Məhkəmə qərarları › İş №2(001)-5770/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5770/2021

10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5770/2021 10.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Cavabdeh və onun nümayəndəsi, vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 10 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ilə Cavabdeh 04 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 10 oktyabr 2019-cu il təvəllüdlü X7 və 02 aprel 2021-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında olan problemlər səbəbindən may ayından atası evinə getmişdir. Cavabdeh uşaqların ehtiyaclarının ödənilməi üçün hər hanı bir addım atmır və hər hansı bir maddi kməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Buna görə də, cavabdehdən 10 oktyabr 2019-cu il təvəllüdlü X4 və 02 aprel 2021-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia ərizəsinə etizazı təqdim edərək izahatında bildirmişdir ki, cavabdeh müxtəlif banklara ayda 800 manat məbləğində kredit ödəyir və iddiaçının bu öhdəliklərdən xəbəri var. İddiaçı özü də işləyir və 750 manat əmək haqqı alır. Qanunla müəyyən edilmiş sabit pul məbləğində hər uşağa 175 manat, ümumilikdə 350 manat alimentin təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək iddianın rədd edilməsi badə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, cavabdehin və onun nümayəndəsinin, vəkilinin izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1. və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarında olan "xxxx" MMC-nin 05.07.2021-ci il tarixli 28 saylı məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı net 2000 manat təşkil edir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, fiziki cəhətdən inkişaflarını, təhsilləri ilə bağlı xərclərin mövcudluğunu, həmçinin, iddia tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İddiaçı hazırki iddia ərizəsi ilə 07 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 oktyabr 2019-cu il təvəllüdlü X4 və 02 aprel 2021-ci il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə-bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulmasının əvvəli 07 iyul 2021ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar