Məhkəmə qərarları › İş №2(001)-58/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-58/2023

07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-58/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evin təmirinə və əlavə tikililərə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evin təmirinə və əlavə tikililərə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmə baxış iclası 07 mart 2023-cü il tarixə, saat 12:00-a təyin edilsə də, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı iş materiallarında olan sənədlərdən görünür ki, bundan əvvəl məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə bildirdi ki, işin mahiyyəti üzrə baxılmasını tələb etmir və iddia baxılmamış saxlanılmaqla yekunlaşmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmə iclasına gəlmədiyini, cavabdehin isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə müvafiq olaraq, ərizə baxilmamış saxlandıqda qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı evin təmirinə və əlavə tikililərə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Aparılmış ekspertiza tədqiqatinin 100 (yüz) manat dəyəri İddiaçı tututlaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VOEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VOEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar