Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5748/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının qaytarılması tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər Səadət Sarayında AZ-İİ №526604 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış nikahın pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2024-cü il təvəllüdlü X4 anasının himayəsinə verilməsi və uşağın saxlanılması üçün hər ay əmək haqqının və digər əlavə gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin cavabdehdən tutulması barədə və iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən cehizlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5204/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və cehiz əmlaklarının və sənədlərin geri qaytarılması” tələbinə dair 2(001)-5204/2024 nömrəli mülki iş üzrə “cehiz əşyalarının qaytarılması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır.
3. “Cehiz əşyalarının qaytarılması” barədə iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan Camal adlı uşaqları olmuşdur. O, Cavabdeh ilə ailə qurarkən cavabdehin ailəsinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evə gəlin kimi cehiz qismində əşyalar gətirmiş, lakin sonuncu dəfə Cavabdeh tərəfindən döyülərək evdən çıxarılarkən özü ilə heç bir cehiz və şəxsi əşyalarını, paltarlarını götürüb apara bilməmişdir. Hazırda həmin əşyalar Bakı şəhəri, ünvan 1 ünvanında saxlanılır və cavabdehin qanunsuz sahibliyindədir, cavabdeh həmin əşyaları ona verməkdən imtina edərək əşyalardan istifadə edir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İddia ərizəsinə qarşı etiraz:
4. Cavabdeh iddia ərizəsinə yazılı şəkildə etiraz təqdim edərək bildirdi ki, iddiaçı ilk hamililəyi dövrünə təsadüf edən 29 fevral 2024-cü il tarixində naməlum şəkildə olduğu ünvanı tərk etmiş, günün sonuna qədər ondan xəbər ala bilməmiş, daha sonra iddiaçının anası Hüseynli Ülviyǝ Alim qızının evində olması xəbəri alındığında valideynləri ilə birlikdə həmin evə getmişlər, söhbət etsələr də iddiaçının valideynləri tərəfindən bir daha həmin evə gəlməmələri onlara bildirilmişdir. Bir neçə gün sonra onun iddiaçı ilə fərdi söhbətləri olmuş, məhkəmə vasitəsilə boşanmaq təklif edilmişdir. Bundan əlavə iddiaçının özündə evin açarının olduğu nəzərə alınaraq məhkəmədənkənar nə zaman istərsə Binəqədi rayonu, Xocasən qəsəbəsi, X21 Məhəlləsi, bina 5, mənzil 15 ünvanında iddiaçıya məxsus əşyalarının istər onun iştirakı ilə, istərsə də özünün fərdi şəkildə gəlib götürə biləcəyi və heç bir maneə törədilməyəcəyini bildirmişdir. Hətta sonradan hamiləlik vaxtı istifadə etdiyi dərmanların cavabdeh tərəfindən iddiaçıya çatdırılması təmin edilmişdir. Hətta məhkəməyə qədər cavabdeh tərəfindən şəxsi istəyi ilə iddiaçıya məxsus şəxsi geyimlərinin bir hissəsi, dərs vəsaitləri və sənədlərinin (xarici pasport, sürücülük vəsiqəsi, təhsil sertifikatı və ona aid sənədlər və bank kartları) yaxın qohumu vasitəsilə çatdırılması təmin edilmişdir. Əlavə olaraq qeyd edir ki, 29 fevral 2024-cü il tarixindən iddiaçının naməlum şəkildə qeyd olunan ünvanı tərk etdiyindən indiyə kimi evin açarları dəyişilməmiş və iddiaçının gəlib əşyalarını götürmək istədiyi zaman heç bir maneə törədilməmişdir. Yekun olaraq qeyd edir ki, iddiaçının ərizəsinin qoşmasında siyahıda göstərilən “2 ədəd brilyant qaşlı üzük və 1 ədəd baget qaşlı gümüş qolbaq" və başqa sözügedən qızıl-zinət əşyaları onda deyildir, şəxsin öz istifadəsindədir. Bundan başqa aşağıdakı siyahıda göstərilən və onda olması iddia edilən əşyaların onda və qeyd edilən ünvanda olmadığını və iddiaçının öz istifadəsində olduğunu bildirir: 2 ədəd brilyant qaşlı üzük, 1 ədəd baget qaşlı gümüş qolbaq, “İconista” ətri və adı yazılmayan 2 ədəd bağlı qutudakı ətrin 1 ədədi, 2 ədəd "Casio" brendinə məxsus saatın 1 ədədi və elektron qol saatı, “Loreal” brendinə məxsus makyaj məhsulları, qara dəri pencək, yaşıl rəngli 3-lü kostyum, qara rəngli dəri çanta, göy rəngli jaket, çəhrayı və göy rəngli köynək, diplom və rezidentura təhsili ilə bağlı sənədlər və digər bəzi müəyyən geyimlər, dərs ləvazimatları, sənədlər (xarici pasport, sürücülük vəsiqəsi, sertifikat və onun sənədləri, müəyyən bank kartları). Yuxarıda qeyd olunanlara uyğun qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunmuş cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, icra məmuru tərəfindən mənzildə cehiz əşyalarına baxış keçirildiyini və siyahıya alınıdığını, əşyaların hamısının orda olduğunu, sadəcə olaraq 2 qızıl üzüyün olmadığını, həmin üzükləri iddiaçının özünün apardığını, qalan əşyalarla bağlı heç bir problem olmadığını bildirdi.
Mülki işin materialları:
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5204/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və cehiz əmlaklarının və sənədlərin geri qaytarılması” tələbinə dair 2(001)-5204/2024 nömrəli mülki iş üzrə “cehiz əşyalarının qaytarılması” barədə iddia tələbi ayrıca icraata ayrılmışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5204/24 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2024-cü il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, xx.xx.2024-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəlinin 02 avqust 2024-cü il tarixdən hesablanması qət edilmişdir.
10. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavə edilmiş Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tairxli barışıq sazişinə əsasən tərəflər o cümlədən razılığa gəlmişlər ki, Cavabdeh İddiaçı məxsus bütün şəxsi əşyaların və cehiz kimi gətirdiyi əşyaların X5 qızına geri qaytarılmasına razıdır ve buna şərait yaratmağı öz öhdəsinə götürür. X5 qızına məxsus əşyalarda problem olarsa, Cavabdeh dəyəri qədər pul məbləği verməyi öhdəsinə götürür. Cavabdeh X5 qızı tərəfindən Cavabdeh üçün alınmış qızıl üzüyün İddiaçı geri qaytarılmasına razılıq verir. İddiaçı, Cavabdeh və qohumlan tərəfindən verilmiş bütün qızıl-zinət əşyalarından və geyimlərdən imtina edir; İddiaçı öz qohumları tərəfindən verilmiş qızıl-zinət əşyaları İddiaçı qalır; X1, Cavabdeh məxsus qızılları təhvil verdiyi gün, öz şəxsi və cehiz əşyalarını, qızıl üzüyü təhvil alacaqdır.
11. Mülki iş materiallarında olan Bakı şəhəri 18 saylı mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il arayış təqdim edilmişdir.
12. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə 16(001)-399/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli qərardadına əsasən həmin qərardadda qeyd edilən 2 ədəd brilyant qaşlı qızıl üzük istisna olmaqla qalan bütün əşyaların əşyaların üzərinə həbs qoyulmuş, saxlanılması üçün cavabdehə verilmişdir.
13. İddiaçı tərəfindən imzalanmış iltizamın surətindən görünür ki, 16(001)-399/2024 saylı, 08 oktyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən üzərinə həbs qoyulması qərara alınmış əmlaklardan icra vərəqəsində qeyd olunmuş “şəxsi əşyalar və paltarlar” hissəsində 1-ci bənddə qeyd olunan “Asus” markalı noutbook (kompüter), diplom və rezidentura təhsili ilə bağlı sənədlər, 2-ci bənddə qeyd olunan 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq, 1 ədəd qızıl sırğa, 1 ədəd mirvari gümüş dəst, 4 ədəd rəngli qaşlı gümüş dəst, 1 ədəd baget qaşlı gümüş qolbaq, mirvari gümüş boyunbağı və digər aksesuarlar, 3-cü bənddə qeyd edilən 5 ədəd ətir (“My Burberry”, “Sospiro”, “İconista” və 2 ədəd bağlı qutuda ətir), “Mark Maddox”, “Dior”, “Colins”, “Tissot”, “Casio” brendlərinə məxsus qol saatları və elektron qol saatı, “Braun” markalı Epilyator, saç düzləşdirici fen, saç buran fen, “Loreal” brendinə məxsus makyaj məhsulları, 52ci bənddə qeyd edilən kitablar (yol hərəkət qaydaları və digər), 1 ədəd fonendeskop, 1 ədəd stetoskop, özəl tədbirlərdə çəkilmiş DVD disklər, powerbank, 2 ədəd qırmızı çemodan onun tərəfindən götürülmüşdür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
17. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
23. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini göstərir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir.
25. Belə ki, işin həqiqi halları, iddiaçının və cavabdehin verdiyi izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuş, bundan əlavə iddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakları gətirmişdir, sonradan tərəflərin münasibəti pisləşmiş, tərəflər arasında mübahisə yarandığına görə iddiaçı evdən getmiş, cehiz əmlakları və iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarından bəziləri ona qaytarılmamışdır.
26. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi qızıl-zinyət əşyalarının və cehiz əmlaklarının ona məxsus olmasını, lakin həmin əşyaların cavabdehdə qalmasını məhkəmə iclasında tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş digər sübutlarla sübuta yetirmiş, cavabdeh isə məhkəmə iclasında verdiyi ifadəsində həmin əşyaların həqiqətən də onun mənzilində olduğunu etiraf etmişdir. Yeganə mübahisəli hal 2 ədəd brilyant qaşlı qızıl üzüyün (söz və nişan üzükləri) iddiaçının özündə, yoxsa cavabdehin mənzilində qalması ilə bağlıdır. Bu mübahisə ilə bağlı iddiaçı iddia ərizəsində həmin 2 ədəd üzüyün qaytarılmadığını bildirsə də bunu təsdiq edən hər hansı dəlil məhkəmə iclaslarında tədqiq edilməmişdir. Həmçinin icra məmuru tərəfindən mənzilə baxış keçiilərək mənzildə olan əşyalar siyahıya alınmış, qeyd edilən 2 ədəd qızıl üzük mənzildə aşkar edilməmişdir. Cavabdeh öz növbəsində iddia ərizəsində göstərilən digər qızıl-zinyət əşyalarının və cehiz əşyalarının hamısını onda olmasını etiraf etmiş, qaytarmağa hazır olduğunu bildirmiş, yeganə olaraq 2 ədəd qızıl üzüyün onda olmadığını bildirmişdir. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərardadın icrası zamanı iddiaçı qeyd edilən 2 ədəd qızıl üzükdən başqa tələb etdiyi digər qızıl-zinyət əşyalarını götürmüşdür. Bundan başqa Bakı 2 saylı mediasiya təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tairxli barışıq sazişində tərəflr razılaşmışlar ki, İddiaçı, Cavabdeh və qohumlan tərəfindən verilmiş bütün qızıl-zinət əşyalarından və geyimlərdən imtina edir. İddiaçı öz qohumları tərəfindən verilmiş qızıl-zinət əşyaları İddiaçı qalır.
27. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının mövcudluğunu və ona hədiyyə olunduğunu sübuta yetirə bildiyi (2 ədəd brilyant qaşlı qızıl üzük (söz və nişan üzükləri) istisna olmaqla) cehiz əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, tələb olunan əmlaklar naturada mövcud olduğundan onların dəyərini müəyyən etməyə zərurə yoxdur.
28. Məhkəmə mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının qaytarılması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus (qonaq otağındakı əşyalar)-Türkiyə istehsalı qonaq otağı mebel dəsti (divan, 2 ədəd kreslo, güzgülü kamod, yemək stolu, 8 ədəd stul, TV set və jurnal stolu); pərdə və tül; xalça; bürünc çılçıraq (İtaliya istehsalı); dekorativ divar saatı; “LG” markalı televizor, DVD, İtaliya istehsalı olan 1 ədəd güldan və 2 ədəd meyvə qabı; “Karaca” markasına məxsus 1 ədəd meyvə qabı və 2 ədəd konfet qabı; 2 ədəd şamdan, aksessuarlar; Almaniya istehsalı olan yaşıl - qızılı yemək və çay servizi (hər komponentdən 12 person); Fransa istehsalı olan 12 ədəd su bokalı; 12 ədəd büllur stəkan və nəlbəki; Almaniya istehsalı olan qaşıq-çəngəl çemodanı (12 person); 2 ədəd ləpə qabı; Çexiya istehsalı olan 2 ədəd konfet və 2 ədəd mürəbbə qabı; 2 ədəd “Kobalt” markalı şirniyyat qabı; 2 ədəd “Coincasa” markalı meyvə qabı; “Nachtmann” markalı 1 ədəd güldan və 2 ədəd tort qabı; şirniyyat dəsti (6 ədəd boşqab və 1 ədəd tort qabı); 2 ədəd dordkünc şirniyyat boşqabı; nikel padnos dəsti; (yataq otağındakı əşyalar) -Türkiyə istehsalı yataq mebel dəsti (çarpayı, 2 ədəd tumba, şifoner, trümo və stolu; ayaqlı mebel asılqan); pərdə və tül; xalça; divan örtüyü; Türkiyə istehsalı çılçıraq; çarpayı üçün yataq örtüyü və yastıq üzləri; döşək; 1 ədəd qış yorğanı; 2 ədəd yay yorğanı; 4 ədəd yastıq; 2 ədəd yay yataq örtüyü (odeyal); pastel dəstləri; süfrələr; əl-üz dəsmalları; ütü masası; ütü; “Tefal” markalı tozsoran; (dəhliz-mətbəxdəki əşyalar)- mətbəx mebel dəsti (şkaflar, stol və 2 ədəd taburet tipli stul, ayaqqabı üçün şkaf və kiçik xalça); “LG” markalı soyuducu; toster; “Midea” qabyuyan və paltaryuyan maşın; aspirator və qaz plitəsi; “Delongi” markalı kofe aparatı, kofe üyüdən, ətçəkən maşın, sok maşını, “Tefal” firmalı mikser - blender dəsti; salat doğrayıcısı; qozçəkən; elektrik çaydanı; elektrikli blini tavası; çaydan; çaynik; çörək qabı; 3 ədəd ərzaq qabı; böyük və kiçik ölçüdə ədava qabları komplekti; un qabı (şüşə); emallı yağ balonu; bıçaq dəsti; çay serviz dəsti (qırmızı güllü); “Luminarc” markalı yemək və çay servizi (6 ədəd iri ölçülü və kiçik ölçülü dayaz, 6 ədəd dərin boşqab, 6 ədəd kasa, 6 ədəd su stəkanı və fincan, 1 ədəd qrafin və bulud boşqab); şüşə və çini salat qabları; 6 ədəd kiçik pendir boşqabları, 2 ədəd yağ-pendir qabı; çərəz qabı; konfet qabı; 6 ədəd limon və mürəbbə nəlbəkiləri; 2 ədəd meyvə qabı; qranit qazan və tava dəsti; nikel qazan dəsti; emallı qazan dəsti; emallı saxlama qabları; qranit 2-li tava; qaşıq, çəngəl, bıçaq (6 ədəd); aşsüzən; ləyənlər; süzgəc; sürtgəc; doğrama və xəmir yayma taxtaları; oxlov; stəkan və əl dəsmalları; (eyvandakı əşyalar)-elektrik sobası, borcam və soba qabları; kartof-soğan qabı; çirkli paltar qabı və səbəti; paltar sançaqları və yuyucu toz qabı; şkaf; (şəxsi əşyalar)- 5 ədəd gödəkcə (balonka kurtka-qara, yaşıl, 2 ədəd ağ və çəhrayı rəngli); qara kaşmir palto; yaşıl plaş; göy cins pencək; mavi pencək; qəhvəyi balonka jilet; 1 ədəd qara uzunboğaz çəkmə; 3 ədəd qara çəkmə (botinka); 2 ədəd yay ayaqqabısı (ağ və bej rəng); 1 ədəd yaşıl gündəlik ayaqqabı; 1 ədəd qara gündəlik ayaqqabı; 2 ədəd hündürdaban ayaqqabı (ağ və bej rəng); 11 ədəd çanta (1 ədəd ağ, 1 ədəd çəhrayı, 3 ədəd göy, 5 ədəd qara, 1 ədəd qırmızı); nişan və xınada alınmış paltarlar (göy rəngli kostyum, yaşıl rəngli don, bej rəngli don, qara dəri pencək, yaşıl rəngli 3-lü kostyum, ağ-qara rəngli kostyum, ağ rəngli don; 3 ədəd ağ kofta, qara rəngli dəri çanta); 6 ədəd qış donları (bej, qırmızı, boz və 3 ədəd qara rəngli); yay və qış şalvarları; yay və qış ev geyimləri; yay və qış koftaları; 2 ədəd jaket (göy və boz); 8 ədəd köynək (2 ədəd qırmızı, 2 ədəd yaşıl, 2 ədəd çəhrayı, 1 ədəd göy, 1 ədəd qara rəng); iş geyimləri (ağ xalat və forma İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova