Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5707/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Ələsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Ələsgər oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X3 şəhidliyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət X2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X6 1998-ci il tarixdə Vətən uğrunda şəhid olmuşdur. Qardaşı X3 həlak olması ilə əlaqədar onun varisinə (vərəsələrinə) hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Dövlət Sığorta şirkətinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət X5 xx xxxxxx 2020-ci il tarixli, 01-07-340 saylı məktubu ilə ona sığorta ödənişini verməkdən imtina edərək bildirmişdir ki, “Hərbi qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının həmin dövr üçün qüvvədə olan qanunvericiliyinə istinadən bildirilir ki, sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır. İddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə N.Ə.Aslanovun həlak olması ilə əlaqədar mərhumun varisinə (varislərinə) Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyri mümkündür. Azərbaycan Respublikasının xx xxxxxx 2013-cü il tarixli 832-İVQD nömrəli Qanunu ilə “Hərbi qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü hissəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət X2 bu imtinası ilə razı deyildir. Belə ki, “Hərbi qulluqçuların dövlət İcbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanununun 8-ci maddəsində sığorta ödənişinin verilməsindən imtina olunan hallar açıq və konkret göstərilmişdir. Qeyd edilən maddəyə əsasən sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən sərxoş vəziyyətdə hərəkət etdikdə. Həmin maddədə sığorta olunanın və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündün 3 il keçənədək sığorta orqanlarına müraciət etmədikdəsığorta ödənişinin verilməsindən imtina olunması halı göstərilməmişdir. Qeyd edilən hal Azərbaycan Respublikasının Mülki Məcəlləsində və sığorta fəaliyyətini tənzimləyən digər qanunlarda da nəzərdə tutulmamışdır. O, Azərbaycan Respublikası Dövlət X4 ünvanladığı ərizədə xəstəliklə əlaqədar mütəmadi olaraq müalicə aldığına görə sığorta məbləğinin alınması üçün vaxtında həmin orqana rəsmi qaydada müraciət edə bilmədiyini və qanunvericilikdə nəzərdə tutulan sığorta məbləğinin ona ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet portalından əldə edilmiş məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət X2 hüquqi ünvanı AZ1014, ünvan 1 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddiaçı cavabdehin rəsmi qeydə aldığı Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ələsgər oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət X1rşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-5707/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5707/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver