izahat verərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, digər mülki iş üzrə qarşılıqlı iddia ərizəsi verilməsini gecikdirmiş və bu səbəbdən yeni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə vəsatəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının vəsatətə münasibətini öyrənərək, iş materiallarına nəzər yetirərək o qənaətə gəlir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, vəsatətət əlavə edilmiş sənədlərdən və elektron informasiya sistemindən müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin(hakim N.Nəbizadə) icraatında iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Həmin iddia ərizəsi üzrə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 28, mənzil 68 ünvanında yerləşən mənzilə 2/3 hissədə özünün, 1/3 hissədə cavabdehin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmaqla, 2(001)-3830/2023 nömrə ilə baxılmaqdadır. Göründüyü kimi həm hazırki mülki iş, həm məhkəmənin icraatında digər mülki iş ərarvad arasında əmlak bölgüsü barədə mübahisə ilə bağlıdır və 2(001)-3830/2023 nömrəli mülki iş daha əvvəl icraata qəbul edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, eyni məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə iş vardır və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlərə bir icraatda baxılması məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş öhdəliyin bölünməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə yaranmış borcun ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə 2(001)-5616/2023 saylı mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-3830/2023 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(001)-3830/2023 qeydiyyat nömrəsi saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5616/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5616/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver